Bəxtiyar Vahabzadə: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 5: Sətir 5:
*Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.<ref name=hikmet/>
*Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.<ref name=hikmet/>
*Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.<ref name=hikmet/>
*Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.<ref name=hikmet/>
*Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə
*Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm.

== İstinadlar ==
== İstinadlar ==

18:46, 16 avqust 2016 tarixindəki versiya

• Həyat səni güldürəndə gülmüsən, hünərin var, ağladanda gül görüm.
• Bir zaman rusca idi reklam işıqlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.
• Babək söy köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
Filankəs azacıq qumarbaz idi,
Gecəli gündüzlü Hadi dəm idi,
O əyyaş, bu fərsiz, o bigam idi,
Biri qərəzkardır, biri xəsisdir,
Bu ondan yaxşıdır, o bundan pisdir,
Natəvan beləydi, Həcər eləydi,
Böyüklər önündə o bir köləydi,
Rəhmət demirik amma bir kərə,
Milləti ucaldan rəhmətlilərə
Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
Danış, bu Millətə nə gətirmisən?!
Sən böhtan atdığın bu böyüklərin,
Yüzdə biri qədər nə iş görmüsən?!
• Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.[1]
• Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.[1]
• Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.[1]
• Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə
• Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm.

İstinadlar