Benqal atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 58: | Sətir 58: | ||
== G == |
== G == |
||
* Göyə tüpürərsən - öz boynuna düşər. |
* Göyə tüpürərsən - öz boynuna düşər. |
||
* Guruldamağına guruldayır, amma yağışı gəlmir. |
|||
* Günün batmağını hamı görür. |
* Günün batmağını hamı görür. |
||
== H == |
== H == |
||
* Hiyləgər hiyləgəri aldadar, doğma atasına da deməz. |
* Hiyləgər hiyləgəri aldadar, doğma atasına da deməz. |
13:58, 8 yanvar 2017 tarixindəki versiya
A
- Acanda nə yeməzlər, savaşanda nə deməzlər?
- Aclıq çox çəkmir, amma yadda çox qalır.
- Axmaq adam səsini qaldırar, ağıllı ancaq gülümsəyər.
- Aqil adam yolunu azsa, doğma atasını da saymaz.
- Ağac yıxılmazdan qabaq meymunlar üstündən dağılışar.
- Ağıllı adam güclüdür.
- Anasının südündən doymayıb, atasının barmağını sorur.
- Arvadını, mal - qaranı və düyünü öz yanında saxla.
- Atın mədəsiylə eşşəyin beli az olar ki, boş olsun.
- Atın olanda qamçının fikrini çəkərsən.
- Ayağını iki qayığa qoyma - yıxılarsan.
B
- Bambuk kəz bağlayanda tələf olur, insan - səhv edəndə.
- Balıq da, qonaq da iki gündən sonra ağu kimi olur.
- Balığı öz yağında qızardır.
- Barsız ağaca meymun da çıxmaz.
- Bir barmaqla çimdikləmək olmaz.
- Bir gözü ilə ağlayır, o biri gözü ilə hi-cim eləyir.
- Bir qız on oğula dəyər - qismətinə yaxşı adaxlı çıxsa.
- Borca girmiş ata oğulun düşmənidir.
- Boş əli ağıza aparmazlar.
- Bu gün əmir, sabah - fəqir.
- Bülbül qarğa yuvasında da böyüyə bilər, ancaq qarıldamağı öyrənə bilməz.
- Bütün yamanlığın səbəbi puldur.
Ç
- Çay qurusa da yatağı qalar.
- Çox uşağı olmaq - günahın cəzasıdır.
D
- Daşa yazılanı poza bilməzsən.
- Deyirlər yaxşı dolanır, amma şanagüllə kötüyündən dişləri də qaralıb. (Bir sıra şanagüllə kötüyü növlərindən kasıb hindlilər ərzaq kimi istifadə edirlər.
- Dəcəl uşaq ağacın başında ölüm tapar.
- Düyünü yemək istəməyəndə saxlayarlar bu gündən sabaha.
- Düz söz allahı sevindirər, adamı qəzəbləndirər.
- Düz sözdən dost da üz çevirər.
E
- Ehtiyac üzündən xasiyyət yamanlaşar.
- El bir olsa dəryanı da qurutmaq olar.
- Eyni yolla biri dümdüz gedir, o biri büdrəyir.
Ə
- Əldə beş barmaq var, onlar da bərabər deyil.
- Əli, ayağı bağlayarsan, bəs ağlı kim bağlaya bilər?
- Əlində pul, ayağında qüvvət olsa lap Nilaçola qədər gedərsən. (Nilaçol - ziyarət yeri)
- Ən qorxulu düşmən evdəkidir.
- Ərinin ölümü sədaqətli qadın üçün ölümdür. (Qədim hind dini adətlərinə görə dul qalan arvad ərinin dəfnində qalanan tonqalda yandırılarmış).
- Əsgərlər döyüşər, generallar öyünər.
- Əvvəl ağacla başına vurur, sonra da ayağına düşüb yalvarır.
- Əvvəl zahirini xoşla, sonra batilini öyrən.
- Əyilir, amma sınmır.
F
- Fil ata qoşulub suya gedər, qoyun deyər: su dərin deyil ki.
- Fil dağa çatan kimi bütün təkəbbürü yoxa çıxar.
- Fil fili palçıqdan da dartıb çıxarar.
- Fil kimi yedirt, pələng kimi bax.
- Fil palçığa da batsa,fərqi yoxdur, iki ata dəyər.
- Fürsət düşəndə allah adamı da oğurlayar.
G
- Göyə tüpürərsən - öz boynuna düşər.
- Guruldamağına guruldayır, amma yağışı gəlmir.
- Günün batmağını hamı görür.
H
- Hiyləgər hiyləgəri aldadar, doğma atasına da deməz.
- Hündür ağacı qasırğa daha çox yırğalayar.
- Hünər yüklənən qayıq batmaz.
X
- Xəsisin yuxusu gəlməz.
- Xoş sözdən dil qurumaz.
İ
- İki dişi ilə fil də öyünür, qaban da.
- İlan öləndə düzələr.
- İlana süd də içirsən, zəhəri azalmayacaq.
- İnsanın qismətini allah verib.
- İri balığın sümükləri də yaxşı olar.
- İstədi ağcaqanad öldürə, öz boynuna vurdu.
