Nəriman Nərimanov: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Teq: 2017 viki-mətn redaktoru
Teq: 2017 viki-mətn redaktoru
Sətir 18: Sətir 18:
* Qabarlı əldə olan hünər qeyrət - ağ əlcəkli əldə ola bilməz.
* Qabarlı əldə olan hünər qeyrət - ağ əlcəkli əldə ola bilməz.
* Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir.
* Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir.
* Komediya çıxartmaqdan əsl məqsəd tərbiyədir. Insan çox vaxt öz zindəganlığında özünün və ya qeyri-şəxsin qüsuratını görmür və yainki hiss etmir. Amma komediya çıxardanda bunların hamısını görüb yaxşını yamandan seçir və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin.


== M ==
== M ==

18:30, 8 iyun 2020 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bir dildə bəyan edir.Bir dil ki sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqs bağlayıbdır.

B

  • Bir millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır.

G

  • Gərək insan tək özü üçün yaşamasın, təklikdə bədəninizlə əfkarınız, amalınız, mənəviyyatınız da fani olar.

H

  • Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür.

İ

  • İnsan tərəqqi üçündür, bu gün dünyaya gəlib-gedən, sonradan yeni dünyaya gələnə gərəkdir bir yol göstərsin, tainki yeni dünyaya gələnlər bunları insan görüb daha ziyadə tərəqqi edələr.
  • İnqilabdan ancaq o adam xeyir götürəcəkdir ki, onda səbir olsun, sizə vəsiyyət edirəm.
  • İnsan həmişə şirin şey yesə, haman şirinin ləzzətini bilməz, lakin bir acı dərmandan sonra şərbət içsə, dodaqlarını da dili ilə yalayacaqdır.

Q

  • Qabarlı əldə olan hünər qeyrət - ağ əlcəkli əldə ola bilməz.
  • Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir.
  • Komediya çıxartmaqdan əsl məqsəd tərbiyədir. Insan çox vaxt öz zindəganlığında özünün və ya qeyri-şəxsin qüsuratını görmür və yainki hiss etmir. Amma komediya çıxardanda bunların hamısını görüb yaxşını yamandan seçir və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin.

M

  • Mal, dövlət, şan, şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz.
  • Mən millətimi sevirəm, çünki anamı sevirəm!
  • Mən insanın insan tərəfindən istismarına əleyhinəyəm!
  • Məmləkətin bir oğlu hamı üçün, hamısı bir oğul üçün işləməli və yaşamalı.
  • Mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, o müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun.

S

  • Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız.
  • Siz özünüzü bir millətdən hеsаb еdirsinizsə, özünüzün bir vətəniniz vаrdırsа, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir və bir millət və yа vətən sizi öz üzvlərindən hеsаb еdirsə, sizin dərdiniz, qəminiz millət və vətən üçün ümumi dərd və qəm оlmаlıdır.

T

  • Tərbiyə də ancaq elmin gücü ilə olur.
  • Tatar millətini bilmək üçün tatarlar arasında yaşamaq gərəkdir, bunlara yavuq gediniz; ruhlarını oxuyub anlayınız, düşününüz, tarixi nəğmələrini eşidiniz; o vaxt tatar nə gözəl bir millət olduğunu hiss edərsiniz!

V

  • Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.

Y

  • Yenə təkrar edirəm:məktəb, məktəb, Bizi ancaq məktəb nadanlıqdan xilas edər.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.