Ərəb atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 192: | Sətir 192: | ||
* Xəsis öz hesabına yeyər, səxavətli - özgəsinin. |
* Xəsis öz hesabına yeyər, səxavətli - özgəsinin. |
||
* Xeyir verən yalandan, ziyan verən doğru yaxşıdır. |
* Xeyir verən yalandan, ziyan verən doğru yaxşıdır. |
||
* Xeyir verməyən elm, çarə qılmayan dərman kimidir. |
|||
* Xeyirxahların ürəyi sirlər məzarıdır. |
* Xeyirxahların ürəyi sirlər məzarıdır. |
||
* Xəbərçiyə inanan dostunu məhv edər. |
* Xəbərçiyə inanan dostunu məhv edər. |
19:44, 4 fevral 2017 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ac adam üçün çörək yaxşıdır, nəinki məscid.
- Acın, üşüyənin və qorxaqın gözlərinə yuxu gəlməz.
- Adam bilmədiyi şeyi xoşlamaz.
- Adamlar bir-birinə əl tutanda güclü olurlar.
- Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər.
- Adət təlimdən güclüdür.
- Adəti ancaq kəfən tərgidə bilər.
- Axmağa yetmiş səhvi keçərlər, alimə bir səhvi - yox.
- Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır.
- Ailənin sirrini uşaqdan soruş.
- Ağıl kordursa, gözlərdən nə fayda?
- Ağılla göz ürəyin aynasıdır.
- Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən.
- Ağıllı adamın sağlamlığının qiymətini anlamağı üçün xəstə olmağa ehtiyacı yoxdur.
- Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.
- Ağıllı öz qarnının əsiri olmaz.
- Ağıllı özü-özünü qoruyar.
- Ağıllı uşaq nadan qocadan yaxşıdır.
- Ağıllı zəhmətinə bel bağlar, ağılsız ümidinə.
- Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət.
- Ağılsızın acığı sözündə, ağıllının acığı işində olar.
- Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir.
- Ağılsızın ürəyi dilində, ağıllının dili ürəyindədir.
- Ağır ayaqda ağılsız da məsləhət verər.
- Ağlı çatmayanın sözü də çatmaz.
- Aqibətini düşünməyənə zəmanə dost olmaz.
- Alimin paltarı olmasa da, elmi eybini örtər.
- Alınası şey barədə narahat ol, satılası şey barədə yox.
- Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin.
- Allah lütü paltar yumaq yükündən qurtarıb.
- Alov toxunanı yandırar.
- Atadan miras qalmayıbsa, əmiyə-dayıya ümid olma.
- Atalar sözü - söhbətin duzu.
- Atalar sözü - sözün düzü.
- Atalar sözündə yalan olmaz.
- Atasına hörmət edən adamın ömrü uzun olar.
- Ay çıxanda ulduzların nə yararı var.
- Ayağın büdrəməsi dilin büdrəməsindən yaxşıdır.
B
- Baxış sözdən daha mənalıdır.
- Balası itən analar bir-birini çox istər.
- Batanda allah yadına düşür.
- Başa bəla dildən gələr.
- Bayquşdan xeyir gəlsəydi onu da ovlayardılar.
- Bayquşun dalınca düşən xarabalığa gedib çıxar.
- Bədəni yormaq xeyirlidir, ağlı - yox.
- Bədənin qidası yemək, ağlın qidası elmdir.
- Bəlanın qapısı gen olar.
- Bəzən uşağın ağzından peyğəmbərcəsinə söz eşidirsən.
- Biabırçılıq ömürdən uzundur.
- Bilik gərək başda olsun, sözdə yox.
- Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
- Bir adamda olmayan cəhəti tərifləmək - ona gülməkdir.
- Bir adamla sözləşəndə barışığa yer qoy.
- Bir allahı, bir də dostu aldatma.
- Bir ata qüdrətindən aşağı səviyyədə, uşaqları qüdrəti nisbətində, qadın da qüdrətinin fövqündə geyinməlidir.
- Bir şey etmək istəyən yolunu, etmək istəməyən bəhanəsini tapar.
- Biri xurma yeyir, biri də tumunu yığır.
- Bivecə məsləhət verərsən, sənə düşmən olar.
- Borcu verəndə dost olarsan, alanda - düşmən.
- Böyük görünmək istəyən hər bir şey kiçikdir.
- Böyüyü tərbiyə elə, kiçik ondan öyrənəcək.
C
- Cahilə cavab verməmək elə cavabdır.
- Camaatdan qorxmayandan camaat da qorxmaz.
