Xəyal: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1: Sətir 1:
{{ABC}}
{{ABC}}
== B ==
== B ==
* Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axar su boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heç bir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın. [[İohann Volfanq Göte]]
* Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil. [[Alfred Kapus]]
* Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil. [[Alfred Kapus]]

== E ==
== E ==
* Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. [[Ralf Uold Emerson]]
* Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. [[Ralf Uold Emerson]]

08:40, 25 avqust 2019 tarixindəki versiya



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B

  • Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axar su boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heç bir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın. İohann Volfanq Göte
  • Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil. Alfred Kapus

E

  • Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. Ralf Uold Emerson
  • Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir - onlar həlak olsalar da, qələbəni təmin edirlər. Höte

Ə

  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. Fransua de Laroşfuko

X

  • Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar. Xun Tszi-En
  • Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. Qaston Levis
  • Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir. Anatol Frans
  • Xəyallarınızın arxasınca yürüməyin, onları təqib edin. Riçard Damb.
  • Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər. Pifaqor
  • Xəyallarınızı qovmayın. Çünki onlar getsələr, siz bəlkə də qalarsınız, lakin artıq yaşamazsınız. Mark Tven

İ

  • İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. Frensis Bekon
  • İnsanın ən böyük dostu da, ən böyük düşməni də onun öz təxəyyülüdür. Arturo Qraf

K

  • Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman... Jan de Lafonten

L

  • Layihə gələcəyin qaralamasıdır. Bəzən gələcək yüzlərlə qaralama tələb edir. Jül Renar

S

  • Siz var olan şeyləri görür və belə deyirsiniz:" Nə üçün? ". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm:" Nə üçün olmasın?". Bernard Şou

Ş

  • Şikayətləndiyiniz həyat bəlkə də başqası üçün xəyaldır. Lev Tolstoy