Onore de Balzak: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
[[Şəkil:Меморіальна дошка на честь 200-річчя від дня народження французького письменника Оноре де Бальзака.jpg|300px|thumbnail]] |
[[Şəkil:Меморіальна дошка на честь 200-річчя від дня народження французького письменника Оноре де Бальзака.jpg|300px|thumbnail]] |
||
__NOTOC__ |
|||
---- |
|||
{| align=center |
|||
| bgcolor=#dddddd | [[#A|A]] |
|||
| bgcolor=#dddddd | [[#B|B]] |
|||
| bgcolor=#dddddd | [[#C|C]] |
|||
| bgcolor=#dddddd | [[#Ç|Ç]] |
|||
| bgcolor=#dddddd | [[#D|D]] |
|||
| bgcolor=#dddddd | [[#E|E]] |
|||
| bgcolor=#dddddd | [[#Ə|Ə]] |
|||
| bgcolor=#dddddd | [[#F|F]] |
|||
| bgcolor=#dddddd | [[#G|G]] |
|||
| bgcolor=#dddddd | [[#H|H]] |
|||
| bgcolor=#dddddd | [[#X|X]] |
|||
| bgcolor=#dddddd | [[#İ|İ]] |
|||
| bgcolor=#dddddd | [[#J|J]] |
|||
| bgcolor=#dddddd | [[#K|K]] |
|||
| bgcolor=#dddddd | [[#Q|Q]] |
|||
| bgcolor=#dddddd | [[#L|L]] |
|||
| bgcolor=#dddddd | [[#M|M]] |
|||
| bgcolor=#dddddd | [[#N|N]] |
|||
| bgcolor=#dddddd | [[#O|O]] |
|||
| bgcolor=#dddddd | [[#Ö|Ö]] |
|||
| bgcolor=#dddddd | [[#P|P]] |
|||
| bgcolor=#dddddd | [[#R|R]] |
|||
| bgcolor=#dddddd | [[#S|S]] |
|||
| bgcolor=#dddddd | [[#Ş|Ş]] |
|||
| bgcolor=#dddddd | [[#T|T]] |
|||
| bgcolor=#dddddd | [[#U|U]] |
|||
| bgcolor=#dddddd | [[#Ü|Ü]] |
|||
| bgcolor=#dddddd | [[#V|V]] |
|||
| bgcolor=#dddddd | [[#Y|Y]] |
|||
| bgcolor=#dddddd | [[#Z|Z]] |
|||
|} |
|||
---- |
|||
'''Onore de Balzak''' — fransız yazıçısı. |
'''Onore de Balzak''' — fransız yazıçısı. |
||
10:10, 28 iyun 2019 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Onore de Balzak — fransız yazıçısı.
A
- Adamlar vəbadan qorxurlar, lakin sərxoşluq ondan da qorxuludur.
- Allaha şübhə etmək əslində ona inanmaq deməkdir. [1]
- Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz.
- Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…
- Ayrıca bir fərd böyük bir millətdən ağıllı olmağa qadir deyil.
B
- Bədbəxtlik xarakter üçün məhək daşıdır.
- Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər.
- Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. [2]
- Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərəkən görməyi seçər.
- Bir sirri davamlı olaraq saxlamaq insanın ruhunu ən çox kamilləşdirən şeydir.
- Böyük insanlara xırdaçılıq hissi yaddır.
C
- Cəmiyyətin gələcəyi – anaların əlindədir.
- Ciddilik xarakterin əsasıdır.
D
- Düşünmək görməkdir.
E
- Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. [3]
Ə
- Əsl istedada hər şey sadədir, açıqdır və hər cür şübhədən uzaqdır.
- Əsl məhəbbətin nə olduğunu yalnız analar bilir.
G
- Gözəllik çox vaxt qüsurları gizlədən bir örtükdür.
- Gözləyə bilənə hər şey öz vaxtında gəlir. [4]
H
- Heç bir sevgi və şəfqət, ana sevgisinin və şəfqətinin yerini verməz.
- Heç bir kəs bütöv bir millətdən daha ağıllı olmaq haqqı və ixtiyaratına sahib deyildir.
- Hər iztirab insana başqa bir şey öyrədir.
- Hər hansı bir elmin açarı sual işarəsidir. [5]
- Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar.
- Həyat beşiklə məzar arasındakı sınaq müddətidir. [6]
- Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər.
X
- Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.
- Xəsislik kasıblığın qurtardığı yerdən başlayır.
- Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.
İ
- İdeya faktdan üstündür. [7]
- İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər. [8]
- İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.
- İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. [9]
- İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.
- İnsan ruhunda açılan yaradan da ölür.
- İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir.
- İztirabların ən gizliləri dözülməsi ən çətin olanlardır.
K
- Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.
- Kin kini bitirməz, eşq bitirər.
- Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular.
- Kişilərin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir.
- Krallar müəyyən vaxtlarda insanlar üzərində hökmranlıq etdikləri halda, sənətkarlar əsrlər boyu insanlar üzərində hökmranlıq edə bilirlər.
Q
- Qadın ana olandan sonra kamilləşir.
- Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. [10]
- Qadını idarə etməyi bacaran dövləti də idarə edər.
- Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub.
- Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır..
- Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər.
- Qadınsız ev məzar kimidir.
- Qarşılıqlı olmasa da, sevmək gözəldir. [11]
- Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.
M
- Məhəbbət — bizim ikinci doğuluşumuzdur. [12]
- Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
- Məhəbbət — hisslərin poeziyasıdır. [13]
- Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır.[14]
- Mərhəmət insani dəyərlərin şahıdır.
- Millət dili olan cəmiyyətdir.[15]
- Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil.
N
- Nə edirsən et,necə yaşayırsan yaşa:amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.
Ö
- Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz.
- Öz zəifliyini qəbul edərək insan güclənir.
- Özünə vurğunluq dostluq üçün zəhərdir.
P
- Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.
S
- Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.
- Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
- Sevmək bir başqasının həyatını yaşamaqdır.
- Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.
- Sənət millətin libasıdır.
- Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
- Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. [16]
T
- Tək özün danışsan həmişə haqlı olacaqsan. [17]
V
- Vaxtı öldürmək ən bahalı əyləncədir.
- Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.
- Vicdan, nə qədər ki, biz onu ləkələməmişik, çox qabil və səhv etməyən hakimdir.
- Vicdan nəsihətlərinə əməl etmək adama xoş gəlir.
- Vicdanın nəsihətlərinə əməl etmək adama xoş gəlir.
Y
- Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
- Yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır.
- Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.
- Yazıçı həyatı toqquşmaların böyük salnaməçisidir.
- Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.
İstinadlar
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 99
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 476
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 476
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 135
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 490
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 148
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 312
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 312
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 67
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 244
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 225
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 202
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 202
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 210
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 302
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 38
- ↑ Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 395
Mənbə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
Xarici keçidlər
- Balzak Onore de. Seçilmiş əsərləri /Tərc. edəni. M.Rəfili Bakı : Şərq-Qərb , 2006. 408 s.