Ərəb atalar sözləri: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 331: Sətir 331:
* Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət.
* Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət.
* Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.
* Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.
* Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan atvə sakit arvad.
* Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan at və sakit arvad.
* Ürək gözdən qabaq görər.
* Ürək gözdən qabaq görər.
* Ürəkdən gələn söz ürəklərə də təsir edər.
* Ürəkdən gələn söz ürəklərə də təsir edər.
* Ürəyi kor olanın gözü də görməz.
* Ürəyi kor olanın gözü də görməz.
* Ürəyini bərk etməyən, uşaq tərbiyə edə bilməz.
* Üzün gözəlliyi xasiyyətin gözəlliyindədir.
* Üzün gözəlliyi xasiyyətin gözəlliyindədir.



19:41, 4 fevral 2017 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Ac adam üçün çörək yaxşıdır, nəinki məscid.
  • Acın, üşüyənin və qorxaqın gözlərinə yuxu gəlməz.
  • Adam bilmədiyi şeyi xoşlamaz.
  • Adamlar bir-birinə əl tutanda güclü olurlar.
  • Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər.
  • Adət təlimdən güclüdür.
  • Adəti ancaq kəfən tərgidə bilər.
  • Axmağa yetmiş səhvi keçərlər, alimə bir səhvi - yox.
  • Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır.
  • Ailənin sirrini uşaqdan soruş.
  • Ağıl kordursa, gözlərdən nə fayda?
  • Ağılla göz ürəyin aynasıdır.
  • Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən.
  • Ağıllı adamın sağlamlığının qiymətini anlamağı üçün xəstə olmağa ehtiyacı yoxdur.
  • Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.
  • Ağıllı öz qarnının əsiri olmaz.
  • Ağıllı özü-özünü qoruyar.
  • Ağıllı uşaq nadan qocadan yaxşıdır.
  • Ağıllı zəhmətinə bel bağlar, ağılsız ümidinə.
  • Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət.
  • Ağılsızın acığı sözündə, ağıllının acığı işində olar.
  • Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir.
  • Ağılsızın ürəyi dilində, ağıllının dili ürəyindədir.
  • Ağır ayaqda ağılsız da məsləhət verər.
  • Ağlı çatmayanın sözü də çatmaz.
  • Aqibətini düşünməyənə zəmanə dost olmaz.
  • Alimin paltarı olmasa da, elmi eybini örtər.
  • Alınası şey barədə narahat ol, satılası şey barədə yox.
  • Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin.
  • Allah lütü paltar yumaq yükündən qurtarıb.
  • Alov toxunanı yandırar.
  • Atadan miras qalmayıbsa, əmiyə-dayıya ümid olma.
  • Atalar sözü - söhbətin duzu.
  • Atalar sözü - sözün düzü.
  • Atalar sözündə yalan olmaz.
  • Atasına hörmət edən adamın ömrü uzun olar.
  • Ay çıxanda ulduzların nə yararı var.
  • Ayağın büdrəməsi dilin büdrəməsindən yaxşıdır.

B

  • Baxış sözdən daha mənalıdır.
  • Balası itən analar bir-birini çox istər.
  • Batanda allah yadına düşür.
  • Başa bəla dildən gələr.
  • Bayquşdan xeyir gəlsəydi onu da ovlayardılar.
  • Bayquşun dalınca düşən xarabalığa gedib çıxar.
  • Bədəni yormaq xeyirlidir, ağlı - yox.
  • Bədənin qidası yemək, ağlın qidası elmdir.
  • Bəlanın qapısı gen olar.
  • Bəzən uşağın ağzından peyğəmbərcəsinə söz eşidirsən.
  • Biabırçılıq ömürdən uzundur.
  • Bilik gərək başda olsun, sözdə yox.
  • Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
  • Bir adamda olmayan cəhəti tərifləmək - ona gülməkdir.
  • Bir adamla sözləşəndə barışığa yer qoy.
  • Bir allahı, bir də dostu aldatma.
  • Bir ata qüdrətindən aşağı səviyyədə, uşaqları qüdrəti nisbətində, qadın da qüdrətinin fövqündə geyinməlidir.
  • Bir şey etmək istəyən yolunu, etmək istəməyən bəhanəsini tapar.
  • Biri xurma yeyir, biri də tumunu yığır.
  • Bivecə məsləhət verərsən, sənə düşmən olar.
  • Borcu verəndə dost olarsan, alanda - düşmən.
  • Böyük görünmək istəyən hər bir şey kiçikdir.
  • Böyüyü tərbiyə elə, kiçik ondan öyrənəcək.

C

  • Cahilə cavab verməmək elə cavabdır.
  • Camaatdan qorxmayandan camaat da qorxmaz.
  • Cavab üçün tələsən ağır fikirləşər.

