Azərbaycan atalar sözləri/E: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 3: Sətir 3:
* Ehtiyat igidin yaraşığıdır.
* Ehtiyat igidin yaraşığıdır.
* Ehtiyatlı adamın anası ağlamaz.
* Ehtiyatlı adamın anası ağlamaz.
* El ağzı - çuval ağzı.
* El ağzı - çuval ağzı. [[Azərbaycan atalar sözləri/E]]
* El ağzı faldır.
* El ağzı faldır. [[Azərbaycan atalar sözləri/E]]
* El ağzı ilə quş tutulmaz <ref>Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14</ref>.[[Azərbaycan atalar sözləri/E]]
* El ağzı ilə quş tutulmaz.
* El ağzı ilə şorba içilməz.
* El ağzı ilə şorba içilməz. [[Azərbaycan atalar sözləri/E]]
* El ağzı torba deyil ki, büzəsən<ref>Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14</ref>![[Azərbaycan atalar sözləri/E]]
* El ağzı — yel ağzı<ref>Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14</ref>.[[Azərbaycan atalar sözləri/E]]
* El ağzında bir sözün yüz rəngi var.
* El ağzında bir sözün yüz rəngi var.
* El ağzını bağlamaq olmaz.
* El ağzını bağlamaq olmaz.
Sətir 169: Sətir 171:
* Evsizə qız verməzlər.
* Evsizə qız verməzlər.
* Evlənmək bir qurtum su deyil ki, içəsən.
* Evlənmək bir qurtum su deyil ki, içəsən.

== İstinadlar ==
{{İstinad siyahısı}}


== Mənbə ==
== Mənbə ==
* Atalar sözü, Bakı,2004
* Atalar sözü, Bakı,2004

[[Kateqoriya:Azərbaycan atalar sözləri|E]]
[[Kateqoriya:Azərbaycan atalar sözləri|E]]

