Müsəlman: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 10: Sətir 10:
* Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir. [[Məhəmməd peyğəmbər]]
* Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir. [[Məhəmməd peyğəmbər]]
* Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. [[Qolda Meir]]
* Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. [[Qolda Meir]]
Müsülman bir şeyin kesende, bir pulsuz galanda və birde eline pul gelende bașini tamamen itirir. (Babayev Azad)


== S ==
== S ==

11:14, 4 noyabr 2016 tarixindəki versiya

B

  • Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
  • Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi

D

  • Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünya görüşünü tamamilə dəyişdirə bilərik. Həsən bəy Zərdabi

H

  • Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim. Həsən bəy Zərdabi

M

  • Mən beynəlxalq liderəm, ərəb rəhbərlərinin hökmdarı, Afrika krallarının kralı və müsəlmanların imamıyam. Və mənim beynəlxalq statusum mənə aşağı səviyyəyə enmək imkanı vermir. Müəmmər əl-Qəzzafi
  • Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir. Məhəmməd peyğəmbər
  • Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. Qolda Meir

Müsülman bir şeyin kesende, bir pulsuz galanda və birde eline pul gelende bașini tamamen itirir. (Babayev Azad)

S

  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[1]

Y

  • Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır. Əbdül Səttar Ədhi

Istinadlar

  1. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1