Ç

  • Çalanı siçanlar qazdı, amma öküzlər düşdü.
  • Çalğıçı can verəndə də barmaqları oynayar.
  • Çox yatmaq ölümə səbəb olar və ömrü azaldar.

D

  • Danışılanlar qəlbdən çıxarsa qəlbə qədər gedər, amma dildən çıxarsa qulağı keçə bilməz.
  • Dəmiri isti-isti döyərlər.
  • Dənizin suyunu paylasan, dənizdə də su qalmaz.
  • Dərd şəkənlər bilər ki, dərd nədir.
  • Dəvənin tükü yumşaq da olsa, möhkəm olar.
  • Dil özü sümüksüz olsa da, sümüyü sındırar.
  • Dil - ürəyin dilmancıdır.
  • Dili gözdən qoymasan - saxlar səni, gözdən qoysan - satar səni.
  • Dilin topuq vurmağından ayağın axsamağı yaxşıdır.
  • Dosta heç olmasa hay verməklə kömək elə.
  • Dostun bal kimi şirinsə, elə o saat yalama.
  • Dostun iradına qulaq asmaq, dostu itirməkdən yaxşıdır.
  • Dostunun da düşmənindən, düşməninin də dostundan ehtiyatlı dolan.
  • Dülgərin qapısı həmişə sınıq olar.
  • Dünya həm şirindir, həm də acı, acısı daha çoxdur.
  • Dünyada üç şey gizlədilməz: duman, eşq , pulsuzluq.
  • Düşəni götürərlər.
  • Düşməndən özünə dost seçmə.
  • Düz adamın baxışı aydın olar.

E

  • Ehtirasına qul olan düşmənini sevindirər.
  • Ehtiyatsız siçan pişiyə yem olar.
  • Ehtiyacda olan kor olar.
  • Elmin səmərəsi rahatlıq, dünya malının səmərəsi əzabdır.
  • Elçini nə döyər, nə də təhqir edərlər.
  • Evdən kənarda min düşmənin olsun, ev içində bir düşmənin olmasın.
  • Evlənmək - bir aylıq sevinc, bir ömürlük qayğıdır.

Ə

  • Əgər istəyirsən dostluğun pozulmasın - nə borc al, nə də borc ver.
  • Əxlaqsız adamlarla oturub-duran öz şərəfini itirər.
  • Əmir olmağa qılınc gərək, şeyx olmağa - çörək.
  • Əmirin iti də elə əmirdir.
  • Ən bərk ağrı o ağrıdır ki,indi incidir.
  • Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır.
  • Ən istəkli övlad - nəvədir.
  • Ən uzaq məsafə ürəyin ayırdığıdır.
  • Ən yaxşı adət dili dişlə tutmaqdır.
  • Ən yaxşı xəzinə - ürək məhəbbətidir.
  • Ən yaxşı kömək - təcili köməkdir.
  • Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır.
  • Əsərsiz alim - yağışsız buluda bənzər.

F

G

  • Gözdən uzaq olanı ürək də unudar.
  • Gözəlin hər işi gözəldir.
  • Gözün işığını itirmək ağlı itirməkdən yüngüldür.
  • Gülərüzlük də insan üçün nemətdir.

H

  • Haqq işdə susan, nahaq işdə haray çəkənə bənzəyər.
  • Heç vaxt adam arasında məsləhət vermə.
  • Heyvanı qulağından, insanı dilindən tutarlar.
  • Həbsxana bir bağça içində olsa belə həbsxanadır.
  • Həqiqəti de - sənin əleyhinə olsa da.
  • Hər bir işin başlanması çətin olur.
  • Hər bir məhəbbətdə min sirr gizlənir.
  • Hər cür nöqsanı ağıl ilə var örtür, kasıblıq ilə kobudluq açır.
  • Hər kəs özünü ağıllı hesab etsə, xalq onu nadan sayar.
  • Hər quşa öz nəğməsi xoşdur.
  • Hər quşun əti yeməli olmur.
  • Hər səhər hal-əhval tutduğun qonşu ilə savaşma.
  • Hər şey çox olduqda ucuz olar, ancaq ağıldan başqa.
  • Hər şeydən çətin özünü öyrənməkdir.
  • Hər yanğını söndürən tapılar, lakin paxıllıq odunu söndürmək olmaz.
  • Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz.
  • Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın.
  • Həyasız qonşu qonşuların ağasıdır.
  • Hirsin əvvəli - ağılsızlıq, axırı - peşmançılıqdır.
  • Hirsli adam ağılsızın qardaşıdır.
  • Hiyləgər adam vaxtından əvvəl ölər.
  • Hörməti dövlətə eləyirlər, dövlətliyə yox.

