Şarl de Qoll: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 45: Sətir 45:
== T ==
== T ==
* Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.
* Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.
== Ü ==
* Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.


== Mənbə ==
== Mənbə ==

15:20, 30 oktyabr 2019 tarixindəki versiya

Şarl de Qoll (1890-1970) (fr. Charles André Joseph Marie de Gaulle) – fransız generalı və siyasətçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur.

B

  • Böyük insanlar olmadan böyük işlər görmək mümkün deyil. Böyük insanlar isə qətiyyətli olduqlarına görə böyükdürlər.

Ç

  • Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.

D

  • Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar.
  • Dövlət xadimi üçün ən vacib şey, vacib olmayan şeyləri vacib hesab etməməsidir.

F

  • Fransa döyüşü uduzdu, amma müharibəni yox.

G

  • Gənc yaşlarımdan Fransanın böyük sınaqlardan keçəcəyinə, həyatımın mənasının ona nə vaxtsa xidmət etməkdən ibarət və bunun üçün imkanlarımın olacağına əmin idim.
  • Güclünün böyüklüyü, zəifin sığınacağı olan susmaq qədər nüfuzu qaldıran başqa heç nə ola bilməz.

H

  • Hökumət təklif yox, sərəncam verməlidir.

İ

  • İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir.
  • İnsanların dostları ola bilər, dövlət xadimlərinin isə yox.

Q

  • Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.

M

  • Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm.
  • Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox.

R

  • Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq.

S

  • Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır.
  • Susmaq- hakimiyyətin mütləq silahıdır.

Ş

  • Şöhrəti yalnız onu daima arzulayanlar qazanır.

T

  • Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.

Ü

  • Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

Xarici keçidlər

Wikipedia logo
Wikipedia logo
Şarl de Qoll haqqında Vikipediyada məqalə var.