Mövlana Cəlaləddin Rumi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 46: Sətir 46:
* Bizim nəzərimiz qəlbədir, sudan, palçıqdan olan surətə deyil..
* Bizim nəzərimiz qəlbədir, sudan, palçıqdan olan surətə deyil..
* Bizlər elə məxluqlarıq ki, bəzən mələklər insan yaradılmadıqlarına kədərlənərlər; bəzən də şeytanlar bizdən olmadıqlarına şükr edərlər.
* Bizlər elə məxluqlarıq ki, bəzən mələklər insan yaradılmadıqlarına kədərlənərlər; bəzən də şeytanlar bizdən olmadıqlarına şükr edərlər.
* Bu dünya bir dağdır, etdiklərimiz isə səs; səs əks-səda verər, yenə bizə geri gələr...
* Bu dünya tələdir, yemi isə istəkdir.
* Bu dünya tələdir, yemi isə istəkdir.
* Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
* Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.

17:04, 19 avqust 2020 versiyası

Wikipedia logo
Wikipedia logo
Mövlana Cəlaləddin Rumi haqqında Vikipediyada məqalə var.
Rumi

Mövlanə Cəlaləddin Rumi - türk şairi və mütəfəkkiri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə.
  • Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.
  • Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü.
  • Axmaq ürəyində: "Allah yoxdur" deyir.
  • Axmaqlara veriləcək cavab sükutdur.
  • Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür.
  • Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır.
  • Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur.
  • Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.
  • Allahdan savayı hər şey bizi yoldan azdırır.
  • Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?
  • Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir."
  • Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.
  • Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkir.
  • Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur.

B

  • Başqalarının hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin.
  • Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil.
  • Bədən ruhun libasına bənzəyər.
  • Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur.
  • Bəla insana tamahından gələr. Qənaətdən isə heç kəs ölmədi, hərisliklə də heç kəs padşah olmadı.
  • Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
  • Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
  • Bildiyin nə qədər çox olur-olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsən.
  • Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.
  • Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir.
  • Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!
  • Bir adamın bir çox bacarıq, fənd, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax!
  • Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.
  • Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər.
  • Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
  • Bir könül qurmaq gəlmirsə əlindən, barı bir könül yıxılmasın dilindən.
  • Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
  • Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
  • Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik.
  • Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
  • Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
  • Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
  • Bizim nəzərimiz qəlbədir, sudan, palçıqdan olan surətə deyil..
  • Bizlər elə məxluqlarıq ki, bəzən mələklər insan yaradılmadıqlarına kədərlənərlər; bəzən də şeytanlar bizdən olmadıqlarına şükr edərlər.
  • Bu dünya bir dağdır, etdiklərimiz isə səs; səs əks-səda verər, yenə bizə geri gələr...
  • Bu dünya tələdir, yemi isə istəkdir.
  • Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
  • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.

C

  • Cahil birinin yanında kitab kimi səssiz ol.
  • Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur.
  • Cahilin sonda görəcəyi şeyi ağıllılar öncədən görür.

Ç

  • Çətinlik asanlıqla birgədir.Ağlını başına topla və ümidini itirmə.
  • Çıxacağım yerə səbri nərdivan edirəm.

D

  • Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır.
  • Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...
  • Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur.
  • Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin.
  • Dərdli adamın qərarsızlıqlarla - tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan.
  • Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
  • Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.
İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
  • Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
  • Dostların xətası yadların doğrusundan yaxşıdır.
  • Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir.
  • Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
  • Düşmənlik və məhəbbət yaxınlıqdan, xəstəlik və təhsil də eyni qidadan hasil olur.
  • Düşündüyünü de, dediyini et, etdiyinin arxasında dur. Amma diqqət et ki, öz sözlərinin altında əzilməyəsən.

E

  • Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.
  • Elm sahilsiz bir dəryadır, alim isə sahilsiz dəryaya almış bir dəryadır.
  • Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
  • Eşq alovdur, o yananda Məşuqdan başqa hər şeyi kül edir.
  • Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.
  • Eşq sonu olmayan bir səltənətdir.
  • Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
  • Ey can; heç kimə layiq olduğundan çox dəyər vermə; ya onu itirərsən, ya da özünü məhv edərsən..!
  • Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap.
  • Ey qardaşım; sən, fikirdən və düşüncədən ibarətsən. Sənin insanlığın bunlardandır. Geri qalan sinir və sümükdür ki, onlar, heyvanlarda da vardır.
  • Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.

Ə

  • Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır.
  • Əyri ayağın gölgəsi də əyridir.

G

  • Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər.
  • Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox dinləyib, az danışmaq gərəkdir.
  • Gözəl əxlaqa və saleh əmələ adət et ki, Allahın hüzurunda utanmayasan.
  • Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan.
  • Gözyaşının belə vəzifəsi varıymış.. Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş.
  • Günəşin varlığına dəlil yenə günəşdir; dəlil axtarırsansa, günəşdən üz çevirmə.
  • Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz.

