Mişel Fuko: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 12: | Sətir 12: | ||
* Dışarıda buraxılmaqla içəridə qapadılmaq eyni şeydir. |
* Dışarıda buraxılmaqla içəridə qapadılmaq eyni şeydir. |
||
* Dövrümüzün problemi artıq nə olduğumuzu kəşf etmək deyil, olduğumuz şeyi rədd etməkdir. |
* Dövrümüzün problemi artıq nə olduğumuzu kəşf etmək deyil, olduğumuz şeyi rədd etməkdir. |
||
* Dünya hər kəsi pəncəsinə alan qəzəb içində yox olub getməkdədir. Zəfər nə Tanrıya, nə Şeytana aiddir. Zəfər Dəliliyindir. |
|||
* Dünya, idarəediciləri psixoloqlar və xalqı da xəstələr olan böyük bir dəlixanadır. |
* Dünya, idarəediciləri psixoloqlar və xalqı da xəstələr olan böyük bir dəlixanadır. |
||
05:54, 27 iyul 2019 tarixindəki versiya
Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926, Puatye-25 iyun 1984, Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi.
A
- Ağıl üzərində çalışacaq qədər dəlilik etmişdim, dəliliyi araşdıracaq qədər də ağıllı idim.
- Ayrılığın ən incidici cəhəti, onun ucbatından itirdiyin insanlara yenidən möhtac olmağındır.
B
- Bədəninizə diqqət etməyiniz, mənliyinizə də diqqət göstərməyiniz anlamına gəlmir. Mənlik, geyim-keçim, vasitələr ya da mülk deyil.
- Bir yerdə hər kəs bir-birinə bənzəyirsə, orada heç kim yoxdur demək.
D
- Dışarıda buraxılmaqla içəridə qapadılmaq eyni şeydir.
- Dövrümüzün problemi artıq nə olduğumuzu kəşf etmək deyil, olduğumuz şeyi rədd etməkdir.
- Dünya hər kəsi pəncəsinə alan qəzəb içində yox olub getməkdədir. Zəfər nə Tanrıya, nə Şeytana aiddir. Zəfər Dəliliyindir.
- Dünya, idarəediciləri psixoloqlar və xalqı da xəstələr olan böyük bir dəlixanadır.
E
- Etdiyimiz, bir-birimizi şərh etməkdən, izah etməkdən başqa bir şey deyil.
Ə
- Ərdəm özümüzə qarşı hiss etdiyimiz məsuliyyətlərdir, topluma deyil.
- Əvvəl-axır insan üçün yeganə gerçək vətən, insanın ayağını basa biləcəyi yeganə torpaq, başını soxa biləcəyi, sığına biləcəyi tək ev uşaqlığından etibarən öyrəndiyi doğma dilidir.
H
- Həbsxanaların fabriklərə, məktəblərə, kazarmalara, xəstəxanalara və bütün bunların da həbsxanalara bənzəməsi təəccüblü deyilmi?.
X
- Xalq nəzdində qəbul edilən əxlaqsız natiqlər sadəcə insanların eşitmək istədiyi sözləri söyləyərlər.
- Xoşbəxtlik, insanın həyatda baş qatmağı nə dərəcədə gözəl bacarmasıyla düz mütənasibdir. Əgər özünüzü xoşbəxt hiss edirsizsə, demək baş qatmağı gözəlcə bacarırsız.
İ
- İqtidar hər yerdədir. Dirəniş də.
- İqtidar hər yerdədir. Həbsxanada, xəstəxanada, məktəbdə, bilgidə, elmdə. Hər yerdədir iqtidar.
K
- Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir.
- Kim olduğumu soruşma və məndən həmişə eyni cür qalacağımı gözləmə… Sənədlərimizin düzgün olub-olmadığıyla isə qoy bürokratlarımız və polislərimiz maraqlansın.
Q
- Qanunun gücü, hökmdarın gücüdür.
N
- Nə gördüyümüzü söyləməyimiz əslində boşunadır, çünki gördüklərimiz söylədiklərimizin içinə heç zaman yerləşmir.
P
- Platon, aşiqin eşq obyektinə qarşı kor olduğunu söyləyir. Onda, əgər hər kəs ən çox özünü sevirsə, deməli, insan özünə nəzərən kor kimi davranır.
R
- Ruh bədənin həbsxanasıdır.
S
- Sənə özün barədə dürüst sözlər söyləyən yaxşı bir həqiqət hekayətçisi, sənə nifrət etmədiyi kimi, səni sevmir də.
- Söylədiklərinin sadəcə doğru olmasına deyil, söhbət etdiyin insanın bu gerçəklərə qatlaşa biləcək insan olub olmadığına da diqqət et.