Tarix: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 86: Sətir 86:
* Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə – pis məqamlar təkrar olunur. [[Əbu Turxan]]
* Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə – pis məqamlar təkrar olunur. [[Əbu Turxan]]
* Tarix inkişafın başlıca amili, tərəqqini təmin edən ziddiyyətlərdir. İnsan həyatı üçün zəruri olan bütün dəyərləri qazanmaq insanın özünün xüsusi işidir. [[İmmanuel Kant]],
* Tarix inkişafın başlıca amili, tərəqqini təmin edən ziddiyyətlərdir. İnsan həyatı üçün zəruri olan bütün dəyərləri qazanmaq insanın özünün xüsusi işidir. [[İmmanuel Kant]],
* Tarix insan səhvlərinin öyrənilməsidir. F. Guedalla
* Tarix insanların səhvlərinin araşdırılmasıdır. F. Guedalla
* Tarix - gələcəyin elmidir. [[Konstantin Kuşner]]
* Tarix - gələcəyin elmidir. [[Konstantin Kuşner]]
* Tarix kainatın vicdanıdır. [[Ömər Xəyyam]],
* Tarix kainatın vicdanıdır. [[Ömər Xəyyam]],

12:36, 14 mart 2018 versiyası

Tarix də həyatdır. Bu həyatı canlandırmaq üçün həqiqətlər bizə bu şəkildəki parçalar kimi gəlir. (Xəlil İnalcık)

A

  • Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar. Qabriel Laub.
  • Azadlıq, tarixin itməyən tək dəyəridir. Alber Kamyu

B

  • Barışıq tarixə yaddır. Onu təsvir etmək də çətindir, nə vaxt ki, şəhərlər yanmır, yaralılar və əsirlər inləmir, nə vaxt ki, analarından ayrı düşən körpələr ağlamır-salnaməçilər susur". Oljas Süleymenov,
  • Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur. Əbu Turxan.
  • Bu günü olmayan xalqın keçmişi də yoxdur. Əbu Turxan
  • Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö

D

Ç

  • Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın. Henri Ceyms.

Ə

  • Əgər mağara adamları gülməyi bacarsaydılar, tarix başqa yolla gedərdi. Oskar Uayld,
  • Əgər hər şey tarixə gedirsə, onda tarix hər şeydir. Konstantin Kuşner,
  • Ən gediş-gəlişli hərəkət çox vaxt tarixin dalanlıqlarında olur. Toynbi

X

  • Xalq gərək daim öz kökünü xatırlasın. Heydər Əliyev
  • Xarabalıqları olmayan ölkənin xatirələri, xatirələri olmayan ölkənin isə tarixi ola bilməz. Cirolamo Savonarola.

H

  • Heç bir elm tarix qədər öz qapılarını oxucu kütləsinin üzünə geniş açmır. İohann Heyzinq
  • Heç kim tarixi dəyişdirmədən yaza bilməz. Ernest Renan
  • Herodot tarixin atasıdır. Siseron
  • Həqiqətə münasibətdə tarix dinə münasibətdə ilahiyyat kimidir, yəni barələrində danışmağa dəyməz. Robert Xanlayn
  • Hər bir xalq onun fantaziyasının kifayət etdiyi qədər tarixə malikdir. Maksim Zvonaryev.
  • Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. Əbu Turxan
  • Hətta allahlar da keçmişi dəyişə bilməzlər. Aqafon

İ

  • İdeyaların tarixi - bu səhvlərin tarixidir. Alfred Nort Uaytxed
  • İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi. Alber Kamyu
  • İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin dalındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır. Semuel Teylor Kolric
  • İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var. Əbu Turxan.
  • İnsanların tarixdən aldıqları əsas dərs bundan ibarətdir ki, onlar ondan heç bir dərs ala bilmirlər. Georq Vilhelm Fridrix Hegel
  • İnsanlıq tarixi - düşüncə tarixidir. Corc Herbert.

K

  • Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. Oljas Süleymenov
  • Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. Əbu Turxan.
  • Kim təkrarsızlıqdan çox danışırsa, o, tarixi pis bilir. V. Şeebel,

Q

  • Qətllər heç vaxt dünya tarixinin gedişatını dəyişdirə bilməyib. Bencamin Dizraeli.

