Leonardo da Vinçi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 99: Sətir 99:


== Ö ==
== Ö ==
* Ölümü yorğunluqdan üstün tuturam. Başqalarına xidmət etməkdən heç vaxt bezmirəm. [[Leonardo da Vinçi]]
* Ölümü yorğunluqdan üstün tuturam. Başqalarına xidmət etməkdən heç vaxt bezmirəm.
* Öz müəllimindən üstün olmayan şagird miskindir.
* Öz müəllimindən üstün olmayan şagird miskindir.
* Özündən şübhə etməyən sənətçi heç nəyə nail ola bilməz.
* Özündən şübhə etməyən sənətçi heç nəyə nail ola bilməz.

17:12, 4 avqust 2020 tarixindəki versiya

Leonardo di ser Piero da Vinci (ital. Leonardo di ser Piero da Vinci; 15 aprel 1452-cü ildə Florensiya yaxınlığında, Vinci şəhərinin yaxınlığındakı Ankiano kəndində doğulub, - 2 may 1519-cu ildə Fransada, 67 yaşında vəfat etmişdir - İtalyan rəssamı (rəssam, heykəltəraş, memar) və alimi (anatomiya, təbiətşünaslıq üzrə), ixtiraçı, yazıçı, musiqiçi,

Wikipedia logo
Wikipedia logo
Leonardo da Vinçi haqqında Vikipediyada məqalə var.
Leonardo da Vinçi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Axmaqların arasında ikiüzlü, riyakar adlanan müəyyən bir təriqət var və onlar daim özlərini və başqalarını, daha çox isə başqalarını aldatmağı öyrənirlər. Əslində isə, onlar özlərini başqalarından daha çox aldadırlar.
  • Anlamaq üçün özümü məhv etdim. Anlamaq sevməyi unutmaqdır.
  • Avaraya çörək vermə, amma başqalarına qara yaxmağa, mühakimə etməyə imkan ver. O, həmişə öz dəyərsizliyinə bəhanə tapmağa hazır olur.
  • Aydın təsəvvürə malik olmadan heç bir şeyi nə sevmək, nə də ona nifrət bəsləmək olmaz.

B

  • Başqasını təhqir edərkən sən özünü düşünmürsən.[1]
  • Bir hində toyuqlar bir-biri ilə sülh və əmin-amanlıqda yaşayır, amma iki xoruz heç vaxt bir-biri ilə yola getmir. Çünki, onların təbiəti belədir.
  • Bir gün içində zəngin olmaq istəyən bir il içində asılmiş olacaq.
  • Bir gündə varlanmaq istəyən bütün il boyu asılacaq.
  • Böyük dahilər bəzən az işləyəndə daha çox iş görürlər.
  • Bulağa gedə bilən su qabına getməməlidir.

Ç

  • Çəkdiyim hər rəsm öz həyatıma verdiyim bir sualdır.

D

  • Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı ilə tətbiq edilmədikdə kütləşir.

E

  • Elm kapitan, praktika isə əsgərlərdir.
  • Elm sərkərdə, təcrübə isə onun əsgəridir.
  • Eşq bilikdən doğur. Nə qədər dərin bilərsək, o qədər sevərik.
  • Eşşək hər cür çətinliklərə dözür, hər cür ağırlıqları daşıya bilir, amma dözümü və səbri olmayan hər kəs onu tərs və inadkar adlandırır.
  • Evlilik, ilan balığı çıxarmaq ümidi ilə əlini ilanlarla dolu kisəyə salmağı xatırladır.

Ə

  • Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək.
  • Əgər səbr etsəniz və səy göstərsəniz, əkilən bilik toxumları əlbəttə ki, yaxşı cücərtilər verəcəkdir. Elmin kökü acı, meyvəsi isə şirindir.
  • Əgər tərifləyirsənsə, zərər verirsən, amma az dərk etdiyin şeyi məzəmmətləyirsənsə, daha çox zərər vermiş olursan.
  • Əlin ruh və zəka ilə birgə çalışmadığı yerdə sənət ola bilməz.
  • Ən balaca pişik belə sənət əsəri və mükəmməllikdir.
  • Əsirlikdə əziyyət çəkməkdənsə, ölmək daha yaxşıdır.

F

  • Fikrimiz qədər bizi aldadan heç nə ola bilməz.

G

  • Gerçək, zamanın tək qızıdır.
  • Gəncliyimdən bu yana ət yeyililməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməyi eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram.
  • Gözəl olan həmişə yaxşı olmur.
  • Gözəllik də bəzən naxələf işlərə xidmət edir.

