Nizami Gəncəvi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 123: Sətir 123:
* [[Yeddi gözəl (Nizami)]]
* [[Yeddi gözəl (Nizami)]]


== Xarici keçidlər ==
== İstinadlar ==


{{Vikilər
{{Vikilər

12:12, 26 iyul 2020 versiyası

Nizami Gəncəvi
Doğum tarixi 1141
Doğum yeri Gəncə
Vəfat tarixi 1209
Vəfat yeri Gəncə
Dəfn yeri Gəncə
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adam yüksələndə əhdini pozmaz.
  • Amandır ağlını unutma ki, sən
    Gülünü tikana deyişməyəsən.
  • Az sözün incitək mənası solmaz,
    Çox sözün kərpictək qiyməti olmaz.

B

  • Bağlama qapını dostun üzünə.
  • Belə məsəl çəkmiş aqil bir insan:
    Qurd girməz sürüyə yatmasa çoban.
  • Bir neçə gün hicran dağıyla tək qalsan
    ayrılıqdan sonra xoş olar vüsal..

Ç

  • Çalış ki, kipriyin olsun almaz tək,
    Ayıq ol, ölkənin keşiyini çək!
  • Çalış öz xalqının işinə yara,
    Geysin əməlindən dünya zərxara.
  • Çox gözəl olsa da eybi gizləmək,
    Dost dostun eybini örtməsin gərək.
  • Çox iti zehinlər yatan oldular
    Axırda saxsı qab satan oldular.

D

  • Dost rahatlıq verən bir bir məlhəmdir.
  • Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
    Yer üzünün fatehi ədalətdir, ədalət!
  • Deyilməyən sözü demə əğyara,
    Deyil tək əğyara, hətta dostlara.
    Sirrini bilməsin evdə divarlar,
    Divar dalında da çünki qulaq var.
  • Doğruluq edən kəs doğru işlərindən ziyan görməz.[1]
  • Düşməninlə dost olana sən də bax bir düşmən kimi,
    İlan üstə qonan milçək zəhərlidir ilan kimi.

E

  • Eşşəyin qızıldan olsa da yükü,
    Yenə də eşşəkdir parıldar tükü.

Ə

  • Əlində yumşalsa dəmir, bunu bil,

Tədbirlə yumşalar, hiddətlə deyil.

G

  • Gecəni, gündüzü çox vermə bada,
    Yaxşı ad uğrunda çalış dünyada.
  • Günəşi örtsə də qara buludlar,
    Yenə günəş adlı bir qüdrəti var.

H

  • Hər çətin düyünün bir əlacı var,
    Səbirlə, tədriclə açılar onlar.
  • Hər uca rütbədən biliniz,fəqət
    Alimin rütbəsi ucadır, əlbət!.
  • Hər ümidsiz işdə bir çox ümid var,
    Qaranlıq gecədən ağ səhər doğar.
  • Hünər ardınca qoş, xalqa hünər saç,
    Qapılar bağlama, ər ol, qapı aç.
  • Hər kim öyrənməyi bilməyirsə ar
    Sudan dürr, daşdan da gövhər çıxardar.
    Ancaq, öyrənməyi ar bilən insan
    Məhrumdur dünyada bilik almaqdan.

X

  • Xəzinə kəşf etmək istəsən əgər,
    Hər bir çətinliyə tab et, sinə gər.

İ

  • İncitək sözlər seç, az danış, az din,
    Qoy az sözlərinlə dünya bəzənsin.
  • İnsafla yaşayan mərddir, kişidir,
    İnsaflı olmamaq namərd işidir.
  • İnsana arxadır onun kamalı,
    Ağıldır hər kəsin dövləti, malı.
  • İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. [2]
  • İnsanı sarsıdır göz yaşı, nalə,
    Ah çəkib, uf deyən yetməz kəmalə.
  • İnsanlardan başqa bütün canlılar,
    Qənaət evində tutmuşlar qərar.
  • İradəsiz olma, iradəsizlər
    Ayaqsız qurd kimi yerdə sürünər.

