Qırğız atalar sözləri: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1: Sətir 1:
== A ==
== A ==
* Aciz tülkü acından ölər.
* Aciz tülkü acından ölər.
* Adama zahirinə görə yox, işinə görə qiymət ver.
* Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı.
* Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı.
* Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar.
* Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar.

03:17, 10 mart 2017 versiyası

A

  • Aciz tülkü acından ölər.
  • Adama zahirinə görə yox, işinə görə qiymət ver.
  • Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı.
  • Axmaq adam istəyəndə ki, işini danışsın - sirrini açar.
  • Axmağın min sözü, ağıllının bir sözünə dəyməz.
  • Ağıl geyimdir - köhnəlməyən, bilik mədəndir - tükənməyən.
  • Ağıl qızıldır, fikir - gümüş.
  • Alçaqlıq qırx ildən sonra da aşkar olar.
  • Allaha arxayın olan piyada qalar.
  • Anasına bax - qızını al, qapısına bax - keç yuxarı başa.
  • Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün.
  • Arqamakı ox öldürər, cavanı kasıblıq. (Arqamak - Türkmənistanda at cinsi.)
  • Aslan qeyzlə cumar, yavaş yapışar.
  • At yorulandan sonra fikrini de, igid qocalandan sonra.
  • Atını vermək istəməyən - yəhərə baxar, tərlanını vermək istəməyən - yerə.
  • Aulun itləri tez-tez didişər, amma qurd görəndə birləşər.
  • Avara it gündüz hürər.
  • Ayrana gələn qabını gizləməz.

B

  • bahadırı ötmək olar, xalqı - yox.
  • Bahadırlar döyüşməmiş dostlaşmazlar.
  • Bayın dostu çox olar, biyin qulağı. ( Bay - varlı, biy - adi hüquq məsələləri ezrə hakim).
  • Berkut qocalanda başlayır siçan ovlamağa. (Berkut - yırtıcı quş).
  • Biabırçılıq - ölümdən betərdi.
  • Bilən minini özünə qoşar, bilməyən mininə qoşular.
  • Biləyin edə bilmədiyini bilik eləyər.
  • Bir gün duz yediyin yerə min gün salam göndər.
  • Bir inəyin buynuzu sınanda, min inəyin buynuzu əsər.
  • Biri gülür, biri ölür.

C

  • Cavanlıq ötür aşılmaz aşırım kimi; qocalıq gəlir - qazılmamış qəbir kimi.

Ç

  • Çıxdığın dağ uca olsa, atdığın daş uzaq gedər.
  • Çomaq - əti əzər, söz - sümüyü də dələr.
  • Çox qırmızı tez solar, çox isti tez soyuyar.

D

  • Dağ döşünü keçəndən sonra dəvəyə çımxırma.
  • Dağın ucalığını görmək istəyirsənsə, zirvəsinə çıxma.
  • Dəmirin hər iki başı isti olar.
  • Dil qılıncdan itidir.
  • Dildən bal da damar, zəhər də.
  • Doğma ev-eşik - qızıl beşik.
  • Dost arxada təriflər, düşmən - üzdə.
  • Dostu düşünməyən düşmənə dönər.
  • Dovşan dərisindən tikilən çarıq bir il bəs elər.
  • Düşünməmiş danışmaq - naxoşlamamış ölmək kimidir.

E

  • Eldən ayrı düşəni qurd yeyər.
  • Eşitməzlər deyib böhtan demə; bilməzlər deyib əyrilik eləmə.

Ə

  • Əcəli çatan buğa baltadan qorxmaz.
  • Əlinlə götürürsən, başınla cavab verirsən.

F

  • Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.
  • Fikir sözün mənbəyidir.
  • Fikrin dibi yoxdur, sözün - həddi.

G

  • Gün batar, amma yenə də çıxar.