X

  • Xəsis öz hesabına yeyər, səxavətli - özgəsinin.
  • Xeyir verən yalandan, ziyan verən doğru yaxşıdır.
  • Xeyirxahların ürəyi sirlər məzarıdır.
  • Xəbərçiyə inanan dostunu məhv edər.
  • Xoşluqca imtina etmək süründürücü vəddən yaxşıdır.

İ

  • İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar.
  • İgidliyin tacı təvazökarlıqdır.
  • İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar.
  • İki şeyin qiyməti itəndən sonra bilinir: bir cavanlığın, bir də sağlamlığın.
  • İlan öz zəhərindən ölmür.
  • İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar.
  • İnsan ağlının sanbalı sözündədir.
  • İnsan böyüdükcə qayğısı da böyüyür.
  • İnsan həyatının meyvəsi yaxşı addır.
  • İnsanın etiqadı andından məlum olur.
  • İnsanlar uğurlarından az, uğursuzluqlarından çox şey öyrənirlər.
  • İnsanın dözümü onun köməkçisidir.
  • İşin axırını fikirləşən bəlanı özündən sovuşdurar.
  • İşin görülmüşü yaxşıdır.
  • İştah birinci tikədən, dava isə birinci kəlmədən başlayır.
  • İt hürüşünə get, çaqqal ulamasına yox: birinci evə, aparıb çıxarır, ikinci - çölə.

K

  • Kasıbın sözünü heç kəs eşitməz.
  • Kasıblıq insan olsaydı, öldürərdim.
  • Kasıblıq namussuzluq deyil.
  • Kim ki, çox and içir, çox da yalan deyir.
  • Kim səbirlidir, o qalib gəlir.
  • Kişinin xəzinəsi onun sənətidir.
  • Kitab insanın cibində daşıdığı bir bağça kimidir.
  • Kitab sənə fayda verər, səndən heç nə almaz.
  • Kordan şahid olmaz.
  • Kölgəsi olmayan ağacı kəsərlər.

Q

  • Qadağan olunan hər şey arzu olunar.
  • Qan heç zaman suya dönməz (yəni qohumluq qanı hər şeydən üstündür).
  • Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.
  • Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.
  • Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır.
  • Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir.
  • Qardaşların da arasında haqq-hesab var.
  • Qəbahətini etiraf edərək əfvini istə; zira bir cinayəti gizlətmək onu ikiləşdirər.
  • Qəribin gözləri olsa da kordur.
  • Qəzəblənəndə könül də kor olar, göz də.
  • Qocalan şirə çaqqal gülər.
  • Qocanın eşqə düşənini heç kəs saxlaya bilməz.
  • Qonaq həmişə qonaqdır, hətta bütün yayı da qalsa.
  • Qonşunu - ev tikənəcən tap.
  • Qorxaq adam çox yaşamağı yaxşı ad qazanmaqdan üstün tutar.
  • Qorxanı vurarlar.
  • Qorxursan - demə, dedin - qorxma.
  • Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur.
  • Quşu quşla tutarlar.
  • Qürbətdə insan üçün ən əziz - vətəndir.

L

M

  • Mədə boş, sağlıq düzgün, kisə boş, əxlaq düzgün.
  • Mədə xəstəliyin evi, sağlıq müalicənin başıdır.
  • Məhəbbət korluğun bacılığıdır.
  • Məhəbbətin gözü kordur.
  • Məhəbbətin məsləhətçiləri yoxdur.
  • Mən ev satmamışam, qonşu satmışam.
  • Məni başa düş, sonra istəyirsən öldür.
  • Məsləhəti böyüklə də elə, kiçiklə də, amma qənaətə öz ağlınla gəl.
  • Müdrik adam səhv edəndə, bütün dünya çaşıb qalır.
  • Mülayimlik həm dövlətdir, həm də ləyaqət.
  • Müsibət zamanı səbirsiz olmaq, müsibətin özündən də acıdır.

N

  • Nadanlıq elə bir dəvədir ki, onu minən alçalar və onunla yoldaş olan itib-batar.
  • Nəticəsiz ümid barsız ağac kimidir.
  • Nifrətini gizlə, məhəbbətini göstər.

O

  • On quşun ağacda olmağındansa, bir quşun əldə olması yaxşıdır.
  • On zəhmətkeş kişi bir bədxərc arvadın öhdəsindən gələ bilməz.

