İlyas Əfəndiyev: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 97: Sətir 97:
[[Kateqoriya:1914-cü ildə doğulanlar]]
[[Kateqoriya:1914-cü ildə doğulanlar]]
[[Kateqoriya:1996-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:1996-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan ədəbi tənqidçiləri]]

06:56, 30 may 2020 versiyası

İlyas Əfəndiyev - Azərbaycan yazıçısı və dramatürqu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Anlaşılmayan, izah edilə bilməyən novatorluq yoxdur. Yalançı novatorluq istedadsızlıq əlamətidir.
  • Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil.
  • Azərbaycan xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir.

B

  • Bədii dil yazıçı istedadının aynasıdır. Sənətdə istedad - yalnız insana, heyvana, bitkiyə deyil, daşa, torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan fırtınalara da can, ruh verməkdir.
  • Bədii formaları əbədi, sabit meyarlar kimi qəbul etmək olmaz.
  • Bəşəriyyətin tarixi təkrar-təkrar göstərir ki, xalqı və onun azadlığını öldürmək, məhv etmək olmaz.
  • Bizim baş mövzumuz insanın gələcək uğrunda fəaliyyətidir.
  • Bizim xalq hər şeyi bağışlayır, ancaq qorxaqlığı yox.

D

  • Dahi sənətkarların həqiqi varisi xalqdır
  • Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşadan, birinci növbədə onun əsərləri və xalqıdır.

Ə

  • Əgər əsər qurudursa, oxucuda heç bir emosional təsir oyatmırsa, demək əsər deyil və bu barədə danışmağa dəyməz.
  • Əgər kiçik lirik şeir həqiqi sənət əsəridirsə o heç zaman ictimai fikirdən kənarda qala bilməz.
  • Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən möcüzə, imdad gözləmə.
  • Əgər yeddi canım olsaydı onun yeddisini də Vətənə qurban verib məhəbbətimdən keçməzdim. Lakin böyük yaradan bizə bir can verib.
  • Əsrlərin sınağından çıxmış lirika həqiqi sənətin qanadıdır, ruhudur.

H

  • Hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə yaz. Həyatı, onun doğurduğu psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz.
  • Həqiqi gözəllik üçün vicdan rahatlığı, vicdan saflığı lazımdır. Gözəllik həyatın ahəngidir, o saxtakarlıqla uyuşa bilməz.
  • Həqiqi məhəbbət nə qədər böyük və güclü olsa da, qızılgül ləçəyi kimi zərifdir.
  • Həqiqi sənətkarın qarşısında onun mənsub olduğu xalqın həyatı bir dərya kimi dayanmışdır.
  • Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı qədər vacib və zəruridir.
  • Hər gənc ailənin gələcək səadəti birinci növbədə ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır.

X

  • Xalqın ümumi idealı ilə bağlı olan, onun həyatına işıq saçan hər bir yazı tərzi, hər bir janr xeyirlidir.

İ

  • İstəksiz, məhəbbətsiz həyat gec-tez ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaq.
  • İstər elmdə, istərsə də sənətdə irəliyə, yüksəlişə doğru yolu həmişə böyük istedadlar açmışlar.

K

  • Keçilmiş yollardan keçənlərin izi çətin seçilər və tezliklə silinib gedər.

M

  • Məsələ əsərin həcmində deyil, onun bədii dəyərində, ictimai mənasındadır.
  • Müasir mövzu həqiqi, canlı, dolğun həyat deməkdir. Müasir mövzu müasir istedadlar deməkdir.
  • Müasirlik sənətin mayasıdır.
  • Müəllif öz adına və oxucuya hörmət etməlidir.

O

  • O evdə ki, səmimiyyət yoxdur, orada həyat yoxdur.

Ö

  • Öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da təsir edə bilməz.
  • Öz Vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz.

S

  • Sənətdə dahiliyin birinci sirri səmimiyyətin, ağıl və ehtirasın dərinliyində, idealın humanist mahiyyətindədir.
  • Sənətdə qəlbin, ürəyin odu sənətkarın istedadıdır, qəlbləri riqqətə gətirən, ya qəzəbləndirən də bu əsrarəngiz qüvvədir.

T

  • Tam inkişaf etdikdə insan təbiətə yaxınlaşır, onun sirlərinə daha dərindən valeh olmağa başlayır, özünü və özü ilə bağlı olan cəmiyyəti daha dərindən dərk edir.
  • Teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur.
  • Tənqidçi həqiqi sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər yazıçı bu kəşfə layiqdirsə).

V

  • Vətən borcu, Vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hisdir ki, ona əmr etmək olmaz.
  • Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun çağırışına çatmasam cəhənnəmlərə məhkum bədnam bir məxluq olaram.
  • Vicdan rahatlığı hər şeydən gözəldir.

Y

  • Yazıçılıqda novatorluq, yeni yazı manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda yeni insan xarakterləri kəşf etmək deməkdir.
  • Yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır – yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç.

İlyas Əfəndiyev haqqında sitatlar

A

  • Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqidi və oxucular xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına daim müraciət edəcəklər. Çünki böyük ədibin yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə, onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur. [1]
    • Nizami Tağısoy - ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim.
  • Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür. [2]
    • Nazim Hikmət - Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi

I

  • İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir... Biz «Bahar suları» əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradılır. [3]
    • Səməd Vurğun, xalq şairi
  • İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçıdır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir.[4]
    • Məmməd A - Akademik
  • İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.[5]
    • Heydər Əliyev

İstinadlar

Vikianbarda İlyas Əfəndiyev ilə əlaqəli mediafayllar var.

  1. [1]Əsrlərin, nəsillərin müasiri – İlyas Əfəndiyev
  2. Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
  3. Ədəbiyyat və incəsənət, 974, 23 noyabr
  4. Kommunist, 1974, 17 noyabr
  5. Ədəbiyyat və incəsənət, 1980, 23 may