Məhəmməd Tağı Sidqi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 22: Sətir 22:
* İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
* İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
* İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
* İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
* İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.
* İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.<ref>[[Ziyəddin Məhərrəmov]]. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.</ref>
* İşlək adama ən böyük cəza bekar qalmaqdır.
* İşlək adama ən böyük cəza bekar qalmaqdır.

== M ==
== M ==
* Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.
* Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.

10:32, 15 mart 2019 tarixindəki versiya

Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.

A

  • Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
  • Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]

B

  • Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
  • Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.

D

  • Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.

F

  • Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
  • Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.

X

  • Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.

İ

  • İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
  • İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
  • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.[2]
  • İşlək adama ən böyük cəza bekar qalmaqdır.

M

  • Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.

S

  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[3]

V

  • Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər, Bakı,2005
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  3. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.