H

  • Hər bir kəsin içində öz doğuluşunu gözləyən İsa Məsih var.
  • Hər hansı bir insan vaxtını necə keçirəcəyini, üstün bir insan isə vaxtına necə qənaət edəcəyini düşünər.
  • Hər kəs eyni fikirdədirsə, heç kim kifayət qədər düşünmür deməkdir.
  • Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?
  • Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.
  • Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
  • Hisslər ağılın əsiridir. Lakin onu bil ki, ağıl da ruhun əsiridir.

X

  • Xoş o insanın halına ki, yoldaşı həsəd deyil.
  • Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.

İ

  • İçdəki kiri su yox, göz yaşı yuyar.
  • İdrakı ola bilən üçün bu yerlərin – göylərin hamısı sözdür.
  • İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
  • İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.
  • İnsan ancaq çalışdığını qazanır.
  • İnsan böyük bir varlıqdır və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr qoymur ki, öz içindəkiləri oxusun.
  • İnsan gözdür, görüşdür, qalanı isə ətdir. İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.[1]
  • İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?

K

  • Kasıbam deyə nə üzülürsən! Ağlın başında və dəstəksiz ayaq üstə dura bilirsənsə, ən zəngin qul sənsən. Bilmirsənmi?
  • Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün, ya da həqiqətən də olmaması lazım olduğu üçün olmurdur.
  • Kimsənin ümidini qırmayın, bəlkə də sahib olduğu tək şey odur...
  • Kitablardan əvvəl özümüzü oxumağa çalışmalıyıq.
  • Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma.
  • Könlü açıq olanların əlləri də açıq olur.
  • Könül əhlinin elmi onları daşıyar, bədən əhlinin elmi isə özünü onlara daşıtdırar.
  • Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
  • Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın...

Q

  • Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır.
  • Qadını Allah bəzəmişdir. Allahın bəzədiyindən necə qaçmaq olar?
  • Qarğa gül bağçasında gəzməklə bülbül olmaz.
  • Qənaətdən heç kim ölmədi, hirslə da heç kim padşah olmadı.
  • Qula bəla gəlməz haqq yazmayınca
    Haqq bəla yazmaz qul almayınca,
    Haqq quldan intiqamı qul ilə alar
    Dini irfan bilməyən bunu qul etdi sanar.
  • Quru duanı burax, ağac istəyən toxum əkər.

M

  • Mən bu istək aləmində əxlaqdan daha yaxşı bir şey görmədim.
  • Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil.
  • Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.
  • Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım.
  • Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
  • Mənim şeirlərimə Allah məna verir.
  • Məğlub olacağından qorxan, daim məğlub olar.
  • Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var.

N

  • Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
  • Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çoxmu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?!
  • Nə qədər insan gördüm ki, əynində libası yox,
    Nə qədər libas gördüm ki, içində insan yox...
  • Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən.

Ö

  • Ölüm - yaradılmışın Yaradana qovuşmasıdır, şəbi-arus, yəni toy gecəsidir.
  • Öləndən sonra məni torpaqda deyil, ariflərin qəlbində axtarın.
  • Özünü nöqsan görən adam, yetkinləşməyə on atla qaçar. Özünü yetkin sanan isə bu zənni səbəbiylə Allaha çata bilməz.

P

  • Parlaq günəş dan yerində durduqca işığı hər evə qonaq olar.
  • Pis yaradılışlı adam Allaha yalvarmasın deyə Allah ona dərd-kədər verməz. Unutma fironun başı bir dəfə belə ağrımadı.
  • Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!

R

  • Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır.
Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.

S

  • Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.
  • Sayılı ömürü Allaha versən, saysız və əbədi həyat əldə edərsən.
  • Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da!
  • Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
    Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
  • Sevgi və şəfqət insanlığın məhək daşıdır.
  • Səbr dəmir qalxandır.
  • Səbr sevinc açarıdır.
  • Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!
  • Sən nə qədər bilirsən-bil, sənin bildiyin qarşındakının anladığı qədərdir.
  • Sən uzatdığın əlini tutmayan ələmi inciksən? Tutmayacaq bir ələ uzatdığın üçün özünəmi hirslisən?
  • Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki, səndən üstün olan da sənə acısın.
  • Sən verdikcə dost görünən çox olar. Bir də sən istə gör; Hamısı birdən yox olar.
  • ‎Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
  • Süddən çıxanda bütün qaşıqlar ağdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ağ buraxmaqdır.

T

  • Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
  • Təkliyin ən pisi, anlamayanların arasında qalmaqdır.

U

  • Unutma ki; insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
  • Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?

Ü

  • Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu.
  • Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.

Y

  • Yaxşı ki, cahillər kitab oxumurlar. Yoxsa kitab nüfuzdan düşərdi.
  • Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir.
  • Ya olduğun kimi görün,ya da göründüyün kimi ol.
  • Yumşaq ipəyi iti qılınc da kəsmir.
  • Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar.

Z

  • Zahirdən işıq qaynağı olmasa, gözlər qaynağı əhatə edə bilmir.

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  • Muxtar Səfərov. "Eşq pərvanəsi Mövlana Cəlaləddin Rumi". Bakı, 2007.

İstinadlar