Məhəmməd Hadi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 14: Sətir 14:
* XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. ...Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.
* XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. ...Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.
** Yaşar Qarayev
** Yaşar Qarayev
* XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən” və "millət” ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib.
** Elçin - Azərbaycan yazıçısı.


== M ==
== M ==

19:04, 27 may 2020 versiyası

Wikipedia logo
Wikipedia logo
Məhəmməd Hadi haqqında Vikipediyada məqalə var.

Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə — azərbaycanlı şair, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı[1], Tatar süvari alayının imamı.[2][3]

Ə

  • Əgər cahil bir adam sənə qarşı nadanlıq edirsə, mənalı bir sükut ona əla cavabdır.

Məhəmməd Hadi haqqında sitatlar

H

  • Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır... hər bir əsərində hürriyyəti oxşamadan keçməmişdir.[4]
    • Abbas Səhhət
  • Hadinin taleyindəki dəhşətli paradoks bundadır ki, nəhayət, sanki arzusu gerçəkləşdiyi, Azərbaycan öz müstəqilliyini bəyan edib, "xətti imzalar içində” yer aldığı zaman artıq qırx yaşı haqlayan Hadi bu sevinci sonadək duya bilmədi.
    • Anar - Azərbaycan yazıçısı.

İ

  • XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. ...Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.
    • Yaşar Qarayev
  • XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən” və "millət” ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib.
    • Elçin - Azərbaycan yazıçısı.

M

  • 1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi M.Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikincikərə olaraq zərər ilə dükanı qapamışdır.[5]
    • Ömər Faiq Nemanzadə

O

  • O, oxuduğu elmlərin kəndisinə heç bir nəticə verməyəcəyini, olsa-olsa mömin bir molla əfəndidən fəzlə bir şey olmayacağına hissi-qəbləl-vüqu ilə anladığından İstambul və Əl-Qahirə kimi islam mədəniyyəti mərkəzlərinə gedib orada təhsil almaq fikrinə düşmüşdü. Mustafa Lütfi... Hadini xarici məmləkətlərə göndərəcək iqtidarı olmadığından Hadi bir neçə zəngin əqrəbasını müraciətdə bulunmuş, təhsil arzusunda olduğunu söyləyib müavinət istəmişsə də, sözünü dinləyən və yardımda bulunan olmamışdı.[6]
    • Seyid Hüseyn

İstinadlar

  1. Məhəmməd Hadi Azərbaycanda Tofiq Fikrət irsinin ilk araşdırıcı kimi: İslam Qəribli. Ədəbiyyat qəzeti. 30 aprel, 2010
  2. Nağı Keykurin. Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri (PDF), Bakı,"Təknur MMC" mətbəəsi, 2007. səh. 22.
  3. "Cümhuriyyətə gedən yolun şairi - Məhəmməd Hadi - Elnarə Akimova". 6 Jul 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  4. [1]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
  5. [2]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
  6. [3]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında