Sərvət: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 24: | Sətir 24: | ||
== İ == |
== İ == |
||
* İnsanın sərvəti |
* İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır. [[Mustafa Kamal Atatürk]] |
||
== K == |
== K == |
03:23, 16 avqust 2020 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ağıl, müdriklik sərvətdən və ali mənsəbdən yaxşıdır. Manuel
- Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al! Tur Xander
B
- Böyük bir sərvət, böyük bir köləlikdir. Seneka
C
- Cahil - sərvət yığar, ağil - hikmət. Ləzgi atalar sözləri
Ç
- Çox sərvət çox da düşmən artırar. Amxar atalar sözləri
D
- Dövlətdə ən qiymətli sərvət xalqdır, sonra hakimiyyətdir, ən axırda isə hökmdar gəlir. Men Tszı
E
- Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol göstəricidir. Aristotel
H
- Heç bir fəlakət, heç bir cinayət əyyaşlığın məhv etdiyi qədər insan və sərvəti məhv etmir. Frensis Bekon
- Hər böyük sərvətin altında bir cinayət yatar. Xaç atası (film, 1972)
- Hər fərdin öz şərtlərini yaxşılaşdırmağa istiqamətli təbii səyləri, qıraqdan ediləcək hər hansı bir köməkdən çox daha faydalıdır və cəmiyyətdə sərvət və rifahın artması üçün kifayətdir. Adam Smit
İ
- İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır. Mustafa Kamal Atatürk
K
- Kiçik qazanclar sərvət gətirər. Yamayka atalar sözləri
Ö
- Ölüm gəlmədən həyatın, xəstəlikdən əvvəl məşğuliyyətin, qocalıqdan əvvəl sərvət və zənginliyin qədrini bilin. Məhəmməd peyğəmbər
S
- Sərvət olmaz malda-mülkdə, - Birlikdə olar, birlikdə. Başqırd atalar sözləri
- Sərvət yalnız fəzilətli, ağıllı adamlar üçün xoşbəxtlik imkanları yaradır. Buna görə də sərvət arzulamaqdan əvvəl ondan istifadə etməyi bacarmaq lazımdır. Pol Anri Holbax
- Sərvətin qiymətini qazananda bilərlər, dostun qiymətini ... itirəndə. Gürcü atalar sözləri
- Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər. Aleksandr Pop
T
- Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır. Həsən Əliyev
Z
- Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır. Henri Ford
- Zəhmət çəkmədən sərvət axtarmaq ayıbdır. - Abay Kunanbayev
- Zəngin bir ürək yoxsa sərvət çirkin bir dilənçidir. Ralf Uold Emerson