Malayal atalar sözləri: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9: Sətir 9:
* Balaca ilanı da böyük ağacla vur.
* Balaca ilanı da böyük ağacla vur.
* Balıqların balacası böyüyünə yem olur.
* Balıqların balacası böyüyünə yem olur.
* Başmağın qədri istidə bilinər, odun qədri soyuqda.
* Bəxtəvərlik gələndə dörd tərəfdən gələr.
* Bəxtəvərlik gələndə dörd tərəfdən gələr.
* Bərkə düşəndə bəbir də ot otlayar.
* Bərkə düşəndə bəbir də ot otlayar.

09:15, 24 iyul 2016 versiyası

A

  • Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz.
  • Ağıl varsa, yol da var.
  • Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır.
  • Anasına qulaq asmayan, vətənini də eşitməz.
  • Ancaq yeriyə bilən ayaqlar büdrəyər.

B

  • Balaca ilanı da böyük ağacla vur.
  • Balıqların balacası böyüyünə yem olur.
  • Başmağın qədri istidə bilinər, odun qədri soyuqda.
  • Bəxtəvərlik gələndə dörd tərəfdən gələr.
  • Bərkə düşəndə bəbir də ot otlayar.

Ç

  • Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir).
  • Çıraq özününkü də olsa, öpəndə dilin-ağzın yanacaq.

D

  • Dağ öz çəkisini bilirmi?
  • Dazlıq ilə paxıllığın dərmanı yoxdur.
  • Deməmiş gələn, yeməmiş gedər.
  • Durub nöqsandan danışacaqsan - dostun azalacaq.

E

  • Elə ilan yoxdur ki, toxunanda çalmasın.
  • Elə ki, kəl başını qaldırıb baxdı göyə - ağac axtar ki, arxasında gizlənəsən.

Ə

  • Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun.
  • Əgər ölübsə, nə fərqi var: üzü qibləyədir, ya tərsinə.
  • Əqrəbi xilas edərsən, qayıdıb səni çalar.
  • Əvvəlcə düyünü fikirləş, sonra da qalan şeyləri.

H

  • Heç danışmazsan - olarsan lal.
  • Hətta da fil də büdrəyər.
  • Həyasızlığın cavabı çomaqdır.

İ

  • İçərsən - sözün düzünü deyərsən.
  • İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.

K

  • Kora da yatmaq gərəkdir.

Q

  • Qarğanın mininə də bir daş bəsdir.
  • Qarnı tox olanın qulağı eşitməz.
  • Qiymətli daşı zibil içində gizləyərlər.

M

  • Min adamın gözünü korlayandan sonra göz həkimi oldu.

O

  • Oğrunu tutmadınsa, kim tutuldu - onu as.
  • Oğruya inan, boyu çıxmayana inanma.

Ö

  • Ölçü özü-özünü ölçməz.
  • Ölmək istəmirdin - doğulmayaydın.
  • Öz kölgən həmişə öz dalınca gələr.

S

  • Sakitlik olmayan yerdə kəl də qalmaz.
  • Sənə baxmayan krala salam verə bilərsənmi?
  • Siçovulu öldürmək üçün evə od vurdular.

Ş

  • Şirin söz baş gicəldər.

T

  • Təbilə şapalaq qalar, marara - pul. ("Marar" - ibadətxana təbilçilərinə deyilir.)
  • Timsah səni tutsa, sən timsahı oxşa.

U

  • Uzaqdakı dostdan, yaxındakı düşmən yaxşıdır.

Ü

  • Üzüyün kiçik olmasına görə barmağını kəsən olubmu?

Y

  • Yağış kəsəndən sonra da ağaclardan damcılayar.
  • Yavaş-yavaş yesən, tikanı da yemək olar.
  • Yeməyə öyrəşən ağızla, döyməyə öyrəşən əl heç vaxt sakit olmaz.
  • Yıxılmış ağaca çıxmaq asandır.

Mənbə

  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015