Corc Bernard Şou: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 131: Sətir 131:
* Qorxmayın, xoşbəxtlik duymadan yaşamağı öyrəndi o gənc!
* Qorxmayın, xoşbəxtlik duymadan yaşamağı öyrəndi o gənc!
* Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
* Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
* Qüsur, həyat gücünün itirilməsidir.


== M ==
== M ==

03:19, 27 sentyabr 2020 versiyası

Wikipedia logo
Wikipedia logo
Corc Bernard Şou haqqında Vikipediyada məqalə var.

Corc Bernard Şou (26 iyul 1856 - 2 noyabr 1950) - 1925-ci il Nobel Ədəbiyyat Mükafatı sahibi İrlandiyalı oyun yazıçısı, tənqidçi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ad və titullar o şəxslər üçündür ki, onların ölkələri qarşısındakı xidmətləri şübhəsizdir, amma xalq üçün naməlumdur.
  • Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər.
  • Ağıllı insan dünyaya uyğunlaşmağa çalışır, ağılsız isə dünyanı özünə uyğunlaşdırmağa çalışır. Ona görə də proqres hər zaman kütbeyinlərdən asılıdır.
  • Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz.
  • Alkoqol - həyat adlanan şey üzərində əməliyyat aparmağa imkan yaradan anesteziyadır.
  • Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur.
  • Atdığınız yumruğa cavab verməyən adamdan çəkinin: O həm sizi bağışlamaz həm də özünüzü bağışlamanıza imkan buraxmaz.

B

  • Başqalarına xoşbəxtlik bəxş etmədən xoşbəxtlikdən, işləmədən zənginlikdən həzz almağa haqqımız yoxdur.
  • Bədbəxtliyimizin sirri ondadır ki, xoşbəx olub olmadığımızı götür-qoy etmək üçün asudə vaxtımız həddindən artıq çox olur.
  • Bədbin hər kəsi özü kimi sanan və buna görə də onlara qəzəblənən insandır.
  • Bədən gec-tez insanı bezdirir. Düüşüncədən başqa heç bir şey gözəl və maraqlı olmur. Çünki həqiqi həyat düşüncədir.
  • Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmanın bir çox növündən biridir.
  • Bəzən insanları güldürmək lazımdır ki,onların diqqətini sizi asmaq niyətindən yayındıra biləsiniz.
  • Bəziləri mədələri üçün yemək, digərləri də yeməkləri üçün mədə axtararlar.
  • Bəzi insanlar real olan şeyləri görür və soruşurlar: “Bu niyə belədir?”. Mən isə təbiətdə mövcud olmayan şeyləri arzulayıram və belə deyirəm: “ Bu niyə belə olmasın?”.
  • Bilirsinizmi insanlar nə üçün ölür?... -Tənbəllikdən, inancsızlıqdan və həyatda yaşamağın dəyərini bilmədiklərindən.
  • Biliyə aparan yeganə yol zəhmətdir.
  • Biliyin olmadığı yerdə nadanlıq özünü elm adlandırır.
  • Bir çox böyük həqiqətlər əvvəlcə təhqiredici olub.
  • Bir dəfə, səadət arxasınca qaçarkən, onu elə bir vaxtda tapacaqsınız ki, bu, qoca bir qarının eynəyini axtarmasına bənzəyəcək. Onun kimi başa düşəcəksiniz ki, xoşbəxtliyiniz lap gözünüzün qabağında imiş.
  • Bir kişi və ya qadının nə şəkildə yetişdiyini bir döyüşdəki hərəkətlərindən anlaya bilərsiniz.
  • Bir millətin əxlaqı dişləri kimidir-çürüdüyü zaman ağrısını hiss edər.
  • Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, indi bizim çatışmayan yeganə cəhətimiz var, yerdə insan kimi yaşamağı öyrənmək.
  • Bir şeyi bacaran kimsə iş görür, bacarmayanlar isə başqalarına dərs keçirlər.
  • Biz nə isə etməyi dayandıranda yaşamağı da dayandırmış oluruq.
  • Biz özümüz xoşbəxtlik yaratmırıqsa, onu istəməyə haqqımız yoxdur.
  • Bu da mənim üçün yeni bir təcrübə olacaq.
  • Bürokratiya məmurlardan, aristokratiya bütlərdən, demokratiya isə bütpərəstlərdən ibarətdir.
  • Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm.

C

Ç

D

  • Darıxdırıcı qadınla yaşamaqdansa, qocasıyla yaşamaq daha asandır. Düzdür, bəzən onları boğub öldürürlər, amma nadir hallarda tərk edirlər.
  • Demokratiya, layiq olduğumuzdan daha yaxşı idarə olunmayacağımızı zəmanət edən bir sistemdir.
  • Demokratiya - sizin başınızın üzərindəki hava şarıdır, gözlərinizi zilləyib ona baxdığınız vaxt o birilər sizin ciblərinizi boşaldır.
  • Diş ağrısı çəkənlər dişləri möhkəm olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar.
  • Dünya - işləmədən pul qazanmaq istəyən avaralardan və hər zaman işləməyə hazır olmalarına baxmayaraq, varlanmayan gicbəsərlərdən ibarətdir.
  • Dünyada heç bir kişi qadın "ovu" qədər qiymətli, uzun müddətli, daha vacib iş görə bilməz.
  • Dünyada sevgilərin hamısı danışmağa can atır, amma, bacarmır, çünki o utanır.

E

  • Elm heç vaxt qarşısına onlarla yeni məsələlər qoymayınca, heç bir məsələni həll etmir.
  • Etirazlarım demokratik, zövqlərim aristokratikdir.

Ə

  • Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz. [1]
  • Əgər insan 40 yaşına qədər aşiq olmayıbsa, yaxşı olar ki, sonra da aşiq olmasın.
  • Əgər kişi ilə qadın eyni yaşdadırlarsa, qadın kişidən daha böyük görünər. Çünki birlikdə olan müddət ərzində qadın 10 ilin əzabını çəkmiş olur.
  • Əgər sənin bir alman varsa, əgər mənim bir almam varsa, əgər almalarımızı dəyişsək, yenə hərəmizin bir alması olar. Əgər sənin bir ideyan varsa, əgər mənim bir ideyam varsa, əgər ideyalarımızı dəyişsək, onda hərəmizin iki ideyası olar.
  • Əgər siz adamı nəyəsə oyrədirsinizsə, o, bunu heç vaxt öyrənməyəcək.
  • Əgər təcrübə, öyrətmək qabiliyyətinə malik olsaydı o vaxt London küçələrinə döşənmiş daşlar ən müdrik adamlardan belə ağıllı olardılar.
  • Ən yaxınına qarşı ən böyük günah - nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir.
  • Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı üzə çıxır.
  • Ərin, yaxud arvadın tərbiyəsi onların dava-dalaşı zamanı özünü daha qabarıq göstərir.

G

  • Gənckən etdiyim on şeydən doqquzunun müvəffəqiyyətsizliklə nəticələndiyini görmüşdüm. Bunun üçün on qat daha çox işə başladım.
  • Gerçək budur: Azadam, sağlamam, xoşbəxtəm və sıxıntıdan partlayıram!

F

  • Fəzilət, ehtirasların olmamasından yox,onların idarə edilməsindən ibarətdir.
  • Fəzilət, qüsurdan uzaq olmaqdan yox, ona cəhd etməməkdən ibarətdir.

H

  • Heç bir şey ayağınıza gəlməz, heç olmasa yaxşı olan heç bir şey. Hər şeyi gedib özünüz almanız lazımdır.
  • Heç eşitmisinizmi ki, kişi öz məşuqəsinə 1001 gecəlik nağıl danışsın? Xeyr. Yalnız qadınlar kişilərə 1001 gecəlik nağıl danışa bilər.
  • Heç nəyə inanmayan insan hər şeydən qorxur.
  • Heç vaxt səhvlərə işarə etməyin, əgər onları necə düzəltməyi bilmirsinizsə.
  • Heyvanlar mənim yoldaşlarımdır və mən yoldaşlarımı yeyə bilmərəm.
  • "Hələlik" sözünü 30 sözdən az kəlməylə ifadə eləməyə müvəffəq olan qadın dünyaya gəlməyib.
  • Həm fiziki həm mənəvi münasibətlər zamanı qadınlar da, kişilər kimi xırdaçıl olsa idi, dünyanın axırı gəlmiş olardı.
  • Hər sözü bir şəkildə izah edən çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət.
  • Hər şeyi düşünmək, düşündüklərini nizama salmaq deməkdir.
  • Həyat, insanlar öləndə gülməli olduğunu, insanlar güləndə isə ciddiliyini itirmir.
  • Həyat mənim üçün əriməyən şamdır. Bu, bir növ əlimə düşən məşəli gələcək nəsilə ötürmək əvəzinə onu daha da parlaq yanmağa məcbur etməyimə oxşayır.
  • Həyatda həqiqi xoşbəxtlik budur: uca olduğunu qəbul etdiyiniz bir amal üçün var olmaq.
  • Həyatda iki faciə var. Birinci faciə - ən gizli istəyinizə nail olmamaq, ikinci- olmaq.