- İstəyən üçün görülməyən iş yoxdur.
- İşsiz dərzi balalarının ağzını tikər.
- İşsizin üç böyük işi var: yemək, yatmaq, bir də deyinmək.
K
- Keçmişə ağlamağın nə xeyri.
- Kəndçi əkinə gedər, brahman oturub gözləyər. (Brahmanlar - ibadətxanada oturub dua oxuyurlar).
- Kəndçinin ilinin ancaq onbir ayı dərd-qəmdir, qalan vaxtının hamısı bəxtəvərlikdir.
- Kimin duzunu yeyərəm - onu da tərifləyərəm.
- Kimin gücü varsa, hökmü də var.
- Kimin sinəsində əyləşdisə, onun da saqqalını yoldu.
- Kimisi özgələrinin səhvindən öyrənir, kimisi də öz səhvindən.
- Köstəbəyə gül yağı da sürtsən iyi yenə qalacaq.
- Köstəbəyi öldürərsən - əllərində iyi qalar.
Q
- Qadının gücü göz yaşındadır.
- Qanq ölülərindən imtina eləmir. (Yəni alicənab adam sadə adamlara saymazlıq etməz. Adətə görə hindlilər ölənlərin cəsədini müqəddəs hesab etdikləri Qanq çayına atırlar).
- Qanqa çirkab da atsan əzəməti azalmaz.
- Qarğa da özünü ağıllı bilir.
- Qarğa hər əti yeyir, amma qarğanın ətini heç kəs yemir.
- Qız ölür, külü sovrulur - sonra başlayırıq tərifləməyə (Hindistanda ölülər yandırılır).
- Qızıl bölüşdürmək istəyəndə dəmir bıçaqdan yapışarlar.
- Qonşu üzü - güzgü.
- Qopmuş budaq ağaca bitişməz.
- Qozbelin arzusu arxası üstə yatmaqdır.
- Qurbağa da dişlərdi, əgər dişləri olsaydı.
L
- Lalların düşməni olmaz.
M
- Meşə yanır - hamı görür, ürək yanır - görən olmur.
- Meşə yanır - köklər qalır.
- Məşəl aparan özü tək gözlə görür.
- Molla öz məscidindən uzağa getməz.
- Mötədil yemək qüvvət gətirər, çox yemək - qəbir.
N
- Nə qədər aqil varsa, o qədər də fikir var.
- Nə qədər ki, suya düşməmişsən, üzməyi öyrənməyəcəksən.
O
- Odun, azarın, borcun qoyma izi-tozu da qalsın.
- Ovçu çöl pişiyini bığından tanıyar.
Ö
- Ölümə qanun yoxdur.
- Öz şərəfini özün qoru, kəsik qulağını saçınla ört. (Kəsik qulaq - cinayət üçün verilən cəza)
- Özgə adam heç vaxt özününkü olmaz.
- Özgə qızılını qulağında gəzdirmə - dartıb alarlar.
P
- Paya nə qədər ki, başın üstə förlanır - qorxuludur, elə ki, dəydi - qorxu keçir.
- Pələng meşəni qoruyar, meşə də pələngi
- Pələngdən qorxduqları yerə dua eləməyə gedərlər.
- Pələnglə kəl süpürləşər, qamışlar qırılar.
- Pis oğul çox olar, pis ana - olmaz.
- Pul ilə allah doğma qardaşdır - pulun olsa allahı da ala bilərsən.
- Pulun gücünə yer fırlanır.
- Pulun olsa qudanı da təmtəraqla dəfn edərsən; pulun olmasa doğma atanı da bir təhər basdırarsan.
R
- Rahib çox yığışanda - allaha ibadət baş tutmaz.
S
- Sədaqət sərvətdə deyil, ağıldadır.
- Su dama-dama daşı da dələr.
- Suların yaxşısı yağış suyudur, gücün yaxşısı - el gücü.
- Suyun düşməni lehmədir, insanınki - cahillik.
- Südlü inəyin təpiyinə də dözmək olar.
Ş
- Şərabı ancaq dərman kimi içmək - özünə hörmət eləməkdir.
T
- Tək uşağı olmaq anaya ömürlük qorxudur.
- Tənbəl kəndçinin iyirmi orağı olar.
- Tərləyərsən isti keçib gedər.
- Tısbağa suda da üzsə, sahildəki yumurtasını gözdən qoymur.
- Torpağın yumşağını pişik də cırmaqlar.
U
- Ulaq haradan su içsə, oranı bulandırar.
V
- Vəd verəndə fikirləşmək gərəkdir.
Y
- Yaxşı ad - insan üçün sərvətdir.
- Yaxşı gündə dostluqdan xeyir götürərlər, yaman gündə sınayarlar.
- Yağışın xırdası ancaq palçıq gətirər, güclüsü hər şeyi yuyar.
- Yağışsız bulud yeri islatmaz.
- Yalan söz pırtlaşıq saç kimidir, sahmana salmaq çətin məsələdir.
- Yara sağalsa da yeri qalar.
Z
- Zərgər taq-taq taqqıldadar, dəmirçi bir dəfə vurar.