Düşüncə: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1: | Sətir 1: | ||
== A == |
== A == |
||
* Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur. [[Muhəmməd Qəzzali]] |
|||
* Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. [[Konfutsi]] |
* Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. [[Konfutsi]] |
||
== B == |
== B == |
||
* Başların sayı qədər düşüncə növü olduğu kimi, qəlblərin sayı qədər də sevgi növü vardır. [[Lev Tolstoy]] |
* Başların sayı qədər düşüncə növü olduğu kimi, qəlblərin sayı qədər də sevgi növü vardır. [[Lev Tolstoy]] |
12:10, 7 yanvar 2017 versiyası
A
- Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur. Muhəmməd Qəzzali
- Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
B
- Başların sayı qədər düşüncə növü olduğu kimi, qəlblərin sayı qədər də sevgi növü vardır. Lev Tolstoy
- Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. Devid Yum
- Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar. Fridrix Nitsşe
- Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq. Uilyam Qoldinq
- Biricik bir sözdür və bir sözün altında düşünüləcək bir şey olmalıdır, bir söz düşüncə ehtiva etməlidir. Halbuki biricik düşüncəsiz bir sözdür, düşüncə ehtiva etməz. Maks Ştirner
- Biz düşüncələrimizi çox vaxt çiyinlərimizdə daşıyırıq. Əhməd Hamdi Tanpınar
- Böyük həqiqət, düşüncə və sənətdir. Əhməd Hamdi Tanpınar
- Böyük siyasət-böyük işlərə tətbiq edilə bilən sağlam düşüncə kimidir. Napoleon Bonapart
C
- Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir. Mişel de Monten
E
- Elm deyə, məntiq deyə, ağıl deyə bir şey var; təcrübə ilə təsdiqlənən düşüncə var. Bir də Kaliforniya deyə bir şey var. Edvard Abi
- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
D
- Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. Əbu Turxan
- Düşüncə azadlığı bütün pisliklərin anasıdır. Benito Mussolini
- Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
- Düşüncə ilə davranış arasında məsafə yoxdur. Uinston Çörçill
- Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. Karl Marks
- Düşüncəsi, ürəyi, iradəsi bir olan-istədiyi zirvəni fəth eyləyər hər zaman. Abay Kunanbayev
- Düşüncəsiz təhsil hədər zəhmətdir. Konfutsi
F
- Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir.
- Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir. Georq Vilhelm Fridrix Hegel
H
- Harada düşüncə varsa, orada qüdrət var. Viktor Hüqo
İ
- İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. Napoleon Bonapart
- İnsanın əvvəl axır öyrəşə bilməyəcəyi bir düşüncə yoxdur. Alber Kamyu
- İnsanlıq tarixi düşüncə tarixidir. Corc Herbert
M
- Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. Albert Eynşteyn
S
- Sağlam bir düşüncə olmadan, heç bir böyük ixtira edilməmişdir. İsaak Nyuton
- Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkdir. Tomas Karleyl
- Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə. Nizami Gəncəvi
T
- Tarixdə olduğu kimi elmdə də müəyyən inkişaf mərhələsi öz dahisini tələb edir. Müəyyən inkişaf dövrü, müvafiq düşüncə tərzinə malik insanlar tələb edir. Pyotr Kapitsa
- Təcrübə düşüncənin, düşüncə isə hərəkətlərimizin övladıdır. Ralf Uold Emerson
- Təcrübə göstərir ki, sınaqdan keçirilməmiş, dəlillə müdafiə edilməmiş düşüncə, bütün qəbul etdiyimiz həqiqətlərin əsasını təşkil etsə də, həqiqətin təminatçısı deyil. Bertran Rassel
- Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir. İohann Lavater
- Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir. Mişel de Monten