Viktor Hüqo: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 36: Sətir 36:
* Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
* Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
* Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
* Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
* Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır.


== Ç ==
== Ç ==

13:01, 22 dekabr 2019 versiyası

Wikipedia logo
Wikipedia logo
Viktor Hüqo haqqında Vikipediyada məqalə var.
Viktor Hüqo

Viktor Mari Hüqo (1802-1885) - fransız yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ailə cəmiyyətin kristalıdır.
  • Ailəni dağıtmağa çalışan hər hansı ictimai quruluş yararsızdır. Ailə – hər bir cəmiyyətin büllurudur.
  • Ağıl da təbiət kimi boşluq sevmir.
  • Ağıllı o kəsdir ki, özünü görə bilir.
  • Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ?
  • Ağıllı o kəsdir ki, özünü görə bilir.
  • Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq.
  • Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir.

B

  • Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.
  • Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
  • Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
  • Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
  • Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
  • Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı.
  • Bir məktəb açan bir həbsxana bağlayar.
  • Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir.
  • Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
  • 1 sevgilisi olan qadın mələkdir, 2 sevgilisi olan qadın canavardir, 3 sevgilisi olan qadın doğrudan da əsl qadındır )
  • Bir vətəndaşın azadlığı obiri vətəndaşın azadlığının qurtardığı yerdən başlayır.
  • Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
  • Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
  • Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
  • Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür.

C

Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
  • Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
  • Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
  • Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır. Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır.

Ç

  • Çalışmaq həyat, düşünmək işıqdır.
  • Çalışmaq - uçub gedə bilən bir vərdişdir: tərk etmək asan, yenidən başlamaq isə çətindir.
  • Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər.

D

  • Dahi insanlar nadir hallarda təklikdə görünür.
  • Dahilər Parisdə ölmək üçün əyalətdə doğulur.
  • Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
  • Diqqət, ağlın ən böyük uşağıdır.
  • Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
  • Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.
  • Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur.

E

  • Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir.
  • Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir.

Ə

  • Əfv insanlıq dilinin ən şirin kəlməsidir.

G

  • "Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
  • Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxaq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
  • Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin.
  • Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
  • Gözəl qadın heç vaxt ağıllı qadının əldə etdiyini əldə edə bilməz.
  • Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır.
  • Gözü olan o adamdır ki, özünü görə bilsin.
  • Güçün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur. əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.
  • Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz.
  • Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.
Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxaq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.

H

  • Hansı sərvətdir ki, insanlar onun qədrini bilmirlər? – Təvazökarlıq.
  • Harada düşüncə varsa, orada qüdrət var.
  • Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.
  • Həqiqi sevgi doymaq bilmir. Həmişə ruhi olaraq o, soyuya bilməz.
  • Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir.
  • Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
  • Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir.
  • Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır.
  • Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
  • Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.
  • Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
  • Hətta yarpaqlar arasında oxuyan bir quşcığaz da tanrının varlığını sübut edir.
  • Həyat - güldür.Sevgi - nektar.
  • Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir.
  • Həyat nəğmədir, onun nəqarəti isə ölümdür.
  • Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
  • Həyatın bütün dərdlərinin çarəsi kitablardadır…

X

  • Xoş görmək və bağışlamaq sevginin təməlidir.

İ

  • İblisin başqa bir adı da yalandır.
  • İdeya - söz meşəsində nadir ovçudur.
  • İlk sevgi və son sevgi arasındakı fərq; insanın ilk sevgisini son sevgisi sanması, son sevgisini isə ilk sevgisi gözüylə görməsidir...
  • İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
  • İnsanda bir zülmkarlıq var - cəhalət.
  • İnsanın daxili aləmində olan xeyirxahlıq - günəşdir.
  • İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
  • İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür.
  • İnsanın siması onun daxili aləmini əks etdirir.
  • İnsanlarda güc deyil, iradə çatışmır.
  • İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər.
  • İşığı heç kim kor qədər sevə bilməz.

