Məhəmməd Tağı Sidqi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Vikipediya|Məhəmməd Tağı Sidqi}}
{{Bioqrafiya
{{Bioqrafiya
|Adı = Məhəmməd Tağı Sidqi
|Adı = Məhəmməd Tağı Sidqi

11:52, 24 iyul 2020 tarixindəki versiya

Wikipedia logo
Wikipedia logo
Məhəmməd Tağı Sidqi haqqında Vikipediyada məqalə var.
Məhəmməd Tağı Sidqi
Doğum tarixi 1853
Doğum yeri Ordubad
Vəfat tarixi 1903
Vəfat yeri Qarabağlar
Dəfn yeri Naxçıvan
Vikipediya məqaləsi

Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
  • Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]

B

  • Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
  • Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.

D

  • Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.
  • Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur.
  • Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
  • Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir.

F

  • Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
  • Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.

X

  • Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.
  • Xoşbəxtlik dörd şeydən ibarətdir, əsli pak, ürəyi pak, əli pak rəyi doğru.

İ

  • İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
  • İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
  • İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə, yemək dirilikdən ötrü lazımdır.
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
  • İnsanın elmi çoxaldıqca cəhaləti azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir.
  • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.[2]
  • İşlək adama ən böyük cəza bekar qalmaqdır.

M

  • Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.

S

  • Səadət elə bir xəzinədir ki, səy və qeyrət onun açarıdır.
  • Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[3]

T

  • Tənbəlliklə keçinən adam hər qüvvədən məhrum olur.
  • Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır.

V

  • Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər, Bakı,2005
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  3. Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.