Benedikt Spinoza: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 54: Sətir 54:


== H ==
== H ==
* Heç kim özünü alçaldan insanlar qədər həsəd aparmağa meyilli olmur.
* Həqiqət- həm özü, həm də yalan üçün sınaq daşıdır.
* Həqiqət- həm özü, həm də yalan üçün sınaq daşıdır.
* Hər bir insan öz gücünün ölçüsünə görə hüquqa malikdir.
* Hər bir insan öz gücünün ölçüsünə görə hüquqa malikdir.

16:30, 23 oktyabr 2019 versiyası

Benedikt Spinoza



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Benedikt Spinoza - holland filosofu.

A

  • Ağılla yaşanan həyatın sonu xoşbəxtliklə bitir.
  • Allah bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı məqsədlə yaratdığını öyrənə bilməyək.
  • Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur.
  • Azad ruha yox, hansısa başqa şeyə səbəb olan sevgi çox asanlıqla nifrətə çevrilir.
  • Azadlıq dərk olunmuş zərurətdir. [1]

B

  • Bilməməzlik dəlil, cahillik isə arqument deyil.

Ə

Ən əhəmiyyətli fikirlər ölmək üçün deyil, yaşamaq üçündür.

F

  • Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır.

H

  • Heç kim özünü alçaldan insanlar qədər həsəd aparmağa meyilli olmur.
  • Həqiqət- həm özü, həm də yalan üçün sınaq daşıdır.
  • Hər bir insan öz gücünün ölçüsünə görə hüquqa malikdir.
  • Hər bir təyin bir inkar etmədir.
  • Hər kəsin haqqı gücü qədərdir.
  • Hərəkəti bilmək, səbəbi bilməkdən asılıdr.
  • Həsəd aparma nifrətdən başqa bir şey deyildir. Çünki, özgəsinin bədbəxtliyi həzz gətirir, xoşbəxtliyi isə narazılıq.
  • Həvəslə və istək arasındakı fərq ondadır ki, “istək” daha çox o insanlara aiddir ki, onlar öz həvəslərini dərk edirlər. Ona görə də belə demək olar: istək, dərk edilən həvəsdir.
  • Həyatın üzünüzə gülməsini istəyirsinizsə, əvvəlcə ona xoş əhval- ruhiyə bəxş edin.

İ

  • İnsan ehtirasları məğlub edərək tanrıya yaxınlaşar.
  • İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.
  • İnsanda onun azadlığı haqqında danışmaq, onun köləliyi haqqında danışmaqdan yaxşıdır.
  • İnsanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz.
  • İnsanın mahiyyəti onun arzularında təzahür edir. [2]
  • İnsanlar hesab edirlər ki, azaddırlar. Çünki, onlara öz ehtiraslarına tabe olmağa icazə verilmişdir. Onlar qanunlara görə yaşamağa məcbur ediləndə isə elə düşünürlər ki, öz hüquqlarından imtina edirlər.
  • İnsanlar üçün hər şeydən faydalı dostluğu möhkəmləndirən şeyləri etməkdir.

K

  • Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur.
  • Kədər insanı kamillik zirvəsindən endirir.

Q

  • Qaliblərin yaraları tez sağalır.
  • Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. [3]
  • Qısqanclıq, əldə ediləndən təkbaşına həzz almağın və onu əldə saxlamağın qayğısını çəkməkdir.
  • Qorxu - iradənin zəifliyi nəticəsində yaranır.

M

  • Məlumatsızlıq bəhanə edilə bilməz.
  • Müəyyən bir işi yerinə yetirə bilmədiyinizi düşünən andan onun yerinə yetirilməsi sizin üçün mümkün deyil.

N

  • Nüfuzlu və mənsəbli şəxsə istinad etmək hələ sübut deyil.

R

  • Ruha silahla yox, sevgi və comərdlikdə qalib gəlmək olar.

S

  • Sevgi nə qədər böyük olsa, kədəri də bir o qədər böyük olacaq. [4]
  • Son dərəcə məğrurluq, yaxud alçalma, son dərəcə özünü tanımamaqdır.
  • Sülh müharibənin olmamasından yox, möhkəm ruhdan irəli gələn fəzilətdən yaranır.

Ş

  • Şey ona görə həqiqliyini itirmir ki, çoxları tərəfindən qəbul edilməyib.

T

  • Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz.

Y

  • Yalançı dindarlıqdan irəi gələn hər şey qorxaq ruhun fantaziyasından və sayıqlamalarından başqa bir şey deyildir.
  • Yalnız qalanda kiminlə qaldığını dəqiq bilməlisən.

İstinadlar

  1. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 433
  2. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 36
  3. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 204
  4. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı: Çaşıoğlu, 2012, səh. 215

Mənbə

Xəzinə. Bakı: 1997

Vikipediyada Benedikt Spinoza haqqında məqalə var.