M

  • Mən yalnız Allah və tarix qarşısında məsuliyyət daşıyıram. Fransisko Franko

N

  • Nə qədər ki, biz onu xatırlamayırıq, tarix təkrarlanır. Aleksandr Minçenkov,

O

  • O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir. Nüayma

T

  • Tarix aristokratiya qəbristanlığıdır. (Vilfredo Pareto)
  • Tarix artıq olmayanlar və olmayacaqlar haqqında elmdir. Pol Valeri
  • Tarix baxışlarını keçmişə zilləmiş peyğəmbərlərdir. (Fridrix fon Slegel)
  • Tarix bəşəriyyətin geniş və çoxcəhətli təcrübəsi, əsrlərdə insanların görüşüdür. Həyat üçün də son dərəcə faydalı olar ki, bu görüş qardaşlıq görüşü olsun. (Mark Blok)
  • Tarix bir millətin qanını, haqqını, varlığını heç bir zaman inkar edə bilməz. Mustafa Kamal Atatürk
  • Tarix bizim deyil, biz tarixinik. (Hans-Georq Gadamer)
  • Tarix -bu gələcək haqqında elmdir. Konstantin Kuşner
  • Tarix cinayətlərin, ağılsızlıqların və bədbəxtliklərin məcmusudur. Volter
  • Tarix çox tarixlər haqqında susur. Jozef Bulatoviç
  • Tarix deyil, xətalar təkrarlanır. II Əbdülhəmid
  • Tarix ehtiyatsızlar üçün mərhəmətsizdir. Mustafa Kamal Atatürk
  • Tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür. Əbu Turxan
  • Tarix elm qiyafətinə girəndə yox, ancaq özünə oxşayanda həqiqətə daha çox yaxınlaşır. Əbu Turxan
  • Tarix elmi keçmiş dövr salnaməçilərinin inkişafdan qalmış "şagirdi" yox, cəsarətli və ədalətli tədqiqatçısı olmalıdır. (Mişlen)
  • Tarix ən pis şagirdləri olan ən yaxşı müəllimdir. İndira Qandi.
  • Tarix – əsillərin az, surətlərinsə çox olduğu rəsm qalereyasıdır. Aleksis de Tokvil
  • Tarix gələcək haqqında elmdir. Konstantin Kuşner.
  • Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır. Əbu Turxan
  • Tarix - hadisələrin romanı, roman isə hüsslərin tarixidir. Klod Adrian Helvetsi
  • Tarix heç nəyi silmir. Heydər Əliyev
  • Tarix heç vaxt geri dönmür, keçmişi bərpa etmir, o, həmişə dəyişmədən irəli gedir. Semyon Lyudviqoviç Frank
  • Tarix heç vaxt olmamış və heç vaxt olmayacaq hadisələr haqqında elmdir. Pol Valeri
  • Tarix həmişə hər şeyi öz yerinə qoyur. Heydər Əliyev
  • Tarix həyatın müəllimidir. Latın atalar sözləri
  • Tarix hökmdarlar üçün ən yaxşı məsləhətçidir. Tomas Karleyl
  • Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır. Tur Xander
  • Tarix iki dəfə təkrarlanır, lakin daha tez-tez yenidən yazılır. Anatoli Ras
  • Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə – pis məqamlar təkrar olunur. Əbu Turxan
  • Tarix inkişafın başlıca amili, tərəqqini təmin edən ziddiyyətlərdir. İnsan həyatı üçün zəruri olan bütün dəyərləri qazanmaq insanın özünün xüsusi işidir. İmmanuel Kant,
  • Tarix insanların səhvlərinin araşdırılmasıdır. F. Guedalla
  • Tarix - gələcəyin elmidir. Konstantin Kuşner
  • Tarix kainatın vicdanıdır. Ömər Xəyyam,
  • Tarix keçmişə baxan peyğəmbərdir. Fidrix fon Şlegel
  • Tarix keçmişdən adları, hadisələri və tarixləri qopararaq qarşısında boş konserv qutuları kimi gələcəyə doğru qovan küləkdir. Aleksey Belmasov
  • Tarix keçmişi mühakimə etməkdən başqa bir şey deyil. Emil Alen
  • Tarix keçmişlərin təcrübə və müdrikliyini gənc nəslə çatdırır. Diodor
  • Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram. Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq alınsın. Aleksandr Düma
  • Tarix nəsə cinayətlərin, ağılsızlıqların və bədbəxtliklərin siyahısından daha böyük hadisədir. Eduard Gibbon
  • Tarix nümunələrə əsaslanan fəlsəfədir. (Henri Bolinqbrok)
  • Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə nəcib adamlar olmuşlar. Karl Marks
  • Tarix o vaxt başlayır ki, artıq heç nəyi dəyişmək mümkün deyil. Vyaçeslav Verxovski,
  • Tarix ona görə təkrarlanır ki, ona heç kim qulaq asmır. Lorens Pitera,