X

  • Xoşlandığınız şeyi əldə etməyə baxın, yoxsa əldə etdiyinizdən xoşlanmağa çətinlik çəkə bilərsiniz.

İ

  • İdeal kişi - ideal həyat yoldaşının olduğunu düşünən kişidir.
  • İndiki vaxtda ideal eşq əlaqəsi məktubla davam etdiriləndir.
  • İnsan həyatında iki faciə var: birinci- onun arzusu həyata keçmir, ikinci- həyata keçir.
  • İnsan kərpic kimidir - bişdikcə möhkəmlənir.[2]
  • İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar.
  • İnsanı yaltaqlığın özü yox, onun yaltaqlığa layiq hesab edilməsi ələ alır.
  • İnsanlar çox danışana və çox nəsihət verənə qulaq asmırlar.
  • İnsanlar yalnız biz onlara qarşı çıxdıqda bizə maraqlı məlumatlar verirlər.
  • İnsanlara münasibətdə ən böyük günah insanlara nifrət bəsləmək yox, insanlara qarşı biganə olmaqdır.
  • İnsanları sizi asmaq istəyindən yayındırmaq üçün hərdən onları güldürmək lazımdır.
  • İradə olmayan yerdə yol da yoxdur.
  • İstənilən şərin kökündə pul çatışmamazlığı dayanır.

K

  • Kiçik insanların arasında böyük insanlar, böyük insanların arasında böyük insanlar var.
  • Kimisə sevmək daim başqası ilə müqayisə etmək deməkdir.
  • Kişi üçün sədaqət- pələng üçün qəfəs kimidir. O, onun təbiətinə ziddir.
  • Kişinin və qadının tərbiyəsi mübahsiə zamanı özlərini necə aparmaları ilə yoxlanılır.

Q

  • Qadın biliciləri nadir hallarda optimizmə meyillidirlər.
  • Qadının həyat tələbi tezliklə ərə getmək, kişinin tələbi isə bacardığı qədər gec evlənməkdir.
  • Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır.
  • Qadınlar bizim onlara kiminlə xəyanət etməyə hazır olduğumuzu dərhal duyurlar, bəzən hətta bu, bizim ağlımıza gəlməmişdən əvvəl.
  • Qadınlar hər şeyin altını üstünə çevirirlər. Qadını öz həyatınıza buraxsanız, görəcəksiniz ki, ona bir, sizə isə tamam başqa bir şey lazımdır.
  • Qadınlar niyə həmişə başqalarının ərlərini istəyər? Onlar öyrədilmiş olduqlarına görə.
  • Qadınlar uşaq kimidirlər, yox deməyi sevər, kişilərdə uşaq kimi bu cavabı ciddi qəbul edər.
  • Qadınlar ümumiyyətlə başa düşmürlər ki, kişilər necə zəif, qorxaq məxluqdurlar.
  • Qəhrəmanlığın sirri: heç vaxt ölüm qorxusunun həyatınıza hakim olmasına icazə verməyin.
  • Qəzet - velosipeddən yıxılmaqla sivilizasiyanın çökməsi arasındakı fərqi görməyən yayım orqanıdır.
  • Qırx yaşına kimi aşiq olmayan insanın qırx yaşından sonra da aşiq olmaması məsləhətdir.
  • Qızın yaxşı bir ailə qurursa, bir oğul da qazanmısan, əks halda isə qızını da itirərsən.
  • Qocalığın adi həyat təcrübəsini gəncliyin enerjisi ilə uyğunlaşdırmaq ən düzgün yoldur.
  • Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddur.
  • Qorxmayın, xoşbəxtlik duymadan yaşamağı öyrəndi o gənc!
  • Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
  • Qüsur, həyat gücünün itirilməsidir.