- Cavab üçün tələsən ağır fikirləşər.
Ç
- Çalanı siçanlar qazdı, amma öküzlər düşdü.
- Çalğıçı can verəndə də barmaqları oynayar.
- Çox yatmaq ölümə səbəb olar və ömrü azaldar.
D
- Danışılanlar qəlbdən çıxarsa qəlbə qədər gedər, amma dildən çıxarsa qulağı keçə bilməz.
- Dəmiri isti-isti döyərlər.
- Dənizin suyunu paylasan, dənizdə də su qalmaz.
- Dərd şəkənlər bilər ki, dərd nədir.
- Dəvənin tükü yumşaq da olsa, möhkəm olar.
- Dil özü sümüksüz olsa da, sümüyü sındırar.
- Dil - ürəyin dilmancıdır.
- Dili gözdən qoymasan - saxlar səni, gözdən qoysan - satar səni.
- Dilin topuq vurmağından ayağın axsamağı yaxşıdır.
- Dosta heç olmasa hay verməklə kömək elə.
- Dostun bal kimi şirinsə, elə o saat yalama.
- Dostun iradına qulaq asmaq, dostu itirməkdən yaxşıdır.
- Dostunun da düşmənindən, düşməninin də dostundan ehtiyatlı dolan.
- Dülgərin qapısı həmişə sınıq olar.
- Dünya həm şirindir, həm də acı, acısı daha çoxdur.
- Dünyada üç şey gizlədilməz: duman, eşq , pulsuzluq.
- Düşəni götürərlər.
- Düşməndən özünə dost seçmə.
- Düz adamın baxışı aydın olar.
E
- Ehtirasına qul olan düşmənini sevindirər.
- Ehtiyatsız siçan pişiyə yem olar.
- Ehtiyacda olan kor olar.
- Elmin səmərəsi rahatlıq, dünya malının səmərəsi əzabdır.
- Elçini nə döyər, nə də təhqir edərlər.
- Evdən kənarda min düşmənin olsun, ev içində bir düşmənin olmasın.
- Evlənmək - bir aylıq sevinc, bir ömürlük qayğıdır.
Ə
- Əgər istəyirsən dostluğun pozulmasın - nə borc al, nə də borc ver.
- Əxlaqsız adamlarla oturub-duran öz şərəfini itirər.
- Əmir olmağa qılınc gərək, şeyx olmağa - çörək.
- Əmirin iti də elə əmirdir.
- Ən bərk ağrı o ağrıdır ki,indi incidir.
- Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır.
- Ən istəkli övlad - nəvədir.
- Ən uzaq məsafə ürəyin ayırdığıdır.
- Ən yaxşı adət dili dişlə tutmaqdır.
- Ən yaxşı xəzinə - ürək məhəbbətidir.
- Ən yaxşı kömək - təcili köməkdir.
- Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır.
- Əsərsiz alim - yağışsız buluda bənzər.
F
- Fərəhli yalandan qəmli həqiqət yaxşıdır.
G
- Gözdən uzaq olanı ürək də unudar.
- Gözəlin hər işi gözəldir.
- Gözün işığını itirmək ağlı itirməkdən yüngüldür.
- Gülərüzlük də insan üçün nemətdir.
H
- Haqq işdə susan, nahaq işdə haray çəkənə bənzəyər.
- Heç vaxt adam arasında məsləhət vermə.
- Heyvanı qulağından, insanı dilindən tutarlar.
- Həbsxana bir bağça içində olsa belə həbsxanadır.
- Həqiqəti de - sənin əleyhinə olsa da.
- Hər bir işin başlanması çətin olur.
- Hər bir məhəbbətdə min sirr gizlənir.
- Hər cür nöqsanı ağıl ilə var örtür, kasıblıq ilə kobudluq açır.
- Hər kəs özünü ağıllı hesab etsə, xalq onu nadan sayar.
- Hər quşa öz nəğməsi xoşdur.
- Hər quşun əti yeməli olmur.
- Hər səhər hal-əhval tutduğun qonşu ilə savaşma.
- Hər şey çox olduqda ucuz olar, ancaq ağıldan başqa.
- Hər şeydən çətin özünü öyrənməkdir.
- Hər yanğını söndürən tapılar, lakin paxıllıq odunu söndürmək olmaz.
- Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz.
- Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın.
- Həyasız qonşu qonşuların ağasıdır.
- Hirsin əvvəli - ağılsızlıq, axırı - peşmançılıqdır.
- Hirsli adam ağılsızın qardaşıdır.
- Hiyləgər adam vaxtından əvvəl ölər.
