Sevgi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 68: Sətir 68:
* Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir. [[Anton Çexov]]
* Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir. [[Anton Çexov]]
* Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində. [[Anton Çexov]]
* Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində. [[Anton Çexov]]
Sevgi ve intim konulden gelmelidir. Hech bir yalan ve tesir hemen o duygunu evez eee
bolmez, eks halda sanki baharda dermeli oldugun bir gulu, chashib gishda gopardib ve bir
gozele bexsh etmish olursan. (Babayev Azad)


== Xarici keçidlər ==
== Xarici keçidlər ==

07:10, 4 dekabr 2016 versiyası

B

  • Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur. Viktor Hüqo
  • Bir dəfə sevən daha sevməz. Aleksandr Puşkin
  • Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa başlayırsan. Bu da sevginin paradokslarından biridir. Erix Mariya Remark
  • Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. B.Şou
  • Bütün sevənlər bacardıqlarından artığına söz verillər. Amma bacardıqlarını belə edə bilmirlər. V.Şekspir

D

  • Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər. V.Hüqo

Ə

  • Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. M.Qorki
  • Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. V.Hüqo
  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. Fransua de Laroşfuko
  • Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir. Fransua de Laroşfuko

H

  • Hansi kişi ki, sevgi barədə ağıllı danışır, demək o sevmir. Jorj Sand
  • Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz. Onore de Balzak
  • Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz. Erix Mariya Remark
  • Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? İ.V.Höte
  • Həqiqi sevgi ayrılıqda unudulmaz. Belçika atalar sözləri
  • Hər bir sevgi əbədi olmaq istəyir. E.M.Remark
  • Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. V.Hüqo
  • Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. V.Hüqo

G

  • Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir. Lev Tolstoy

İ

  • İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir... Viktor Hüqo
  • İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir. Erix Mariya Remark
  • İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir... Erix Mariya Remark
  • İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır. Erix Mariya Remark

Q

  • Qadın sevgidən ağıllanır, kişi başını itirir. Erix Mariya Remark
  • Qadınları başa düşülmək üçün yox, sevilmək üçün yaradılıblar. Oskar Uayld

M

  • Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. H.Heyne

S

  • Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. Onore de Balzak
  • Sevdiyi ilə görüşün xoşbəxtliyini ancaq bir dəfədən çox tərk edilmiş adam bilər. Erix Mariya Remark
  • Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. A.Gertsen
  • Sevgi bir inanc davranışıdır, İnancı az olanın sevgisi də azdır. Erix Fromm
  • Sevgi birliyə, eqoizm təkliyə aparar. Fridrix Şiller
  • Sevgi - bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur. Sev və soruşma. Sadəcə sev. Paulo Koelyo
  • Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür. Miqel de Servantes
  • Sevgi - hər gün isbat edəcəyin teoremdir. Arximed
  • Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy
  • Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. Frensis Bekon
  • Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur. Ziqmund Freyd
  • Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. F.Dzerjinski
  • Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir. Xalid Hüseyni
  • Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər. Höte
  • Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. Mahatma Qandi
  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir. Xalid Hüseyni
  • Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. Onore de Balzak
  • Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə,divar tikdikləri üçün yalnızdırlar. İsaak Nyuton
  • Sevgi ölümdən qoruya bilmirsə də, heç olmazsa, həyatla barışdırır. H.Senkeviç.
  • Sevgidə yeganə qələbə qaçışdır. Napoleon Bonapart
  • Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. H.Heyne
  • Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında. Andre Morua
  • Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçün deyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. Aristotel.
  • Sevmək skripka çalmaq kimidir, bilməyən pis səslər çıxardır. - Boliviya atalar sözləri
  • Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir. Anton Çexov
  • Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində. Anton Çexov

Sevgi ve intim konulden gelmelidir. Hech bir yalan ve tesir hemen o duygunu evez eee bolmez, eks halda sanki baharda dermeli oldugun bir gulu, chashib gishda gopardib ve bir gozele bexsh etmish olursan. (Babayev Azad)

Xarici keçidlər

Wikipedia logo
Wikipedia logo
Sevgi haqqında Vikipediyada məqalə var.