Dham­ma­pa­da: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 35: Sətir 35:
== M ==
== M ==
* «Mə­nim öv­lad­la­rım, mə­nim var-döv­lə­tim» – ax­maq adam özü­nü be­lə şey­lər­lə üzür. O heç özü-özü­nə də yi­yə­lik edə bil­məz. O ki qa­la öv­lad ol­sun, var-döv­lət ol­sun.
* «Mə­nim öv­lad­la­rım, mə­nim var-döv­lə­tim» – ax­maq adam özü­nü be­lə şey­lər­lə üzür. O heç özü-özü­nə də yi­yə­lik edə bil­məz. O ki qa­la öv­lad ol­sun, var-döv­lət ol­sun.
* Mö­min hə­yat ke­çir­mə­yən­lər, gənc­lik­də var­lan­ma­yan­lar ba­lıq­sız göl­mə­çə­də qo­ca ba­lı­qu­dan­lar ki­mi hə­lak olur­lar.


== N ==
== N ==

14:56, 6 iyul 2017 versiyası

A

  • Ax­maq adam bi­lik qa­za­nar­sa, öz bəd­bəxt­li­yi­ni bi­rə-beş ar­tı­rar.
  • Ax­maq bü­tün öm­rü­nü müd­rik­lə­rin ara­sın­da ke­çir­sə be­lə, ye­nə də müd­rik­li­yin nə ol­du­ğu­nu qa­şıq xö­rə­yin da­dı­nı bil­di­yin­dən ar­tıq bil­məz.
  • Arx çə­kən su­ya güc gəl­mə­li­di, yay çə­kən oxa güc gəl­mə­li­di, dül­gər olan ağa­ca güc gəl­mə­li­di, müd­rik olan özü­nə güc gəl­mə­li­di.

Ç

  • Çox do­ğul­dum, çox ömür­lər­dən keç­dim, bu evi ti­kə­ni çox gəz­dim, an­caq tap­ma­dım. Dö­nə-dö­nə do­ğul­maq dəh­şət­di.
  • Çox­la­rı­nın xə­bə­ri yox­du ki, bur­da hə­lak ol­maq bi­zim al­nı­mı­za ya­zı­lıb. Bu­nu bi­lən­lər­sə elə hə­min an­da­ca hər söz-söh­bə­tə son qo­yur­lar.

D

  • Da­mı yax­şı dö­şən­mə­miş evə ya­ğış ne­cə da­mır­sa, yax­şı iş­lə­mə­yən ağı­la da ta­mah elə­cə da­mır.
  • Dün­ya baş­dan-ba­şa yan­maq­da ikən bu nə gü­lüş, nə se­vinc­di? Ge­cə­yə gö­mü­lən­lər, siz ni­yə işıq ax­tar­mır­sı­nız?

E

  • Ey bu evi ti­kən, sən gö­rür­sən! Sən bir də bu əziy­yə­ti çək­mə­yə­cək­sən. Di­rək­lə­rin uçub ar­tıq, çar­da­ğı­nın bə­zə­yi po­zu­lub. Bu dün­ya­dan dar­tı­nan ağıl, axır ki, ar­zu­la­ra qa­lib gəl­di.

Ə

  • Əgər bi­ri­si Mü­qəd­dəs Ki­ta­bı ge­cə-gün­düz oxu­yur, an­caq əməl elə­mir­sə, be­lə­si öz­gə­si­nin inə­yi­ni sa­yan na­xır­çı­ya bən­zər. Mü­qəd­dəs­lər cər­gə­sin­də ona yer yox­du.
  • Əlin ya­ra de­yil­sə, zə­hə­ri ov­cun­da gəz­di­rə bi­lər­sən. Ya­ra­sı ol­ma­ya­na zə­hər əsər elə­məz. Şər iş­lər tö­rət­mə­yə­nə şə­rin di­şi bat­maz.

G

  • Gə­zər­ki adam, əgər özün­dən yax­şı­sı­na, ya da heç ol­ma­sa özün ki­mi­si­nə rast gəl­mə­din­sə, çə­kil öz tən­ha­lı­ğı­na: ax­maq­lar­la sə­nin­ki tut­maz.

H

  • Ha­va­lı, yün­gül, har­da gəl­di büd­rə­yən, ili­şən fik­rin ci­lov­lan­ma­sı xoş­bəxt­lik­di. Xoş­bəxt­li­yin yo­lu sus­du­rul­muş fi­kir­dən ke­çir.