H

  • Həddindən artıq və çox incə bəzəklər gəncliyin parlaq gözəlliyini azaldır.
  • Həqiqət, zəmanənin yeganə övladıdır.
  • Həqiqətən, həmişə ağlabatan dəlillərin olmadığı yerdə dəlillər qışqırıqla əvəz olunur.
  • Həqiqətin yeganə meyarı təcrübədir.
  • Həqiqi dostlara sahib olmaq istəyən hər kəs başqalarının ehtiyaclarına diqqət yetirməli, xeyirxah və dözümlü olmalıdır. Şərəf və hörmət güclə deyil, son tikəni ehtiyacı olanla bölüşməklə əldə edilir.
  • Həqiqi sevgi özünü bədbəxtlikdə daha çox göstərir. O bir qığılcım kimi gecə qaranlığında daha parlaq işıq saçır.
  • Hər bir maneə inadla dəf edilir.
  • Həyata dəyər verməyən ona layiq deyil.
  • Həyatı qiymətləndirməyən ona layiq deyil.

X

  • Xoşbəxtlik və sevgi ən çox zəhmət çəkənə qismət olur.
  • Xoşbəxtliyi qara kömürlə də yazmaq olar...

İ

  • İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər.
  • İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.
  • İnsanın istəmədən yemək yeməyi sağlamlığa zərərli olduğu kimi, sevmədiyi işi görmək də yaddaşı məhv edir və yaddaş qəbul etdiyi heç bir şeyi yadda saxlamır.
  • İnsanın qəlbi nə qədər geniş olarsa, bir o qədər dərindən sevər.
  • İstedad sahibi olanları kədərli bir aqibət gözləyir. Belə adamlar qabiliyyətlərini inkişaf etdirmək və mükəlləşdirmək əvəzinə özlərini həddindən artıq yüksək tutur, avaraçılığa və xudbinliyə aludə olurlar. Belə bir insan tədricən ağlının aydınlığını və itiliyini itirir, hərəkətsiz, tənbəl olur və bədənini və ruhunu korlayan cəhalətə tutulur.
  • İstənilən maneəni əzm göstərməklə dəf etmək olar.
  • İsti paltar soyuqdan qoruduğu kimi, dözümlülük də inciklikdən qoruyur.
  • İstridyələr bədirlənmiş ay vaxtı çanaqlarını tamamilə açırlar. Krab istridyəni ovlamaq üçün onun çanağının içinə balaca daş və ya yosun atır və nəticədə istridyə çanağını bağlaya bilmir və krabın qurbanı olur. Ağzını çox açanların və dinləyicilərin toruna düşənlərin də da qisməti məhz bu cürdür.

K

  • Kiçik bir həqiqət, böyük bir yalandan yaxşıdır.
  • Kiminsə ardınca gedən heç vaxt birinci gəlməyəcək.

Q

  • Qorxu içində yaşayan qorxudan da ölür.

L

  • Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o udduğunu mənimsəmək iqtidarında olmur.

M

  • Mən Allahı və insanları təhqir etmişəm! Mən əsərlərimi istədiyi səviyyədə yarada bilməmişəm! (O, bu sözləri ölümqabağı demişdir)
  • Mən məqsədimə çatmaq üçün bütün vasitələrdən istifadə edirəm.
  • Mənbəyə gedə bilən insan səhəngə doğru getməli deyil.
  • Məsləhəti özünə qalib gəlməyi bacarandan al.
  • Müəllifi yox, fikrini tənqid et.
  • Mülayimlik qüsurlardan etibarlı müdafiə kimi xidmət edir.
  • Mümkün olmayan şeyi arzulama.

N

  • Nə vaxt ki, təksən, hər şey sənindir, kiminləsənsə, yarısı.
  • Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi.
  • Nüfuzuna əsaslanaraq mübahisə edən insan ağlından deyil, yaddaşından istifadə edir.

O

  • Orta statistik insan; Görmədən baxır, duymadan dinləyir, hiss etmədən toxunur, dad almadan yeyir, diqqət etmədən hərəkət edir, qoxuları ayırmadan nəfəs alır, düşünmədən danışır. Baxıb görməyənlərdən, danışıb qulaq asmayanlardan, toxunub hiss etməyənlərdən uzaq durun.

