Jan de Labrüyer: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
'''Jan de Labrüyer''' - Fransız yazıçısı və filosofu
'''Jan de Labrüyer''' -(16 avqust 1645 - 10 may 1696) = Fransız yazıçısı və filosofu
{{ABC}}
{{ABC}}
== A ==
== A ==
Sətir 78: Sətir 78:


== İstinadlar ==
== İstinadlar ==
[[Kateqoriya:Yazıçılar]]
[[Kateqoriya:Fransa yazıçıları]]
[[Kateqoriya:Fransa yazıçıları]]
[[Kateqoriya:1645-ci ildə doğulanlar]]
[[Kateqoriya:1696-cı ildə vəfat edənlər]]

03:49, 28 avqust 2020 versiyası

Jan de Labrüyer -(16 avqust 1645 - 10 may 1696) = Fransız yazıçısı və filosofu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.

B

  • Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.
  • Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı.

C

  • Can sıxıntısı dünyaya tənbəlliklə birllikdə gəlmişdir.
  • Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
  • Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir.

D

  • Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz.
  • Dostluğun birinci şərti etibardır.
  • Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur.

E

  • Elm həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.

Ə

  • Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.

H

  • Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir.
  • Həyat əvvəldən axıradək öyrənməkdir.
  • Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.

İ

  • İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
  • İnsan yaranışdan gözəldir, sevəndə isə daha da gözəlləşir.
  • İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür.
  • İnsanın kimdənsə tam razı qalması necə də çətindir.
  • İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirib, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır.
  • İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.

K

  • Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
  • Kişilər əmindilər ki, qadınlar zəif cinsdilər, ancaq nədənsə, özləri həmişə qadınlar qarşısında zəif vəziyyətdə qalmış olurlar.[1]

Q

  • Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
  • Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdirlər.

L

  • Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür.

Ö

  • Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır.
  • Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi.

P

  • Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
  • Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.

S

  • Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır.
  • Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar.
  • Səni əyyaşlığa və hoqqabazlığa sövq edən və çalışmaq əzmi səninkindən az olan adamla ünsiyyət saxlama.

Ü

  • Üç adama həqiqətən də yazıq demək olar: nadanın əlinə düşmüş bilikli adama, miskinə möhtac olmuş güclü adama, xəsislə dostluq etməyə məhkum olmuş səxavətli adama.

V

  • Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.

Y

  • Yaxşı iş gördüyün zaman mükafat gözləmə, Etdiyin yaxşılıq sənin üçün elə ən böyük mükafatdır.
  • Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir.
  • Yüksək əxlaq yüksək nəcabət göstərir.
  • Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.

Z

  • Zaman dostluğu möhkəmlədir, amma, sevgini zəiflədir.
  • Zəka düşüncənin mikroskopudur.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014