- Hörməti dövlətə eləyirlər, dövlətliyə yox.
X
- Xəsis öz hesabına yeyər, səxavətli - özgəsinin.
- Xeyir verən yalandan, ziyan verən doğru yaxşıdır.
- Xeyir verməyən elm, çarə qılmayan dərman kimidir.
- Xeyirxahların ürəyi sirlər məzarıdır.
- Xəbərçiyə inanan dostunu məhv edər.
- Xoşluqca imtina etmək süründürücü vəddən yaxşıdır.
İ
- İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar.
- İgidliyin tacı təvazökarlıqdır.
- İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar.
- İki şeyin qiyməti itəndən sonra bilinir: bir cavanlığın, bir də sağlamlığın.
- İlan öz zəhərindən ölmür.
- İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar.
- İnsan ağlının sanbalı sözündədir.
- İnsan böyüdükcə qayğısı da böyüyür.
- İnsan həyatının meyvəsi yaxşı addır.
- İnsanın etiqadı andından məlum olur.
- İnsanlar uğurlarından az, uğursuzluqlarından çox şey öyrənirlər.
- İnsanın dözümü onun köməkçisidir.
- İşin axırını fikirləşən bəlanı özündən sovuşdurar.
- İşin görülmüşü yaxşıdır.
- İştah birinci tikədən, dava isə birinci kəlmədən başlayır.
- İt hürüşünə get, çaqqal ulamasına yox: birinci evə, aparıb çıxarır, ikinci - çölə.
K
- Kasıbın sözünü heç kəs eşitməz.
- Kasıblıq insan olsaydı, öldürərdim.
- Kasıblıq namussuzluq deyil.
- Kim ki, çox and içir, çox da yalan deyir.
- Kim səbirlidir, o qalib gəlir.
- Kişinin xəzinəsi onun sənətidir.
- Kitab insanın cibində daşıdığı bir bağça kimidir.
- Kitab sənə fayda verər, səndən heç nə almaz.
- Kordan şahid olmaz.
- Kölgəsi olmayan ağacı kəsərlər.
Q
- Qadağan olunan hər şey arzu olunar.
- Qan heç zaman suya dönməz (yəni qohumluq qanı hər şeydən üstündür).
- Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.
- Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.
- Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır.
- Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir.
- Qardaşların da arasında haqq-hesab var.
- Qəbahətini etiraf edərək əfvini istə; zira bir cinayəti gizlətmək onu ikiləşdirər.
- Qəribin gözləri olsa da kordur.
- Qəzəblənəndə könül də kor olar, göz də.
- Qocalan şirə çaqqal gülər.
- Qocanın eşqə düşənini heç kəs saxlaya bilməz.
- Qonaq həmişə qonaqdır, hətta bütün yayı da qalsa.
- Qonşunu - ev tikənəcən tap.
- Qorxaq adam çox yaşamağı yaxşı ad qazanmaqdan üstün tutar.
- Qorxanı vurarlar.
- Qorxursan - demə, dedin - qorxma.
- Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur.
- Quşu quşla tutarlar.
- Qürbətdə insan üçün ən əziz - vətəndir.
L
M
- Mədə boş, sağlıq düzgün, kisə boş, əxlaq düzgün.
- Mədə xəstəliyin evi, sağlıq müalicənin başıdır.
- Məhəbbət korluğun bacılığıdır.
- Məhəbbətin gözü kordur.
- Məhəbbətin məsləhətçiləri yoxdur.
- Mən ev satmamışam, qonşu satmışam.
- Məni başa düş, sonra istəyirsən öldür.
- Məsləhəti böyüklə də elə, kiçiklə də, amma qənaətə öz ağlınla gəl.
- Müdrik adam səhv edəndə, bütün dünya çaşıb qalır.
- Mülayimlik həm dövlətdir, həm də ləyaqət.
- Müsibət zamanı səbirsiz olmaq, müsibətin özündən də acıdır.
N
- Nadanlıq elə bir dəvədir ki, onu minən alçalar və onunla yoldaş olan itib-batar.
- Nəticəsiz ümid barsız ağac kimidir.
- Nifrətini gizlə, məhəbbətini göstər.
O
- On quşun ağacda olmağındansa, bir quşun əldə olması yaxşıdır.
- On zəhmətkeş kişi bir bədxərc arvadın öhdəsindən gələ bilməz.
Ö
- Öküz yıxılanda üstünə çoxlu bıçaq qalxar.
- Öldürənin anası unudar, ölənin anası - yox.
- Ölkənin dağılmağını istəyirsənsə, dua elə başçısı çox olsun.
