Əhməd bəy Ağaoğlu: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Bioqrafiya
[[Şəkil:Ahmed bey Agayev.jpg|thumb|Əhməd bəy Ağaoğlu]]
|Adı = Əhməd bəy Ağaoğlu
|Tam adı =
|Şəkil = Ahmed bey Agayev.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Doğum tarixi = 1869
|Doğum yeri =
|Vəfatı = 1939
|Vəfat yeri =
|Rəsmi vebsaytı =
}}
'''Əhməd bəy Ağaoğlu''' (1869-1939) — ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq və yazıçı.
'''Əhməd bəy Ağaoğlu''' (1869-1939) — ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq və yazıçı.



15:13, 22 mart 2019 versiyası

Əhməd bəy Ağaoğlu
Doğum tarixi 1869
Doğum yeri Şuşa
Vəfat tarixi 1939
Vəfat yeri İstanbul
Dəfn yeri Feriköy məzarlığı
Vikipediya məqaləsi

Əhməd bəy Ağaoğlu (1869-1939) — ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq və yazıçı.

B

Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.[1]

H

Həmrəylik vəzifədir. Bu vəzifəni icra etməyənlər ölkə vətəndaşlığını itirirlər. [2]

Q

Qınına girmiş bir insan ki, o qından başqa bir şey görməz, hiss edə bilməz, bütün narahatlıqları, düşüncələri o dar mühitin içində dolaşar.[3]

M

Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [4]

Mənbə

Vikianbarda Əhməd bəy Ağaoğlu ilə əlaqəli mediafayllar var.

Vikipediyada Əhməd bəy Ağaoğlu haqqında məqalə var.

Vikimənbədə Əhməd bəy Ağaoğlu ilə əlaqəli məlumatlar var.

  1. "Sərbəst insanlar ölkəsində" kitabından səhifə 201
  2. "Sərbəst insanlar ölkəsində" kitabından səhifə 190
  3. "İxtilalmı, İnqilabmı" kitabından səhifə 46
  4. "Bizim millətçilər" məqaləsindən