Nizami Gəncəvi: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 65: | Sətir 65: | ||
* Toxum olmasa, dirilməz. |
* Toxum olmasa, dirilməz. |
||
*Torpağa mərhəmət xeyirdir inan,<br> Lütf etsən gül verər, zülm etsən tikan |
*Torpağa mərhəmət xeyirdir inan,<br> Lütf etsən gül verər, zülm etsən tikan |
||
*Tutar qarınqulu çox əziz hər an,<br> Xingal yarpağını gül yarpağındanş |
|||
== Y == |
== Y == |
11:49, 13 dekabr 2017 versiyası
A
- Adam yüksələndə əhdini pozmaz.
- Amandır ağlını unutma ki, sən
Gülünü tikana deyişməyəsən. - Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.
B
- Bağlama qapını dostun üzünə.
- Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban. - Bir neçə gün hicran dağıyla tək qalsan
ayrılıqdan sonra xoş olar vüsal..
Ç
- Çalış ki, kipriyin olsun almaz tək,
Ayıq ol, ölkənin keşiyini çək! - Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara. - Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək.
D
- Dost rahatlıq verən bir bir məlhəmdir.
- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!
G
- Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada. - Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.
H
- Hər çətin düyünün bir əlacı var,
Səbirlə, tədriclə açılar onlar. - Hər uca rütbətən biliniz,fəqət
Alimin rütbəsi ucadır, əlbət!. - Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar. - Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.
X
- Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər.
İ
- İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin. - İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir. - İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı. - İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər.
- İnsanı sarsıdır göz yaşı, nalə,
Ah çəkib, uf deyən yetməz kəmalə. - İnsanlardan başqa bütün canlılar,
Qənaət evində tutmuşlar qərar. - İradəsiz olma, iradəsizlər
Ayaqsız qurd kimi yerdə sürünər.
Q
- Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz. - Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil.
M
- Misə qızıl vurmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.
Ö
- Ölüm yatağında olsa da bir şəxs,
Ümidini əsla həyatdan üzməz. - Ömrünü ah-vayla vermə sən bada,
Acizlər ah-vayla yaşar dünyada. - Öz qəbiləsinə asi olan şəxs
onunla bir yerdə yaşaya bilməz.
S
- Səadət qapını açmasa bu gün,
Kəsmə ümidini ondan büsbütün. - Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa. - Səbr etməklə kişi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar. - Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan. - Sənə nə eyləsə övladın, inan,
Onu görəcəkdir öz övladından. - Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.
T
- Təmkinli oturmağı etdiyiçin dağ peşə,
Mötəbərdir yerində varlığı ilə həmişə. - Toxum olmasa, dirilməz.
- Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan - Tutar qarınqulu çox əziz hər an,
Xingal yarpağını gül yarpağındanş
Y
- Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq. - Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən. - Yaxşılıq etməsən əgər insana,,
Böyüklük şərəfi verilməz sana. - Yer üzündə iki qüvvət vardır: biri qılınc, digəri zəka.
Çox zaman qılınc zəka ilə məğlub olmuşdur. - Yüksəklik yaşla deyil, elmlə, ağılla, şərəflədir.
Z
- Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
Ancaq ədalət ilə alarsan dünya mülkün. - Zülmün toxumundan göyərməz nəbat.
Mənbə
- S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005.