H

  • Hara ağrıyırsa, ürək də oradır.
  • Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə vurmaq kimi bir şeydir.
  • Heyvanı qulağından tanıyarlar, insanı sözündən.

X

  • Xəsisin yarasından qan da axmaz.

İ

  • İgidin kunu yüz ata bərabərdir, ad-sanı - yüz min ata. (Kun - köhnə adətə görə qan bahasıdır).
  • İgidin yaraşığı saqqaldır, sözün yaraşığı - atalar sözü.
  • İki dəvə döyüşəndə arada qara milçək ölər.
  • İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.
  • İnsan acından ölməz, abrından ölər.
  • İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
  • İnsana kumıs qandır, süd - candır.
  • İti yedirirsən - hürür, adamı yedizdirirsən - gülür.
  • İtlər bir yerdə olanda pələngə də hürər.
  • İynə ulduzundan sınar, insan sözdən ölər.

K

  • Kimin altı övladı var - altı yerdə sərvəti var.
  • Kişi qocalar, fikri - yox.
  • Külək otu qurudar, qayğı - insanı.

Q

  • Qabaqdakının səhvini arxadakı görər.
  • Qaçağan atın təri qurumaz, ərköyünün - göz yaşı.
  • Qadının yüngülbeyinliyini gözlərindən, ağıllısını sözlərindən bilmək olar.
  • Qarışqa balaca da olsa, gücüylə dağ çevirir.
  • Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
  • Qismətə yox, zəhmətə ümid ol.
  • Qızıl pas atmaz, ağıl çürüməz.
  • Qızılı görüb peyğəmbər də yoldan çıxıb.
  • Qonaq - deməmiş gələr, ölüm - soruşmamış.
  • Qonağı yedirirsən, atını da yedirt.
  • Qorxağın ayağının altında yer də əsər.
  • Quldurun başı yolda qalar.
  • Qulun bərk kişnəyəndə - ilxısına bax, igid çox özündən deyəndə - alaçığına.
  • Qurbağasız göl olmaz, nöqsansız adam.
  • Qurd qocalıb əldən düşsə də, bir qoyuna gücü çatar.
  • Qurdun qarğışı qoyunu tutmaz.

M

  • Məhəbbət ölümdən güclüdür.

N

  • Nər yükdən qaçmaz.

O

  • O qapını ki, yenə açacaqsan, bərk çırpma.

Ö

  • Ölsən də düşmənə sirrini açma.
  • Ördək olmayanda cüllüt biy olar. (Biy - burada tayfa başçısı)
  • Öz gücünü bilməyən bəlaya düşər.
  • Özünü qəhrəman bilsən, özgəni aslan bil.

S

  • Sağsağanı ehtiyac öldürmür, tamah öldürür.
  • Söz yanığı köz yanığından bərk olur.
  • Su itin üzünə qalxanda, o da başlayır üzməyə.

T

  • Tələsən paysız qalar.
  • Tülkünü tutan iti sınamaq lazım deyil.

V

  • Var - nə dedirtməz, yox - nə yedirtməz.
  • Var vaxtı coşma, yox vaxtı çaşma.

Y

  • Yaxşı arvad səfeh kişini ər eylər, səfeh arvad yaxşı kişini zəlil.
  • Yaxşını söz öldürər, yamanı - çomaq.
  • Yalan söz ürəyin düşmənidir.
  • Yatdığın yerdə ölməkdənsə, atdığın yerdə öl.
  • Yazda çay yatağında qalma, qışda - düzdə.
  • Yersiz söz dostu düşmən elər.
  • Yıxılırsan - dəvənin böyüyündən yıxıl.
  • Yorğan-döşəkdə ölmək - töhmət; döyüşdə ölmək - şöhrət.
  • Yumşaq ağacı qurd yeyər.

Z

  • Zorla boyuna qoyulan vəzifə layiqincə yerinə yetirilə bilməz.
  • Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.

Mənbə

  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.