Ö

  • Öküz yıxılanda üstünə çoxlu bıçaq qalxar.
  • Öldürənin anası unudar, ölənin anası - yox.
  • Ölkənin dağılmağını istəyirsənsə, dua elə başçısı çox olsun.
  • Ölüm dırnaqlarını ilişdirdikdə heç bir dua, tilsim fayda verməz.
  • Öz tamahından qaçmaq şir əlindən qurtarmaqdan daha faydalıdır.
  • Özündən başqa heç kimi mühakimə eləmə.
  • Özünə inamı olmayan adamın nailiyyəti olmaz.
  • Özünü öyən - davadan sonra igid olar.

P

  • Pis arvad əyri qabırğa kimidir, sındırarsan, amma düzəldə bilməzsən.
  • Pis müştəri ya tez gələr, ya gec.
  • Puluna dost olanın dostu olmaz, puluna düşmən olanın - düşməni.

R

S

  • Sağlığı olanın ümidi, ümidi olanın hər şeyi var.
  • Sevənlərin acığı yaz yağışı kimidir.
  • Səbəbsiz gülüş pis tərbiyənin əlamətidir.
  • Səbr edən adam öz bacarığını artırar, inadcıllıq adamın nadanlığını artırar.
  • Səbr hər yerdə dərmandır, amma səbrə dərman yoxdur.
  • Səbr ilə iş görən adam peşiman olmayıb və ola da bilməz.
  • Səbr sevincin açarıdır.
  • Səbr yaxşıdır, əgər bütün ömrü səbr etməsən.
  • Sən elədiyin yaxşılığı gizlə; sənə olunan yaxşılığı de.
  • Səndən aşağı olana mehriban ol.
  • Sənin düşmənini istəyən, səni istəməz.
  • Sirr iki nəfərin arasına düşəndə qalar, üç nəfərin arasına düşəndə isə qapını açar və çıxıb gedər.
  • Sirrini düşməndən gizləmək üçün gərək dostdan gizləyəsən.
  • Sözün qiyməti qısalığındadır.
  • Susmaq - biliklinin bəzəyi, biliksizin pərdəsidir.
  • Susmaq da cavabdır.

Ş

  • Şahlar camaatın, alimlər isə şahların üzərində hökmranlıq edərlər.
  • Şam özünü yandırıb özgəyə işıq salar.
  • Şəhvət əsiri kölədən də pisdir.
  • Şərəf puldan qiymətlidir.
  • Şir elə qəfəsdə də şirdir.

T

  • Tamahı çox olanın insafı az olar.
  • Tez - tez söz-sözə gəlmək dostluğu zəif salar.
  • Tələskən adamın - rahatlığı, hirsli adamın - sevinci, usandırıcı adamın dostu olmaz.
  • Təmiz adam rahat yatar.
  • Tənbəl insan şeytanın oyuncağıdır.
  • Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət.
  • Tərbiyə qızıldan qiymətlidir.
  • Təzə bir dil öyrənmək təzə bir adam tapmaq kimidir.

U

  • Ulağı ya odun daşımaq üçün, ya da su gətirmək üçün çağırarlar.
  • Unu olan adam odu söndürməz.
  • Uşaq vaxtı öyrəndiyin, daşa yazılan naxış kimi yadda möhkəm qalar.
  • Uzaqda olmaq həsrət, yaxında olmaq soyuqluq yaradar.

Ü

  • Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə.
  • Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik.
  • Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət.
  • Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.
  • Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan at və sakit arvad.
  • Ürək gözdən qabaq görər.
  • Ürəkdən gələn söz ürəklərə də təsir edər.
  • Ürəyi kor olanın gözü də görməz.
  • Ürəyini bərk etməyən, uşaq tərbiyə edə bilməz.
  • Üzün gözəlliyi xasiyyətin gözəlliyindədir.

V

Y

  • Yaxındakı tüstü kor elər.
  • Yaxşı danışan gözəl də qulaq asar.
  • Yaxşılıq etmək istəyən yaxşılıq etmiş kimidir.
  • Yaxşılığı elə, yaddan çıxarıb at suya.
  • Yalan danışmaq bütün xətaların əsasıdır.
  • Yalan deyibsənsə, yadında saxla.
  • Yalançı adamın dostluğuna dözən özü də yalançıdır.
  • Yaman xəbər tez çatar.
  • Yamanlığın lap azı da çoxdur.
  • Yetimə ağlamaq öyrətmə.
  • Yoxsul yaşayıb varlı ölən nadandır.
  • Yumşaq cavablar qəzəbi yatırar, kobud söz hay-küy qaldırar.

Z

  • Zarafat sahibini qiymətdən salar, dinləyicini qəzəbləndirər.
  • Zəifə qalib gəlmək məğlub olmaq kimidir.
  • Zəifin silahı şikayətdir.
  • Zəmanə yaxşı müəllimdir.
  • Zibil dənizi bulandıra bilməz.