K

  • Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır.
  • Kimə qəzəb hissi əlçatandırsa ona sevgi hissi də əl çatandır.
  • Kitablar onu yazan insanların ətrini daşıyır.
  • Kitablar soyuq, amma etibarlı dostlardır.
  • Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır.

Q

  • Qadın müharibə üçün bəhanə, cinayət üçün səbəbdir.
  • Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
  • Qadına sevgi bizim üçün böyük, heç nə ilə əvəz olunmayan əhəmiyyətə malikdir; o, ət üçün duz kimidir; ürəyə hoparaq onu xarab olmaqdan qoruyur.
  • Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar.
  • Qadınlar zəifdir, amma analar qüvvətlidir.
  • Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir.
  • Qadını gözəl edən Allahdır, sevimli edən şeytan.
  • "Qara bir işıq görürəm".Son sözləri
  • Qorxu üzərində qələbə bizə güc verir.
  • Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
  • Quşda qanad, insanda ümid.
Diqqət, ağlın ən böyük uşağıdır.

[1]

M

  • Mənəviyyat həqiqətlərin çiçək açmasıdır.
  • Mənəviyyat - çiçəkli bir haqqdır.
  • Mənə yalan danışmağını istəyərdimS halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı.
  • Mənə yağışı izah etmə, yağ!
  • Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmamdır.
  • Mənim üçün əhəmiyyəti yoxdur ki, güc kimin tərəfindədir; əhəmiyyəti olan odur ki, qanun kimin tərəfindədir.
  • Məntiq heç bir mərhəmət bilmir.
  • Məşhur adam olmaq xoşbəxtlikdir, faydali olmaq isə hər kəsin borcudu.
  • Məşhur olmağı sevirəm – bu mənim xoşbəxtliyimdir. Amma lazım olmaq istəyirəm – bu mənim borcumdur.[2]
  • Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.
  • Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır.
  • Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.
  • Müqəddəs olmaq müstəsnalıqdür, ədalətli olmaq isə qaydadır.

O

  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır.
  • Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır.

Ö

  • Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumaya dəyər şeylər yazın, yada yazmaga dəyər bir həyat yaşayın.
  • Ölmək bir şey deyil, yaşamaq qorxuludur.
  • Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz.
  • Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur.

R

  • Ruhu ləkələyən daim vücuddur.
  • Ruhunu itirən dünyanı qazansa nə çıxar?

S

  • Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir?
  • Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.
  • Sevgi iki olarkən bir olmaq deməkdir.
  • Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir.
  • Səni o qədər xəyal etdim ki, axırda xəyal oldun.
  • Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
  • Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.
  • Sülh hər şeyi həzm edən xoşbəxtlikdir.

Ş

  • Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir.
  • Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür.
  • Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur.

T

  • Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq.
  • Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
  • Tərəqqi məqsəddir, ideal isə nümunə.

U

  • Utanmazlıq bəzən ayıbı gizlədir.
  • Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz.
Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.

V

  • Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir.
  • Vicdan - bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
  • Vicdan məhkəməsi ən ali məhkəmədir.
  • Vicdanın oyanması qəlbin əzəmətini göstərir.

Y

  • Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
  • Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur.
  • Yerini vaxtında tərk etməyi bilmək, gerçək yetkinlikdir.
  • Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
  • Yumşaq olma əzilərsən,sərt olma qırılarsan.

Z

  • Zamanı çatan bir fikrin gücünə heç bir ordu tab gətirə bilməz.
  • Zülmətdən nura doğru yüksələn bütün yollardan ən nəcibi və ən çətini aristokrat və monarxist doğulub, demokrat olmaqdır.

Istinadlar

Vikianbarda Viktor Hüqo ilə əlaqəli mediafayllar var.

Vikipediyada Viktor Hüqo haqqında məqalə var.

  1. mehsur adam olmaq xosbextlik faydali adam olmaq haminin borcudur
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.