Dhammapada: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 19: | Sətir 19: | ||
== Y == |
== Y == |
||
* Yaxşı sözlər danışıb əməl eləməyən adam ətri olmayan gözəl çiçəklərə bənzər. Çiçəklərin ətri küləyin axınına qarşı yayılmaz. Xeyirxah adamların ətri isə küləyin gəldiyi yerlərə də yayılır. |
|||
* Yazıqlar olsun! Kötük kimi duyğusuz, faydasız, atılıb-qalmış bu bədən yer üzündə çox yaşamayacaq. |
* Yazıqlar olsun! Kötük kimi duyğusuz, faydasız, atılıb-qalmış bu bədən yer üzündə çox yaşamayacaq. |
||
[[Kateqoriya:Buddizm]] |
[[Kateqoriya:Buddizm]] |
14:46, 6 iyul 2017 tarixindəki versiya
Ç
- Çoxlarının xəbəri yoxdu ki, burda həlak olmaq bizim alnımıza yazılıb. Bunu bilənlərsə elə həmin andaca hər söz-söhbətə son qoyurlar.
D
- Damı yaxşı döşənməmiş evə yağış necə damırsa, yaxşı işləməyən ağıla da tamah eləcə damır.
Ə
- Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdu.
H
- Havalı, yüngül, harda gəldi büdrəyən, ilişən fikrin cilovlanması xoşbəxtlikdi. Xoşbəxtliyin yolu susdurulmuş fikirdən keçir.
X
- Xeyirdən-şərdən üz döndərən namuslu fikrin, bir də ayıq-sayıqların qorxusu olmaz.
N
- Nifrətin qarşısı nifrətlə alınmaz, yalnız nifrətsizliklə nifrəti söndürmək olar. Bu, əbədi qanundur.
O
- «O məni təhqir elədi, o məni vurdu, o mənə qalib gəldi, o məni soyub-taladı». İçində belə fikirlər gizlədənin nifrəti sönməz.
Ş
- Şirə çəkən arı çiçəklərə, güllərin rənginə, qoxusuna heç bir zərər vurmadan necə uçub gedirsə, müdrik adam da öz yurduna eləcə gəlib-getsin.
Y
- Yaxşı sözlər danışıb əməl eləməyən adam ətri olmayan gözəl çiçəklərə bənzər. Çiçəklərin ətri küləyin axınına qarşı yayılmaz. Xeyirxah adamların ətri isə küləyin gəldiyi yerlərə də yayılır.
- Yazıqlar olsun! Kötük kimi duyğusuz, faydasız, atılıb-qalmış bu bədən yer üzündə çox yaşamayacaq.