Ö

  • Ölümü yorğunluqdan üstün tuturam. Başqalarına xidmət etməkdən heç vaxt bezmirəm.
  • Öz müəllimindən üstün olmayan şagird miskindir.
  • Özündən şübhə etməyən sənətçi heç nəyə nail ola bilməz.
  • Özünə tətbiq tapmayan dəmir paslanır, durğun su iylənir və soyuqda donur, ağlından istifadə etməyən insanın ağlı isə kütləşir.

P

  • Pisliyi cəzalandırmayan onun baş verməsinə kömək edir.

R

  • Rəsm, görünən poeziya, poeziya isə eşidilən rəsmdir.
  • Rəsm gözə səslənir. Ruhun pəncərəsi də gözdür.
  • Rəsm təbiətlə mübahisə edir və yarışır.
  • Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir.

S

  • Sadəlik mürəkkəbliyin ən yüksək formasıdır.
  • Səbrini və ruhunun sakitliyini artırsan, nə qədər acı olsa da, inciklik sənə toxunmayacaq.
  • Səbir səhvlərdən qoruyur. Ona görə də həmişə səbirli olmalısınız. O sizi hər cür xoşagəlməzlikdən qoruyacaq.
  • Səhvlərinizi aşkar edən düşmən onları gizlədən dostdan daha xeyirlidir.
  • Sənət əsəri üzərində iş heç vaxt tamamlana bilməz, ancaq tullanıla bilər.
  • Sınaq qətiliyin anasıdır, məlumat qətilikdir.
  • Sonda yox, əvvəldə müqavimət göstərmək daha asandır.
  • Susmaq qədər nüfuzu möhkəmləndirən heç nə ola bilməz.

Ş

  • Şöhrət əməyin əllərindədir.

T

  • Tanımadığınız yerdə verilən yaxşı məsləhətdən qaçmaq lazım deyil.
  • Təbiət hər şeyə o qədər diqqət yetirmişdir ki, hər yerdə öyrənmək üçün bir şey tapırsan.
  • Təbiətdə hər şey ağıllı şəkildə düşünülmüş və təşkil edilmişdir və hər kəs öz işi ilə məşğul olmalıdır və həyatın ən yüksək ədaləti bu müdriklikdədir.
  • Təcrübədən irəli gəlməyən bilik nəticəsiz və səhvlərlə doludur.
  • Tək olsan, yalnız özünə məxsus olacaqsan.
  • Tətbiqə əlverişli olmayan nəzəriyyə mənasız, nəzəriyyəyə dözməyən tətbiq isə sonsuzdur.

Ü

  • Üç cür insan var: görənlər; göstərildikdə görənlər və görməyənlər.
  • Ümidin öldüyü yerdə boşluq yaranır.
  • Üzdən nə qədər cazibədar olsalar da, arıq bədəni, ensiz arxası, nazik və uzun ayaqları olan qadınlara aludə olmayın. Belə qadınlar yataqda sizə az sevinc gətirəcək, amma çox şey tələb edəcəklər. Çünki onlar doymaz bir məxluqdur. Seçimi geniş arxası, iri ombası, orta boydan aşağı, möhkəm bədəni olan qadınlarda etmək lazımdır.

V

  • Varlının məşhurluğu onun həyatı ilə birlikdə yox olur.

Y

  • Yad sirlərə həvəskar olan gözlər və qulaqlar həmişə tapılacaq.
  • Yaxşı insanlar üçün öyrənmə arzusu təbiidir.
  • Yaxşı keçmiş gün yaxşı yuxu gətirdiyi kimi, yaxşı yaşanmış həyat da xoşbəxt ölümlə nəticələnir.
  • Yaxşı qərar yaxşı anlaşmadan doğur, yaxşı anlaşma yaxşı qaydalardan, yaxşı qaydalar isə yaxşı təcrübənin qızıdır, təcrübə isə bütün elmlərin və incəsənətin ortaq atasıdır.
  • Yaxşı və səmərəli keçən bir gün rahat yuxu gətirirsə, yaxşı keçən həyat da xoşbəxt ölüm gətirir.
  • Yaxşı yaşanmış həyat uzun ömür sayılır.
  • Yemək yeməkdən həzz almayanda həzm edilən qida darıxıdrıcı bir qida olduğu kimi, elmlə ehtirassız məşğul olmaq da yaddaşı zibilləyir və nəticədə yaddaş analiz etmə qabiliyyətini itirir.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

Vikianbarda Leonardo da Vinçi ilə əlaqəli mediafayllar var.

Vikipediyada Leonardo da Vinçi haqqında məqalə var.

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.