Marsel Prust: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11: Sətir 11:
== M ==
== M ==
* Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nigahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir.

== Ü ==
* Üzündəki ifadələr, sanki, mənim üçün yaradılmış bir dildə yazılmışdı; o mənim həyatımdakı hər şey idi, digər insanlar onun mənə diqtə edəcəyi qiymətləndirməyə bağlı olaraq mövcud idilər sadəcə.

== V ==
== V ==
* Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə.

05:50, 12 oktyabr 2019 versiyası

Marsel Prust (1871-19220 - Fransa yazıçısı

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər.

B

  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik.
  • Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz.

K

  • Kitab yorulmayan müəllimdir.

M

  • Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nigahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir.

Ü

  • Üzündəki ifadələr, sanki, mənim üçün yaradılmış bir dildə yazılmışdı; o mənim həyatımdakı hər şey idi, digər insanlar onun mənə diqtə edəcəyi qiymətləndirməyə bağlı olaraq mövcud idilər sadəcə.

V

  • Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə.

Xarici keçidlər

Wikipedia logo
Wikipedia logo
Marsel Prust haqqında Vikipediyada məqalə var.