Kitab: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Cekli829 (müzakirə | töhfələr)
Sətir 72: Sətir 72:
* Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir (U.M.Tekkerey)
* Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir (U.M.Tekkerey)
* Kitab ruhun dərmanıdır. Yapon atalar sözü
* Kitab ruhun dərmanıdır. Yapon atalar sözü
* Kitab sahilsiz dəniz, biliklər ümmandır. (Aybek)
* Kitab sahilsiz dəniz, biliklər ümmandır. ([[Musa Aybək]])
* Kitab -sənin ilk dostundur (M.Ə.Sabir)
* Kitab - sənin ilk dostundur (M.Ə.Sabir)
* Kitab təfəkkürün övladıdır (C.Svift)
* Kitab təfəkkürün övladıdır (C.Svift)
* Kitab təfəkkürün yorulmayan qanadlarıdır. (Aybek)
* Kitab təfəkkürün yorulmayan qanadıdır. ([[Musa Aybək]])
* Kitab, tək ölümsüzlükdür (Rufus Choate)
* Kitab, tək ölümsüzlükdür (Rufus Choate)
* Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. [[Françesko Petrarka]].
* Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. [[Françesko Petrarka]].

14:32, 21 aprel 2019 tarixindəki versiya



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar. Deni Didro.
  • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır Qasım bəy Zakir
  • Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır. Ərəb atalar sözləri
  • Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır Mişel de Monten
  • Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al! Tur Xander

B

  • Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir. Dekart.
  • Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. S.M.Kirov.
  • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. S. Vurğun
  • Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır. (F.Bekon)
  • Bir tək kitab yazmaq üçün yarım kitabxana əsər oxunmalıdır. Samuel Conson
  • Bu günün gərçək universiteti, bir kitabxanadır (Carlyle)

Ç

  • Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. K.Aristipp.

D

  • Dahi insan bəşəriyyət kitabının sərlövhəsidir. (F.Hebber)
  • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir. Əbu Turxan
  • Dünyada kitabdan əziz dost yoxdur. Əlişir Nəvai
  • Dünyanın əxlaqsız adlandırdığı kitablar,dünyanın özünün utanclarını göstərən kitablardır. Oskar Uayld

E

  • Evdə kitab olanda adam tək qalmır. Nadejda Krupskaya
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Ə.H.Bəhmənyar

Ə

  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! (Oskar Uayld)
  • Əxlaqlar üzərində müşahidə aparmağa, kitab oxuyandan sonra başladım. Ç. Darvin.
  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur. Oskar Uayld
  • Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə. (M.H.Murakami)
  • Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. (N.A.Rubakin)

H

  • Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz Deni Didro
  • Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə, sonunu gətirmək çətindir. Konfutsi
  • Həyatımız qısa, vaxtımız məhdud olduğu üçün yalnıız dəyərli kitabları oxumalıyıq. Yeqor Rozen

F

  • Fikirləşmədən oxumaq, çeynəmədən yemək kimidir. E.Bok.

İ

  • İnsan bütün ömrü boyu maariflənmək üçün yaşamalıdır. Höte.
  • İnsan bütün ömrü boyu mütaliə etməlidir. A.V.Lunaçarski.
  • İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır. Cordano Bruno
  • İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.
  • İnsanlar pis idi, kitablara sığındım... (Cemil Meriç)
  • İnsanların aynası kitablardır. Oldos Haksli
  • İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar. Hümam Təbrizi