X

  • Xe­yir­dən-şər­dən üz dön­də­rən na­mus­lu fik­rin, bir də ayıq-sa­yıq­la­rın qor­xu­su ol­maz.
  • Xəs­tə­lik­lər yu­va­sı bu eti­bar­sız bə­dən ge­yil­mək­dən köh­nə­lib ar­tıq; bu çü­rün­tü yı­ğı­nı me­yit qo­xu­yur, çün­ki öm­rün yal­nız bir so­nu var – ölüm.

K

  • Ki­mi­si ana bət­ni­nə qa­yı­dır, gü­nah­kar­lar cə­hən­nə­mə va­sil olur, mö­min­lər gö­yə çə­ki­lir, ar­zu­lar­dan üz dön­də­rən­lər isə nir­va­na­ya (ila­hi sa­kit­li­yə) ça­tır­lar.

Q

  • Qoy o, xe­yir iş­lər gör­mə­yə tə­ləs­sin; şər­dən fik­ri­ni ya­yın­dır­sın. Çün­ki xe­yir­lə uğ­raş­ma­yan kim­sə­nin ağ­lı öz se­vin­ci­ni şər­də ta­pır.

M

  • «Mə­nim öv­lad­la­rım, mə­nim var-döv­lə­tim» – ax­maq adam özü­nü be­lə şey­lər­lə üzür. O heç özü-özü­nə də yi­yə­lik edə bil­məz. O ki qa­la öv­lad ol­sun, var-döv­lət ol­sun.
  • Mö­min hə­yat ke­çir­mə­yən­lər, gənc­lik­də var­lan­ma­yan­lar ba­lıq­sız göl­mə­çə­də qo­ca ba­lı­qu­dan­lar ki­mi hə­lak olur­lar.

N

  • Nə göy­də, nə də­niz­lə­rin di­bin­də, nə də­rə­lə­rin də­rin­li­yin­də elə bir yer ta­pıl­maz ki, di­ri­lə­ri ölüm hax­la­ma­sın.
  • Nə özün­dən öt­rü, nə baş­qa­la­rın­dan öt­rü öv­lad, var-döv­lət, taxt-tac is­tə­məz o. Qa­nun­suz­luq üs­tün­də uğur qa­zan­ma­ğa onun eh­ti­ya­cı yox­du. Qoy onun müd­rik­li­yi və əda­lə­ti əbə­di ol­sun!
  • Nif­rə­tin qar­şı­sı nif­rət­lə alın­maz, yal­nız nif­rət­siz­lik­lə nif­rə­ti sön­dür­mək olar. Bu, əbə­di qa­nun­dur.

O

  • «O mə­ni təh­qir elə­di, o mə­ni vur­du, o mə­nə qa­lib gəl­di, o mə­ni so­yub-ta­la­dı». İçin­də be­lə fi­kir­lər giz­lə­də­nin nif­rə­ti sön­məz.

P

  • Peş­man­çı­lı­ğa, göz yaş­la­rı­na ba­şa gə­lən işə xe­yir iş de­mək ol­maz.

S

  • Sü­mük­dən ti­ki­lib bu qa­la, ət­lə-qan­la ma­la­la­nıb-su­va­nıb; qo­ca­lıq və ölüm, ya­lan və iki­üz­lü­lük giz­lə­nib bu qa­la­da.

Ş

  • Şi­rə çə­kən arı çi­çək­lə­rə, gül­lə­rin rən­gi­nə, qo­xu­su­na heç bir zə­rər vur­ma­dan ne­cə uçub ge­dir­sə, müd­rik adam da öz yur­du­na elə­cə gə­lib-get­sin.

Y

  • Yax­şı söz­lər da­nı­şıb əməl elə­mə­yən adam ət­ri ol­ma­yan gö­zəl çi­çək­lə­rə bən­zər. Çi­çək­lə­rin ət­ri kü­lə­yin axı­nı­na qar­şı ya­yıl­maz. Xe­yir­xah adam­la­rın ət­ri isə kü­lə­yin gəl­di­yi yer­lə­rə də ya­yı­lır.
  • Ya­zıq­lar ol­sun! Kö­tük ki­mi duy­ğu­suz, fay­da­sız, atı­lıb-qal­mış bu bə­dən yer üzün­də çox ya­şa­ma­ya­caq.
  • Yel qa­ya­dan, tə­rif və töh­mət isə müd­rik adam­dan heç nə apa­ra bil­məz.