K

  • Kimin ki, alnının aynası bərkdir,
    Dünyada xoş günü o görəcəkdir.
  • Kim ki, ad qoymuşdur qoca dünyada,
    Onu öz dostları vermişdir bada.
    Ay üzlü Yusifi yad edin barı,
    Ona quyu qazdı öz qardaşları.
    Əzəldən dünyanın bir qaydası var:
    Bal tutan barmağı arılar sancar.
  • Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz.

Q

  • Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.[3]
  • Quyuya salsan da yaxşılığı bil,
    Yenə qayıdacaq, o itən deyil.
  • Qəlbini çalmasın bu mal, bu dövlət,
    Azı bir zillətdir,çoxu fəlakət.
    Göydə ol, yerdə ol, fərqi yox bunun,
    Torpaqsan, yenə də torpaqdır sonun.

M

  • Misə qızıl vurmaq nəyə gərəkdir,
    Mis yenə özünü göstərəcəkdir.
  • Meymun da yamsılar, bu deyil hünər,
    Bulanlıq suda da ulduz görünər.

Ö

  • Ölüm yatağında olsa da bir şəxs,
    Ümidini əsla həyatdan üzməz.
  • Ömrünü ah-vayla vermə sən bada,
    Acizlər ah-vayla yaşar dünyada.
  • Öz qəbiləsinə asi olan şəxs
    Onunla bir yerdə yaşaya bilməz.
  • Öylə bir ixtiyar olsaydı məndə,
    Qoymazdım bəndəyə möhtac bir bəndə.

P

  • Pis,yaxşı nəyin var ,demək malındır,

Lakin sənə vacib öz kamalındır.

S

  • Səadət qapını açmasa bu gün,
    Kəsmə ümidini ondan büsbütün.
  • Səadət kamalla yetişir başa,
    Xalqa hörmət elə, ədəblə yaşa.
  • Səbr etməklə kişi zindandan çıxar,
    Səbr ilə açılar bağlı qapılar.
  • Səbri, hövsələni unudan insan,
    Ağıldan, şüurdan açmasın dastan.
  • Sənə nə eyləsə övladın, inan,
    Onu görəcəkdir öz övladından.
  • Sözün qanadları var, quş kimi incə-incə,
    Dünyada söz olmasa, nəyə gərək düşüncə.
  • Sözündə çoxluğa qoyma yer olsun,
    Birin yüz olmasın, yüzün bir olsun.
    Çox söyləmək sənə bəlkə asandır,
    Çox oldu desələr böyük nöqsandır.

T

  • Təmkinli oturmağı etdiyiçin dağ peşə,
    Mötəbərdir yerində varlığı ilə həmişə.
  • Toxum olmasa, dirilməz.
  • Torpağa mərhəmət xeyirdir inan,
    Lütf etsən gül verər, zülm etsən tikan
  • Tutar qarınqulu çox əziz hər an,
    Xingal yarpağını gül yarpağından.

Ü

  • Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar.

Y

  • Yamanlıq etməkdən uzaq ol, uzaq,
    Pisliyin əvəzi pislik olacaq.
  • Yaşa ki, dünyaya işıq verəsən,
    Torpağa göz dikmə ilan kimi sən.
  • Yaxşılıq etməsən əgər insana,,
    Böyüklük şərəfi verilməz sana.
  • Yer üzündə iki qüvvət vardır: biri qılınc, digəri zəka.
    Çox zaman qılınc zəkaya məğlub olmuşdur.
  • Yüksəklik yaşla deyil, elmlə, ağılla, şərəflədir.
  • Yeri yaradanın öz yeri olmaz.

Z

  • Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
    Ancaq ədalət ilə alarsan dünya mülkün.
  • Zülmün toxumundan göyərməz nəbat.

Mənbə

  • S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.
  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005.

Həmçinin bax

İstinadlar

Vikianbarda Nizami Gəncəvi ilə əlaqəli mediafayllar var.

Vikipediyada Nizami Gəncəvi haqqında məqalə var.

Vikimənbədə Nizami Gəncəvi ilə əlaqəli məlumatlar var.

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.