09:39, 28 iyun 2019 versiyası

  • Ehtiyac adamı oğru eləyər.
  • Ehtiyat igidin yaraşığıdır.
  • Ehtiyatlı adamın anası ağlamaz.
  • El ağzı - çuval ağzı. Azərbaycan atalar sözləri/E
  • El ağzı faldır. Azərbaycan atalar sözləri/E
  • El ağzı ilə quş tutulmaz [1].Azərbaycan atalar sözləri/E
  • El ağzı ilə şorba içilməz. Azərbaycan atalar sözləri/E
  • El ağzı torba deyil ki, büzəsən[2]!Azərbaycan atalar sözləri/E
  • El ağzı — yel ağzı[3].Azərbaycan atalar sözləri/E
  • El ağzında bir sözün yüz rəngi var.
  • El ağzını bağlamaq olmaz.
  • El arxası çəmən olar.
  • El atan daş dağdan aşar.
  • El atan daşa güc düşməz.
  • El atan daşı qaldırmaq olmaz.
  • El ayranı yanğını soyutmaz.
  • El bir olsa, dağ oynadar yerindən.
  • El bir olsa zərbi kərən sındırar.
  • El çalan zurnanın səsi uzağa gedər.
  • El dediyi mübarək olar.
  • El dəlisini çölə atmaz.
  • El elə sığışar, ev evə sığışmaz.
  • El elin aynasıdır.
  • El eybini sənə söyləyən sənin də eybini elə söylər.
  • El harda, sən də orda.
  • El gözü aydın görər.
  • El gözü tərəzidir.
  • El gözündən düşən boy atmaz.
  • El gözündən düşən gözsüz qalar.
  • El gücü, sel gücü.
  • El gücü, yel gücü, sel gücü.
  • El hümmətlə, quş qanadla!
  • El içində - öl içində.
  • El igidi ilə tanınar.
  • El ilə gələn qara gün toy-bayramdır.
  • El keçən körpüdən qorxma, sən də keç.
  • El köçdü, oba qaldı.
  • El köçər, adət köçməz.
  • El qalxdı, sən də qalx.
  • El qapısı həm gec, həm güc açılar.
  • El qarğıyan ağac bar verməz.
  • El oğlu yumurtaya qulp qoyar.
  • El oğrusuz, çöl qurdsuz olmaz.
  • El öz dəlisini yaxşı tanıyar.
  • El sevəni aləm sevər.
  • El sevməyənin ağacı quruyar.
  • El sözünə uyan qarısını tez boşar.
  • El tikəni aləm yıxa bilməz.
  • El tikəni yel yıxa bilməz.
  • El tutanı ər tutar, Ər atanı el atar.
  • El üçün ağlayan iki gözdən olar.
  • El üfürdü, sel köpürdü.
  • El üzünə namaz qılanın arxası Allahadı.
  • El yandıran şamı söndürmək olmaz.
  • El yıxanı heç kəs tikə bilməz.
  • El yumruğun görməyən öz yumruğun batman sanar.
  • Elçi çox olar, qismət bir.
  • Elçisi Gülüm olanın başına külüm olar.
  • Elçiyə zaval yoxdur.
  • Elə arxalanan igidin, arxası yerə dəyməz.
  • Elə bil dalınca atlı salıblar.
  • Elə bil daşdan talaşa qopub.
  • Elə bil dədəsini mən öldürmüşəm.
  • Elə bil dənizdə üzən gəmidir.
  • Elə bil kilsəyə bir daş atdım.
  • Elə bil qurbağa gölünə daş atdılar.
  • Elə bil malakan xəncər bağışlayıb.
  • Elə bil odun üstünə su töküblər.
  • Elə bil ölü qəbirdən xortdayıb.
  • Elə bil tükün oda tutdular.
  • Elə bil üstümdən dağ götürüldü.
  • Elə bil yumurta üstə oturub.
  • Elə bilir yuxa arasında halvadır.
  • Elə bilirsən qara gözünə aşiq olub?
  • Elə çalmağın belə də oynamağı olar.
  • Elə don geymək gərək ki, yamağı evdə tapıla.
  • Elə elə ki, bir də bazara şorsatan gəlsin.
  • Elə elə ki, nə şiş yansın, nə də kabab.
  • Elə elə ki, şorçu bir də bazara gəlsin.
  • Elə eləmə ki, körpü qala çayın o tayında.
  • Elə gül ki, biz də gülək.
  • Elə iş tut ki, içindən qəmbərqulu çıxmasın.
  • Elə keçəl deyil ki, qartmağı yerə düşə.
  • Elə kor deyən özü badam gözlüdür?!
  • Elə köç, köçünə dana-buzov qarışmasın.
  • Elə qazana belə çuğundur gərək.
  • Elə qazanın belə də aşı olar.
  • Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır.
  • Elə musurman oldun ki, atovun xaçını da unutdun?
  • Elə yeməyin belə də qusmağı var.
  • Elə zılxın belə də qazanı olar.
  • Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
  • Elimə qalsın, günümə qalmasın.
  • Elin ağzına baxan ac qalar.
  • El dedikcə saxlamaq olmaz.
  • Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
  • Elin gözü sərraf olar.
  • Elin gücü bir olsa, düşməni dara çəkər.
  • Elin oğlu yumurtaya qulp taxar.
  • Elin səsi - haqq səsidi.
  • Elin sözü əvvəl-axır düz olar.
  • Elini hürküt, axsağından yapış.
  • Ellər bizə, biz ellərə.
  • Ellər köçər, dağlar qalar.
  • Ellərə gülən canım - indi olub el gülüncü.
  • Elm ağılın çırağıdır.
  • Elm zəhmət ilə ələ gəlir.
  • Elm insana böyük mirasdır.
  • Elm mərtəbəsi uca olar.
  • Elm para ilə yox, çalışmaq ilə ələ gələr.
  • Elm sahibinə böyük zinətdir.
  • Elmin gücü, yıxar bürcü.
  • Elmli qazıya şahid lazım deyil.
  • Elsiz dağ viranədir.
  • Enişdən yenə də yoxuş yaxşıdır.
  • Erkək atın yəhəri yırtıq olar.
  • Erkək eşşək, yanı qoduqlu?!
  • Erkək quşun yuvası olmaz.
  • Ermənidən bəy olmaz.
  • Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər.
  • Ertəyə qalan bəladan qorxma.
  • Eşidibdi papağı qırxırlar, bilmir harasın qırxırlar.
  • Eşqin tərsi, avandı olmaz.
  • Eşşək aldım, qatır çıxdı.
  • Eşşək anqıranda itin başı ağrıyar.
  • Eşşək batdağa bir dəfə batar.
  • Eşşək eşşəyə uzunqulaq deyər.
  • Eşşək eşşəyi borc qaşıyar.
  • Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də.
  • Eşşək qazanar, at yeyər.
  • Eşşək qocalmaqla tövləbaşı olmaz.
  • Eşşək nə bilir ki, zəfəran nədir?
  • Eşşək olasan, çulun məxmər?
  • Eşşək olasan, tükün bu narınlığında!
  • Eşşək tozda ağnayanda həvəsi gələr.
  • Eşşək üstə qəmə bağlayana gülərlər.
  • Eşşəkdən adınalıq umur.
  • Eşşəkdən soruşurlar: "Niyə bərk qaçırsan?", deyib "Bizləyəndən soruş".
  • Eşşəklə getdilər, qatırla döndülər.
  • Eşşəyə dedilər: mərifətini göstər, yatdı, ağanadı.
  • Eşşəyə güçü çatmaz, palanı çırpar.
  • Eşşəyə qantarğa keçirməklə at olmaz.
  • Eşşəyə qızıl çatmaqla qiyməti artmaz.
  • Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb.
  • Eşşəyi minərlər, ata çatınca.
  • Eşşəyi yüklədikcə tünd gedər.
  • Eşşəyim bozdur, dəyirmana getməyir.
  • Eşşəyim, ölmə, yaz gələr yonca bitər.
  • Eşşəyin anqırtısı özünə xoş gələr.
  • Eşşəyin arpası artıq düşəndə yiyəsinə şıllaq atar.
  • Eşşəyin canı yananda atdan yeyin qaçar.
  • Eşşəyin yükü yüngül olanda oynamağı gələr.
  • Ev alma, qonşu al.
  • Ev ayranı acı olar.
  • Ev bağda, bağ dağda.
  • Ev bizə qaldı desənə, halva bişibdir yesənə.
  • Ev bizim, sirr bizim.
  • Ev böyüksüz olmasın.
  • Ev buzovundan öküz olmaz.
  • Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
  • Ev sözsüz olmaz, meşə çaqqalsız.
  • Ev süpürərəm, yer salaram, kimin qızından geri qalaram?
  • Evdə bişməyib, qonşudan gəlməyib.
  • Evdəki hesab bayıra çıxmaz.
  • Evdən qabaq qonşu axtar.
  • Evi abad edən arvaddır.
  • Evi yoxdur, qonşu axtarır.
  • Evin yaraşığı gəlindir.
  • Evli evində yatar, qərib harda axşamlar?
  • Evsizə qız verməzlər.
  • Evlənmək bir qurtum su deyil ki, içəsən.

İstinadlar

  1. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
  2. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
  3. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14

Mənbə

  • Atalar sözü, Bakı,2004