Mirzə Fətəli Axundov: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 23: Sətir 23:
== M ==
== M ==
* Mənim xalqımı rəzil edən o bayquşları ''(mollaları)'' tabutum üstündə ulaşmağa qoymayın!
* Mənim xalqımı rəzil edən o bayquşları ''(mollaları)'' tabutum üstündə ulaşmağa qoymayın!
* <...> müsəlman xalqların mədəniləşməsi və yeni əlifnanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan
qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün «Kəmallüddövlə»ni yazmağa başladım.<ref>Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41</ref>

== P ==
== P ==
* Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
* Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.

20:32, 1 may 2020 versiyası

Mirzə Fətəli Axundov



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Mirzə Fətəli Axundov - Azərbaycan dramaturqu, maarifçisi və filosofu.

B

  • <...> daha уаxşı olar ki, ərəb əlifbasını ləğv edək. Аvropa yazı üsuluna keçək, yəni soldan saga yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi. Və mən öz məqsədimə nail olmayaraq, mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım. (İstanbuldaki apardığı müzakirə haqqında şərhi)[1]

D

  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz.
  • Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar.

Ə

  • Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır.[2]
  • Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın.[3]

F

  • Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.

H

  • Hünər və ləyaqəti olmadan yüksək dərəcələrə çatmaq heç də şərafət deyil, bəlkə rəzalət və həqarətdir.

İ

  • İnsan öz həmvətənləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır.

M

  • Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın!
  • <...> müsəlman xalqların mədəniləşməsi və yeni əlifnanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan

qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün «Kəmallüddövlə»ni yazmağa başladım.[4]

P

  • Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
  • Politika - səltənəti və məmləkəti idarə etməklə bağlı olan, səltənətin və məmləkətin mənafeyini və səlahiyyətlərini nəzərə alan işlərdir, bir də bunlar barədə elmdir.

S

Sərxoşluq əxlaqi cəhətdən pozulmağın ən eybəcər əlamətidir.

Y

  • Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilmesi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? (1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni elifbası haqqında) [5]

İstinadlar

  1. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 38
  2. Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41
  5. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37-38

Vikipediyada Mirzə Fətəli Axundov haqqında məqalə var.

Vikimənbədə Mirzə Fətəli Axundov ilə əlaqəli məlumatlar var.