Azərbaycan atalar sözləri/Ç: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div> |
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div> |
||
* Çağrılan yerə ərinmə, çağrılmayan yerdə |
* Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. |
||
* Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar. |
* Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar. |
||
* Çağırılmamış qonağı köpəklər qarşılar. |
|||
* Çağırram – eldən ayıb, çağırmanam – it itdi. |
* Çağırram – eldən ayıb, çağırmanam – it itdi. |
||
* Çax-çax edən nalçadır, iş bitirən axçadır. |
* Çax-çax edən nalçadır, iş bitirən axçadır. |
||
Sətir 8: | Sətir 9: | ||
* Çaqqal yuvasında toyuq qaqqıldayar. |
* Çaqqal yuvasında toyuq qaqqıldayar. |
||
* Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır. |
* Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır. |
||
*Çaqqalın yuxusuna toyuq gələr. |
* Çaqqalın yuxusuna toyuq gələr. |
||
*Çala-çala çalağan olar. |
* Çala-çala çalağan olar. |
||
*Çalağan göydə dolanır, cücənin ürəyi bulanır. |
* Çalağan göydə dolanır, cücənin ürəyi bulanır. |
||
*Çalış ki, dostun olsun, düşman ocaq başında. |
*Çalış ki, dostun olsun, düşman ocaq başında. |
||
*Çalışqan əl nəyə dəysə qızıl olar. |
*Çalışqan əl nəyə dəysə qızıl olar. |
03:18, 23 avqust 2019 tarixindəki versiya
- Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
- Çağırılmamış qonağı köpəklər qarşılar.
- Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
- Çax-çax edən nalçadır, iş bitirən axçadır.
- Çaqqal güləndə toyuq qaqqıldar.
- Çaqqal var gödən çıxarır, yenə ayaqları yalındır.
- Çaqqal yuvasında toyuq qaqqıldayar.
- Çaqqaldan çox çarıq aparan olmaz, qurdun adı bədnamdır.
- Çaqqalın yuxusuna toyuq gələr.
- Çala-çala çalağan olar.
- Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
- Çalış ki, dostun olsun, düşman ocaq başında.
- Çalışqan əl nəyə dəysə qızıl olar.
- Çamura daş atma, üzünə sıçrar.
- Çanaxda balın olsun, Yəməndən arı gələr.
- Çapqınçı ol, insafı əldən vermə.
- Çarəsiz dərdə Loğman da acizdir.
- Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
- Çarvadara yol göstərməzlər.
- Çay min olar, çeşmə bir.
- Çaya çatmamış çarığını çıxarma.
- Çayın daşı, çölün quşu.
- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
- Çəkişməsən bərkiməzsən.
- Çətinliyə düşməyən rahatlığın qədrini bilməz.
- Çıxan can geri dönməz.
- Çıxmayan cana umud çoxdur.
- Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
- Çirkinim, gözlə, gedim gözəl axtarım,
- Tapmadım gözəlimsən ki, gözəlim.
- Çoban çox olanda qoyunu qurd yeyər.
- Çoban köpəyi kimi nə yeyər, nə yedirdər.
- Çobanı özündən olanın qoyunu dişi doğar.
- Çobanın könlü olsa, təkədən pendir tutar.
- Çobanın yağı çox olanda çarığına sürtər.
- Çox aş ya qarın ağrıdar, ya baş.
- Çox aşna tutan aşnasız qalar.
- Çox bilən çox çəkər.
- Çox bilib az danışmaq igidin ləngəridir.
- Çox danışan çox yanılar.
- Çox görən çox istər, az görənin yadına da düşməz.
- Çox gülən çox da ağlar.
- Çox hürən it tutmaz.
- Çox istəyən azdan da olar.
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.