Kamil Cəlilov: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '== Kamil Cəlilov barədə olan fikirlər == * Əsrlər, qərinələr ötsə də, Ədalətin sazı, Əhsənin tarı. Fatma xanımın "Kəsməşikəstəsi" yaddaşlardan si...' ilə yarat
(Fərq yoxdur)

23:40, 10 avqust 2019 tarixindəki versiya

Kamil Cəlilov barədə olan fikirlər

  • Əsrlər, qərinələr ötsə də, Ədalətin sazı, Əhsənin tarı. Fatma xanımın "Kəsməşikəstəsi" yaddaşlardan silinməyəcək. Belə sənətkarlar sırasında Kamil Cəlilovun öz yeri var. XII əsrdə Şərqdə yaranan qoboyu milli musiqi alətləri ailəsinə daxil edən, ona əbədiyaşarlıq verən ustad sənətkar Kamil Cəlilov olmuşdur. — Əliağa Ağayev[1]
  • Kamilin çalğısı hər kəsi istər-istəməz yolundan saxlayır. Nə iş görürsən gör. hara gedirsən get. Kamil çalırsa, onu mütləq dinləməlisən. Bu istedad ona Allah tərəfindən verilib. — Yaşar Nuri[1]
  • Kamil Cəlilov xalqla yaşayan, xalqın arzularını, duyğularını hiss edərək öz sözünü qoboy alətinin vasitəsilə xalqa çatdıran bir sənətkardır. Hər bir ifada o, böyük sənətkarlığını, kamilliyini göstərir. Rəşid Behbudovun onun haqqında dediyi sözü xatırlayıram.O, elə-belə də dedi: "Ə, gör bu zalım nələr eləyir?» Belə sənətkar neçə əsrdən bir yaranır?! — Ziyad Səmədzadə[1]

İstinadlar

  1. 1,0 1,1 1,2 Təhmirazqızı, Səadət (2017) (Azərbaycanca). Kamilin sənət dünyası. Bakı: Təhsil. pp. 216.

Vikipediyada Kamil Cəlilov haqqında məqalə var.