- Ölüm dırnaqlarını ilişdirdikdə heç bir dua, tilsim fayda verməz.
- Öz tamahından qaçmaq şir əlindən qurtarmaqdan daha faydalıdır.
- Özündən başqa heç kimi mühakimə eləmə.
- Özünə inamı olmayan adamın nailiyyəti olmaz.
- Özünü öyən - davadan sonra igid olar.
P
- Pis arvad əyri qabırğa kimidir, sındırarsan, amma düzəldə bilməzsən.
- Pis müştəri ya tez gələr, ya gec.
- Puluna dost olanın dostu olmaz, puluna düşmən olanın - düşməni.
R
S
- Sağlığı olanın ümidi, ümidi olanın hər şeyi var.
- Sevənlərin acığı yaz yağışı kimidir.
- Səbəbsiz gülüş pis tərbiyənin əlamətidir.
- Səbr edən adam öz bacarığını artırar, inadcıllıq adamın nadanlığını artırar.
- Səbr hər yerdə dərmandır, amma səbrə dərman yoxdur.
- Səbr ilə iş görən adam peşiman olmayıb və ola da bilməz.
- Səbr sevincin açarıdır.
- Səbr yaxşıdır, əgər bütün ömrü səbr etməsən.
- Sən elədiyin yaxşılığı gizlə; sənə olunan yaxşılığı de.
- Səndən aşağı olana mehriban ol.
- Sənin düşmənini istəyən, səni istəməz.
- Sirr iki nəfərin arasına düşəndə qalar, üç nəfərin arasına düşəndə isə qapını açar və çıxıb gedər.
- Sirrini düşməndən gizləmək üçün gərək dostdan gizləyəsən.
- Sözün qiyməti qısalığındadır.
- Susmaq - biliklinin bəzəyi, biliksizin pərdəsidir.
- Susmaq da cavabdır.
Ş
- Şahlar camaatın, alimlər isə şahların üzərində hökmranlıq edərlər.
- Şam özünü yandırıb özgəyə işıq salar.
- Şəhvət əsiri kölədən də pisdir.
- Şərəf puldan qiymətlidir.
- Şir elə qəfəsdə də şirdir.
T
- Tamahı çox olanın insafı az olar.
- Tez - tez söz-sözə gəlmək dostluğu zəif salar.
- Tələskən adamın - rahatlığı, hirsli adamın - sevinci, usandırıcı adamın dostu olmaz.
- Təmiz adam rahat yatar.
- Tənbəl insan şeytanın oyuncağıdır.
- Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət.
- Tərbiyə qızıldan qiymətlidir.
- Təzə bir dil öyrənmək təzə bir adam tapmaq kimidir.
U
- Ulağı ya odun daşımaq üçün, ya da su gətirmək üçün çağırarlar.
- Unu olan adam odu söndürməz.
- Uşaq vaxtı öyrəndiyin, daşa yazılan naxış kimi yadda möhkəm qalar.
- Uzaqda olmaq həsrət, yaxında olmaq soyuqluq yaradar.
Ü
- Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə.
- Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik.
- Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət.
- Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.
- Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan at və sakit arvad.
- Ürək gözdən qabaq görər.
- Ürək də dəmir kimi paslanır.
- Ürəkdən gələn söz ürəklərə də təsir edər.
- Ürəyi kor olanın gözü də görməz.
- Ürəyini bərk etməyən, uşaq tərbiyə edə bilməz.
- Üzün gözəlliyi xasiyyətin gözəlliyindədir.
V
Y
- Yaxındakı tüstü kor elər.
- Yaxşı danışan gözəl də qulaq asar.
- Yaxşılıq etmək istəyən yaxşılıq etmiş kimidir.
- Yaxşılığı elə, yaddan çıxarıb at suya.
- Yalan danışmaq bütün xətaların əsasıdır.
- Yalan deyibsənsə, yadında saxla.
- Yalançı adamın dostluğuna dözən özü də yalançıdır.
- Yaman xəbər tez çatar.
- Yamanlığın lap azı da çoxdur.
- Yetimə ağlamaq öyrətmə.
- Yoxsul yaşayıb varlı ölən nadandır.
- Yumşaq cavablar qəzəbi yatırar, kobud söz hay-küy qaldırar.
Z
- Zarafat sahibini qiymətdən salar, dinləyicini qəzəbləndirər.
- Zəifə qalib gəlmək məğlub olmaq kimidir.
- Zəifin silahı şikayətdir.
- Zəmanə yaxşı müəllimdir.
- Zibil dənizi bulandıra bilməz.