Malayal atalar sözləri: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 31: Sətir 31:
* İçərsən - sözün düzünü deyərsən.
* İçərsən - sözün düzünü deyərsən.
* İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.
* İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.
== K ==
* Kora da yatmaq gərəkdir.


== Q ==
== Q ==

09:00, 24 iyul 2016 versiyası

A

  • Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz.
  • Ağıl varsa, yol da var.
  • Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır.
  • Anasına qulaq asmayan, vətənini də eşitməz.
  • Ancaq yeriyə bilən ayaqlar büdrəyər.

B

  • Balaca ilanı da böyük ağacla vur.
  • Balıqların balacası böyüyünə yem olur.
  • Bərkə düşəndə bəbir də ot otlayar.

Ç

  • Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir).
  • Çıraq özününkü də olsa, öpəndə dilin-ağzın yanacaq.

D

  • Dağ öz çəkisini bilirmi?
  • Dazlıq ilə paxıllığın dərmanı yoxdur.
  • Deməmiş gələn, yeməmiş gedər.
  • Durub nöqsandan danışacaqsan - dostun azalacaq.

Ə

  • Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun.
  • Əgər ölübsə, nə fərqi var: üzü qibləyədir, ya tərsinə.
  • Əqrəbi xilas edərsən, qayıdıb səni çalar.

H

  • Hətta da fil də büdrəyər.

İ

  • İçərsən - sözün düzünü deyərsən.
  • İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.

K

  • Kora da yatmaq gərəkdir.

Q

  • Qarğanın mininə də bir daş bəsdir.
  • Qarnı tox olanın qulağı eşitməz.
  • Qiymətli daşı zibil içində gizləyərlər.

M

  • Min adamın gözünü korlayandan sonra göz həkimi oldu.

O

  • Oğrunu tutmadınsa, kim tutuldu - onu as.
  • Oğruya inan, boyu çıxmayana inanma.

Ö

  • Öz kölgən həmişə öz dalınca gələr.

S

  • Sakitlik olmayan yerdə kəl də qalmaz.
  • Sənə baxmayan krala salam verə bilərsənmi?

Ş

  • Şirin söz baş gicəldər.

T

  • Təbilə şapalaq qalar, marara - pul. ("Marar" - ibadətxana təbilçilərinə deyilir.)
  • Timsah səni tutsa, sən timsahı oxşa.

U

  • Uzaqdakı dostdan, yaxındakı düşmən yaxşıdır.

Y

  • Yavaş-yavaş yesən, tikanı da yemək olar.
  • Yeməyə öyrəşən ağızla, döyməyə öyrəşən əl heç vaxt sakit olmaz.

Mənbə

  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015