Yaxşı: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 53: Sətir 53:
* Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir. [[Alman atalar sözləri]]
* Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir. [[Alman atalar sözləri]]
* Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. [[Mark Tven]]
* Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. [[Mark Tven]]
== P ==
* Payız yaxşıdır, payız şərabı daha yaxşıdır. [[Alman atalar sözləri]]


== Y ==
== Y ==

19:45, 29 avqust 2020 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adamlar qarşısında həyalı olmaq yaxşı hissdir-öz-özünün qarşısında həyalı olmaq daha yaxşıdır. Lev Tolstoy
  • Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır. Lev Tolstoy
  • Allah böyük batalyonların yox, yaxşı atıcıların tərəfindədir. Volter
  • Almanın yaxşısına qurd düşər. Alman atalar sözləri
  • Arzuda həqiqətdən yaxşı, həqiqətdə isə arzudan yaxşı tərəf var. Tam xoşbəxtlik hər ikisinin birləşməsindən ola bilərdi. Lev Tolstoy

B

D

  • Dəlilər həmişə öz məqsədlərinə sağlam adamlardan daha yaxşı çatırlar. Çünki, dəlilər üçün heç bir əxlaqi maneə, ayıb, haqsızlıq, nə də qorxu yoxdur. Lev Tolstoy

Ə

  • Əgər bir şey edirsənsə, onu yaxşı et. Əgər yaxşı etməyi bacarmırsansa, yaxud yaxşı etməyi istəmirsənsə, o halda heç nə etmə. Lev Tolstoy
  • Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır. Alman atalar sözləri
  • Ən yaxşı tərbiyə - yaxşı nümunədir. Lev Tolstoy
  • Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq. Qeorq Kristof Lixtenberq

F

  • Fiziki iş nəinki zehni fəaliyyətin imkanlarını genişləndirir, onun üstünlüyünü yaxşılaşdırır, eləcə də onu mükafatlandırır. Lev Tolstoy

H

  • Heç nəyi olmamaqdansa, bir şeyi olmaq yaxşıdır. Alman atalar sözləri
  • Həqiqət ən yaxşı silahdır. Alman atalar sözləri
  • Həmişə pis xəbər yerinə düşməz olar, yaxşı xəbər yerinə düşən. Alman atalar sözləri
  • Hər bir işdə az olan yaxşı, çox olan pisdən daha yaxşıdır. Kitablarda da belədir. Lev Tolstoy
  • Hər şey üçün zəruri ədviyyat nədir? Əlbəttə ki, yaxşılıq. Yaxşılıq olmadan ən yaxşı keyfiyyətlərin heç bir qiyməti yoxdur. Ən pis qüsurlar onunla çox asanlıqla vidalaşır. Lev Tolstoy

X

  • Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. Lev Tolstoy
  • Xoşbəxtlik həmişə yaxşı əhval-ruhiyyəsi olan evə çox həvəslə daxil olur. Lev Tolstoy

İ

  • İlk fikir heç də həmişə ən yaxşı fikir olmur. Alman atalar sözləri
  • İnsanlar qarşısında utanmaq yaxşı hissdir. Amma ən yaxşı hiss özü-özündən utanmaqdır. Lev Tolstoy

Q

  • Qısa fikirlər ona görə yaxşıdır ki, ciddi oxucunun özünü fikirləşməyə məcbur edir. Lev Tolstoy

M

  • Mədəmiz fikirlərimizə təsir etsə də, ən yaxşı mədəsi olanlar ən yaxşı mütəfəkkir olmurlar. Volter
  • Monarxiya, ən pis idarəetmə növlərinin ən yaxşısıdır. Volter
  • Müharibənin pis, sülhün yaxşı olması insanlara o dərəcədə məlumdur ki, onlar salamlaşanda bir-birinə sülh, əmin-amanlıq arzulayırlar. Lev Tolstoy
  • Mülayimlik ən yaxşı dərmandır. Alman atalar sözləri

N

  • Nəsə etmək istəyirsənsə, yaxşı et. Əgər edə bilmir və ya etmək istəmirsənsə, ən yaxşısı, heç başlama. Lev Tolstoy

Ö

  • Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir. Alman atalar sözləri
  • Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. Mark Tven

P

Y

  • Yaxşı bir ağaca sarılan kölgəsiz qalmaz. Miqel de Servantes
  • Yaxşı bir həyat yaşamaq üçün haradan gəldiyini, o biri dünyada nə olacağını bilməyə ehtiyac yoxdur. Lev Tolstoy
  • Yaxşı ər - arvadın iki ruhu, bir iradəsi var. Miqel de Servantes
  • Yaxşı əsərlər kimi, yaxşı xarakterlər də ilk tanışlıqdan yox, sonradan tanınar. Volter
  • Yaxşı xəbər həmişə gecikir, pis xəbərlər isə tez yayılır. Volter
  • Yaxşı iş səylə olur, amma səy bir neçə dəfə təkrarlanırsa, eyni iş vərdiş halını alır. Lev Tolstoy
  • Yaxşı iştaha – deməli, vicdan təmizdir. Lev Tolstoy
  • Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir.[1]
  • Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.[2] Volter
  • Yaxşı nümunə uşaq üçün ən yaxşı tərbiyədir. Lev Tolstoy
  • Yaxşı şeylər gözləməyi bacaran adama gəlir. Lev Tolstoy
  • Yaxşı yazan müəlliflərin əsərləri oxuyaraq yaxşı danışmağa öyrənirik. Volter
  • Yalnız yaxşı işlər görənlər yaşayır. Lev Tolstoy
  • Yatmayan fəlakətlərdən xilas olmaq üçün ən yaxşı dərman yuxudur. Miqel de Servantes

Z

  • Zarafat o vaxt yaxşıdır ki onu isti-isti edirlər. Volter

İstinadlar

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.