K

  • Kitab bəşəriyyətin ən böyük kəşfidir. (H.B.Zərdabi)
  • Kitab bilik mənbəyidir. Maksim Qorki
  • Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cemil Meriç
  • Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. A.İ.Gertsen.
  • Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz.[1] Nizami Gəncəvi
  • Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox. Frensis Bekon.
  • Kitab heç aldatmayan bir yoldaşdır (Guilbert De Pixrecourt)
  • Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır. Əlif Şəfəq
  • Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır (A.M.Upit)
  • Kitab insan ruhunun müqəddəs yazısıdır. Maksim Qorki
  • Kitab insan üçün mənəvi qidadır. Frensis Bekon.
  • Kitab insanda görmədiyim, bilmədiyim, cəhətləri mənə sübut etmək qüdrətinə malikdir Maksim Qorki
  • Kitab insanı kainatın sahibi edir. P.A.Pavlenko.
  • Kitab mənim üçün, tacdan qiymətlidir (V.Şekspir)
  • Kitab nəsillərin bir-birinə vəsiyyətidir (A.Gertsen)
  • Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! Əbu Turxan
  • Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər. Siseron
  • Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir (U.M.Tekkerey)
  • Kitab ruhun dərmanıdır. Yapon atalar sözü
  • Kitab sahilsiz dəniz, biliklər ümmandır. (Musa Aybək)
  • Kitab - sənin ilk dostundur (M.Ə.Sabir)
  • Kitab təfəkkürün övladıdır (C.Svift)
  • Kitab təfəkkürün yorulmayan qanadıdır. (Musa Aybək)
  • Kitab, tək ölümsüzlükdür (Rufus Choate)
  • Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka.
  • Kitab vasitəsilə biz həqiqətlər və rəzalətlər mülkünə daxil oluruq. A.İ.Gertsen
  • Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. Frensis Bekon
  • Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. C.Reskin
  • Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram. Sergey Dovlatov
  • Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Q. V. Leybtnis
  • Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Maksim Qorki
  • Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. (N.Vəzirov)
  • Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.Harris
  • Kitablar, heç solmayacaq bitkilərdir (Herrick)
  • Kitablar mənim üçün tacdan qiymətlidir. (V.Şekspir)
  • Kitablar həyatım,təcrübələrim isə müəllimimdir. A.Avqustin.
  • Kitablar, itmiş başların abidələridir (Sir Villiam Davenant)
  • Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq (Maksim Gorki)
  • Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. Maksim Qorki.
  • Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Devid Toro
  • Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Frensis Bekon
  • Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)
  • Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır (Şekspir)
  • Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun
  • Kitabsız ev ürəksiz bədəndir. Siseron
  • Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir (V.Kubarev)
  • Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır (Seneka)
  • kitab en deyerlimizdir...........
    kitab ən zəngin bilik mənbəyidir.

Q

  • Qədim kitabların füsünkar təbiəti şərabı andırır. A.S.Qrin.
  • Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal.

M

  • Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.
  • Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiiyyatı bilməkdir. M.İ.Kalinin
  • Mən öyrətdim onlara, öyrətdim bilik nədir, Oxumağı, saymağı dedim bir xəzinədir (Esxill)
  • Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar (Montaigne)
  • Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, Söyləyim: ANAmdır. (Avraam Linkoln)
  • Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. F.Bekon.
  • Mütaliə təfəkkürü dərinləşdirir. M.İ.Kalinin

N

  • Nə qədər çox oxusan, özünü başqalarına bir o qədər az oxşadarsan. J.Renar.
  • Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur. V.Q.Belinski

O

  • Oxunacaq ən böyük kitab insandır. Hacı Bəktaş Vəli
  • Oxuya bilsəniz hər insan bir kitabdır. V.Ellery Çanning

Ö

  • Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir. F.M.Dostoyevski.
  • Öz əsərlərində yaşayanlar ölmürlər. C.Bovuo

S

  • Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü boyu maariflənsin (A.V.Lunaçevski)
  • Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan. Oskar Uayld
  • Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)

T

  • Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver. Konfutsi
  • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan

Ü

  • Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır (Alcott)

Y

  • Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Ernest Heminquey
  • Yaxşı kitab çox qiymətli xəzinədir. Həsən bəy Zərdabi
  • Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir. Lev Tolstoy
  • Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir. Çingiz Aytmatov
  • Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Volter
  • Yaxşı kitablar çox yaxşı, pis kitablar da çox pisdir. Emerson
  • Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir (R.Dekart)
  • Yaxşı yazan müəlliflərin əsərlərini oxuyarkən, yaxşı danışmağa adət edirlər. Volter.
  • Yaman gün kitabdan yaxşı öyrədər. Amxar atalar sözləri
  • Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. Əbu Turxan
  • Yazıçının əsəri onun mənəvi həyatının tərcümeyi-halıdır. V. Ketlinskaya.

İstinadlar

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.