Onore de Balzak: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 95: Sətir 95:
* Sənət millətin libasıdır.
* Sənət millətin libasıdır.
* Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
* Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
* Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar.
* Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. <ref>Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 38</ref>


== V ==
== V ==

09:47, 28 iyun 2019 tarixindəki versiya

Onore de Balzak — fransız yazıçısı.

A

  • Adamlar vəbadan qorxurlar, lakin sərxoşluq ondan da qorxuludur.
  • Allaha şübhə etmək, ona inanmamaq deməkdir.
  • Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz.
  • Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…
  • Ayrıca bir fərd böyük bir millətdən ağıllı olmağa qadir deyil.

B

  • Bədbəxtlik xarakter üçün məhək daşıdır.
  • Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər.
  • Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir.
  • Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərəkən görməyi seçər.
  • Bir sirri davamlı olaraq saxlamaq insanın ruhunu ən çox kamilləşdirən şeydir.
  • Böyük insanlara xırdaçılıq hissi yaddır.
  • Bütün elmlərin açarı sual işarəsidir.

C

  • Cəmiyyətin gələcəyi – anaların əlindədir.
  • Ciddilik xarakterin əsasıdır.

D

  • Düşünmək görməkdir.

Ə

  • Əsl istedada hər şey sadədir, açıqdır və hər cür şübhədən uzaqdır.
  • Əsl məhəbbətin nə olduğunu yalnız analar bilir.

G

  • Gözəllik çox vaxt qüsurları gizlədən bir örtükdür.

H

  • Heç bir sevgi və şəfqət, ana sevgisinin və şəfqətinin yerini verməz.
  • Heç bir kəs bütöv bir millətdən daha ağıllı olmaq haqqı və ixtiyaratına sahib deyildir.
  • Hər iztirab insana başqa bir şey öyrədir.
  • Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar.
  • Həyat beşiklə məzar arasında sınaq müddətidir.
  • Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər.

X

  • Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.
  • Xəsislik kasıblığın qurtardığı yerdən başlayır.
  • Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.

İ

  • İdeyalar yalnız ideyalarla zərərsizləşdirilə bilər.
  • İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.
  • İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.
  • İnsan ruhunda açılan yaradan da ölür.
  • İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir.
  • iztirabların ən gizliləri dözülməsiən çətin olanlardır.

K

  • Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.
  • Kin kini bitirməz, eşq bitirər.
  • Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular.
  • Kişilərin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir.
  • Krallar müəyyən vaxtlarda insanlar üzərində hökmranlıq etdikləri halda, sənətkarlar əsrlər boyu insanlar üzərində hökmranlıq edə bilirlər.

Q

  • Qadın ana olandan sonra kamilləşir.
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edər.
  • Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub.
  • Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır..
  • Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər.
  • Qadınsız ev məzar kimidir.
  • Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.

M

  • Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
  • Məhəbbət keçmişi və gələcəyi tanimayan bir ehtirasdır.
  • Mərhəmət insani dəyərlərin şahıdır.
  • Millət dili olan cəmiyyətdir.
  • Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil.

N

  • Nə edirsən et,necə yaşayırsan yaşa:amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.

Ö

  • Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz.
  • Öz zəifliyini qəbul edərək insan güclənir.
  • Özünə vurğunluq dostluq üçün zəhərdir.

P

  • Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.

S

  • Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.
  • Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
  • Sevmək bir başqasının həyatını yaşamaqdır.
  • Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.
  • Sənət millətin libasıdır.
  • Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
  • Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. [1]

V

  • Vaxtı öldürmək ən bahalı əyləncədir.
  • Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.
  • Vicdan, nə qədər ki, biz onu ləkələməmişik, çox qabil və səhv etməyən hakimdir.
  • Vicdan nəsihətlərinə əməl etmək adama xoş gəlir.
  • Vicdanın nəsihətlərinə əməl etmək adama xoş gəlir.

Y

  • Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
  • Yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır.
  • Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.
  • Yazıçı həyatı toqquşmaların böyük salnaməçisidir.
  • Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

Xarici keçidlər

Vikianbarda Onore de Balzak ilə əlaqəli mediafayllar var.

Vikipediyada Onore de Balzak haqqında məqalə var.

  1. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 38