M

  • Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq bu yaxşı bir ehtirasdır.
  • Mən döyüşməyi yox, qalib gəlməyi sevirəm.
  • Mən heç vaxt məni yoldan çıxaran şeylərə qarşı çıxmıram. Təcrübədən bilirəm ki, mənə zərər verəcək şeylər məni yoldan çıxara bilməz.
  • Mənə elə gəlir ki, nə istəsəm edə bilərəm, çünki artıq istədiyim heç bir şey yoxdur.
  • Məni bir əntiq əşya olaraq saxlamağa çalışırsan, amma işim bitdi. Öləcəyəm.
  • Məni tərifləyə biləcək başqa birini niyə tapım, öz özümü tərifləyə bilirəmsə.
  • Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır.
  • Müasir cəmiyyətdə heç nəyə inanmayan varlı adamlar əxlaqdan məhrum yoxsul qadınlardan daha təhlükəlidirlər.

N

  • Necə olursa, qadınlar ona kiminlə xəyanət edəcəyimizi dərhal bilirlər. Bəzən bunu xəyanət ağlımıza gələnə qədər edirlər.
  • Nə vaxtsa dostluqda da, sevgidə də haq-hesab çəkməyin vaxtı gələcək.
  • Nifrət, keçirdiyi qorxu hissinə qarşı qorxağın qisasıdır.

O

  • O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb.
  • Oğru ilə varlı arasında fərq: oğru varlını, varlı isə yoxsulu soyur.
  • Oğru varlını, varlı isə yoxsulu soyur.
  • Optimist- bu, özü və başqaları haqqında pis düşünən və buna görə onlara nifrət edən adamdır..

Ö

  • Özünə arzuladığını başqasına arzulama.Bəlkə onun zövqü başqadır.
  • Özünüzü hər şey barədə düşünməyə öyrəşdin, amma həqiqətdə olduğu kimi düşünün, deyildiyi kimi yox!
  • Öz dilini bilməyən tam şəkildə bilməyən başqa dilləri də bilməz.

P

  • Pulu kölə edin, yoxsa o sizə ağa olar.

R

  • Reputasiya - maskadır, insan necə şalvar və pencək geyinir, eynilə onu da geyinir.
  • Rəqs - horizontal arzunun vertikal ifadəsidir.

S

  • Sağlam düşüncə və əməksevərlik sizdəki istedad çatışmazlığını kompensasiya edəcək, onda siz dahilərin dahisi ola bilərsiniz, ancaq axmaqlıqla bütün həyatınızı məhv edə bilərsiniz.
  • Sevgi bir adam ilə digər qalanları arasında fərqin kobud şişirdilməsidir.
  • Sevgi, insanın yalnız şəxsi və intim məsələsi olması üçün çox böyük duyğudur!
  • Sədaqət! Onda xüsusiyyətçi xəsisliyi vardır. Başqa birisinin götürməsindən ehtiyat etməsək, biz bir çox şeyləri çox həvəslə ata bilərdik.
  • Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.
  • Səhv siçan dəliyindən keçər, düzgünlük isə qapılara sığmaz.
  • Səmimi olmaq elə də çətin olmamalıdır, xüsusilə əgər siz həm də səfehsinizsə.
  • Siz var olan şeyləri görür və belə deyirsiniz: "Nə üüçün?". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm: "Nə üçün olmasın?".
  • Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq.

Ş

  • Şöhrətpərəstliklə möhkəmlənməyən axmaqlıq heç bir nəticələr vermir.

T

  • Tanrı nədir? Bunu bilsəydik, özümüz tanrı olardıq.
  • Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər.
  • Təbiətin boşluqlara dözümü yoxdur, haradakı insanlar həqiqətləri bilmirlər, onlar o boşluğu mövhumatla doldururlar.
  • Tənhalığa tab gətirmək və ondan zövq almaq böyük vergidir.
  • Təkliyə dözmək bacarığı və ondan həzz almaq böyük istedaddır.
  • Tənqidçilər və digər insanlar gözlərinin qabağında olanları yox, axtardıqları şeyi görürlər.
  • Təslim olan düşməndən qorun.

U

  • Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.

Ü

  • Ümidləri heç vaxt puça çıxmayanlar heç vaxt ümid etməyənlərdir.
  • Ümumiyyətlə, insanları hakimiyyət korlamır. Amma axmaqlar hakimiyyətdə olanda hakimiyyəti korlayırlar.

Y

  • Yalan danışmaq meşəyə girmək kimidir:Nə qədər irəli getsən o qədər azacaqsan.
  • Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kəsə inanmamasıdır.
  • Yaşlılar üçün rahatlıq, gənclər üçün ümid gizlidir gecənin qoynunda.
  • Yarıya qədər dolu olan su bardağı haqqında nikbin adam "yarısı doludur", bədbin adam isə "yarısı boşdur" deyir.
  • Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır.

İstinadlar

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.74
  2. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,