  • Tarix, oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir bələdçidir. Jan Jak Russo,
  • Tarix onun üçün yazılıb ki, bütün bu qarışıqlıqlardan sonra insan, nəhayət, öyrənib bilsin ki, onun xoşbəxtliyi özbaşınalıq üzərində deyil, varlığının mayasını təşkil edən keyfiyyətlər - ağıl və ədalət üzərində qurulmuşdur. İohann Herder.
  • Tarix ölülər, dirilər və hələ doğulmayanlar arasındakı ittifaqdır. Edmund Berk.
  • Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel,
  • Tarix təkrarlanır. Fukidid,
  • Tarix təkrarlanır. Bu onun catışmazlıqlarından biridir. Klarens Stüard Darroy,
  • Tarix təkrarlanmır - sadəcə olaraq tarixçilər bir-birlərini təkrar edirlər. Klement F. Rocers,
  • Tarix yalnız müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi deyildir. Tarix yer üzündə yaşamış və köçüb getmiş insanların tarixi portretlərinin qalareyasıdır. D. Volkoqanov,
  • Tarixçi hadisələri dəyişdirmədən, olduğu kimi göstərməyə çalışmalıdır. Volter.
  • Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. Tur Xander.
  • Tarixçilər öz müştərilərini yalnız onların ölümündən sonra müdafiə edən vəkillərdir. Moris Harold Makmillan
  • Tarixdə ağ ləkələr astronomiyadakı qara dəliklərdən heç də az deyil. Konstantin Kuşner.
  • Tarixdə mən yalnız lətifələri sevirəm. Prosper Merime.
  • “Tarixə düşmək” özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir. Əbu Turxan
  • Tarixi bilməmək əbədi uşaq qalmaq deməkdir. Siseron
  • Tarixi bilməyən diplomat kompasdan anlamayan kapitana bənzər. Əhməd Cövdət.
  • Tarixi həqiqət ölülərin sükutundan ibarətdir. Etyen Rey
  • Tarixi həqiqətə yaxınlaşmaq üçün eyni bir vaxtda iki yolla getmək, yəni hadisələri qərəzçiliyə yol vermədən obyektiv şəkildə öyrənmək və bu hadisələr arasında məntiqi əlaqələri müəyyən edib əsaslandırmaq lazımdır. Vilhelm Humboldt
  • Tarixi qaliblər yazır. Uinston Çörçill
  • Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Heydər Əliyev.
  • Tarixi olmayan ölkə ölü bir ölkədir. Sinkler Lyuis.
  • Tarixi sübut etmək yox, danışmaq lazımdır. Mark Fabiy Kvintilian
  • Tarixi tədqiqatın birinci şərti bu günlə keçmiş arasında mənəvi körpü salmaqdır. Əbu Turxan
  • Tarixi yarandığı fakt tarixçinin qəlbində yaşamalıdır. Benedetto Kroçe.
  • Tarixi yaşadığımız kimi yazdıq, lakin gələcəyi respublikaya inananlara, onu qoruyanlara və yaşadacaqlara əmanət etmək lazımdır. Mustafa Kamal Atatürk
  • Tariximiz bizim üçün dərs olmalıdır. Heydər Əliyev.
  • Tariximizin ən pis yanlarından biri, özünü nə qədər təkrar etdiyidir. Corc Karlin
  • Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Heydər Əliyev.
  • Tarixin bizə verdiyi ən gözəl şey onun yaratdığı ruh yüksəkliyidir. Höte.
  • Tarixin çarxları insan qanı ilə yağlanıb. Fuad Ələkbərov[1][2]
  • Tarixin də təbiət kimi öz qanunları var. Lion Feyxtvanger
  • Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Yalan bizi qəfəsə salıb. Çünki tələyə düşdüyümüzü özümüzə etiraf etmək son dərəcə ağır bir hissdir. Karl Saqan
  • Tarixin qarşısında bizim yeganə borcumuz daim onun üzünü köçürməkdir. Oskar Uayld.
  • Tarixin təkəri həmişə irəliyə və yaxşıya doğru dönər. Karl Marks
  • Tarixinin səhv yazılması bir millət olmağın parçasıdır. Ernest Renan
  • Tarixşünaslar keçmişi, ideoloqlar gələcəyi saxtalaşdırırlar.Jarko Petan

U

  • Uzaq dövrün tarixini yazmaq mümkün deyil, çünki biz kifayət qədər mənbələrə malik deyilik və çox sayda mənbələr olduğundan, müasir dövrün tarixini yazmaq mümkün deyildir. Şarl Peqi

Ü

  • Ümumdünya tarixi insanların insanlar üzərində qələbələrinin tarixidir. Stefan Jeromski.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2009

İstinadlar