Jan Pol Sartr: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 26: | Sətir 26: | ||
* İnsan uğrunda ölümə getməyə belə hazır olacağı bir şey tapmadığı müddətcə insan deyildir. |
* İnsan uğrunda ölümə getməyə belə hazır olacağı bir şey tapmadığı müddətcə insan deyildir. |
||
* İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir. |
* İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir. |
||
* İşğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda alman hərbi musiqisi konsertini təşkil etmək kifayətdir. |
|||
==R== |
==R== |
18:47, 18 oktyabr 2019 tarixindəki versiya
Jan Pol Sartr - fransız yazıçısı və filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Azad olmaq – özün kimi olmaq deməkdir.
B
- Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu.
- Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953)
C
- Cəhənnəm başqalarıdır.
D
- Dostluq bir-biri haqqında hökm vermək deyil. Dostluq inanmaq deməkdir.
- Döyüşü zənginlər çıxarar, yoxsullar ölər.
E
- Eşq; iki insanın şüurlarını birləşdirmə səyidir. Boşuna bir səy, çünki insan öz şüuruna məhkumdur.
Ə
- Ən böyük günah peşmanlıqdır.
H
- Həyat üç hissədən ibarətdir: dünyanı dəyişdirəcəyini sandığın, dəyişməyəcəyini başa düşdüyün və dünyanın səni dəyişdirdiyinə əmin olduğun hissələrdən.
İ
- İnsan azadlığa məhkumdur.
- İnsan sahib olduqlarının cəmi deyil, lakin hələ reallaşdıra bilmədiklərinin cəmidir.
- İnsan uğrunda ölümə getməyə belə hazır olacağı bir şey tapmadığı müddətcə insan deyildir.
- İnsanın azadlığı, özünə edilənlərə qarşı etdiyi rəftarda gizlidir.
- İşğal dövrünü fransızların yadına salmaq üçün ictimai parkda alman hərbi musiqisi konsertini təşkil etmək kifayətdir.
R
- Ruhun gəncliyi əbədidir, əbədilik isə gənclik deməkdir.
V
- Var olmaq susamadan içmək kimi bir şeydir.
- Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam.