Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 24: Sətir 24:
* Bir uşağın [[ehtiyac]]larının içində [[ata]] [[himayə]]si qədər güclü [[ehtiyac]]ın olduğunu zənn etmirəm.
* Bir uşağın [[ehtiyac]]larının içində [[ata]] [[himayə]]si qədər güclü [[ehtiyac]]ın olduğunu zənn etmirəm.
* Biz bir-birimizi [[təsadüfən]] seçmirik...biz yalnız şüuraltımızda [[mövcud]] olanlarla qarşılaşırıq.
* Biz bir-birimizi [[təsadüfən]] seçmirik...biz yalnız şüuraltımızda [[mövcud]] olanlarla qarşılaşırıq.
* Biz [[böyüklər]] [[uşaq]]ları başa düşmürük, çünki artıq öz uşaqlığımızı anlamırıq.
* Biz böyüklər [[uşaq]]ları başa düşmürük, çünki artıq öz uşaqlığımızı anlamırıq.
* Biz bu [[dünya]]ya tək gəlir, tək də tərk edirik..
* Biz bu [[dünya]]ya tək gəlir, tək də tərk edirik..
* Biz çox [[qəribə]] bir zamanda yaşayırıq: [[tərəqqi]]nin vəhşiliklə bir [[addım]]ladığını [[təəccüb]]lə qeyd edirik.
* Biz çox [[qəribə]] bir zamanda yaşayırıq: [[tərəqqi]]nin vəhşiliklə bir [[addım]]ladığını [[təəccüb]]lə qeyd edirik.

12:29, 27 sentyabr 2020 tarixindəki versiya

Ziqmund Freyd

Ziqmund Freyd (Ziqmund Freud-almanca)- Sigismund Şlomo Freyd (6 May 1856 – 23 Sentyabr 1939) - Avstriya psixoloqu, psixoanalist, psixiatr və nevroloq.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

B

  • Bayram- bu, icazə verilmiş məcburi tədbirdir.
  • Bədbəxtlikdən, boğulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və onlar daxildən insana təsir etməyi davam etdirirlər.
  • Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.
  • Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.
  • Bir cismə yönəlmiş sevgi instinkti həmin cismi qazanmaq üçün gücü zəruri edir. Əgər insan müvafiq cismi idarə edə bilməyəcəyini hiss edib qorxsa, bu dəfə onunla pis davranmağa başlayacaqdır.
  • Bir gün keçmişə boylananda mübarizələr içində keçən illərinizin həyatınızın ən gözəl illəri olduğunu görəcəksiniz.
  • Bir insan harasa baxırsa, orada onun marağına səbəb olan nəsə var. Bir insan bir yerə heç baxmırsa, orada onun maraqlandığı şey mütləq var.
  • Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olacaqsınız.
  • Bir uşağın ehtiyaclarının içində ata himayəsi qədər güclü ehtiyacın olduğunu zənn etmirəm.
  • Biz bir-birimizi təsadüfən seçmirik...biz yalnız şüuraltımızda mövcud olanlarla qarşılaşırıq.
  • Biz böyüklər uşaqları başa düşmürük, çünki artıq öz uşaqlığımızı anlamırıq.
  • Biz bu dünyaya tək gəlir, tək də tərk edirik..
  • Biz çox qəribə bir zamanda yaşayırıq: tərəqqinin vəhşiliklə bir addımladığını təəccüblə qeyd edirik.
  • Biz daxilimizdəki reallığın əksəriyyətini dərk etmirik, dərk etdiklərimiz isə qeyri-reallıqdır.
  • Biz elmi metodlar sayəsində dünyəvi həqiqətlər haqqında biliklərə malik olacağımıza, qazandığımız biliklərlə gücümüzü daha da artıracağımıza və həyatımızı sahmana salacağımıza inanırıq. Əgər bu inamımız illüziyadan ibarətdirsə, deməli, biz də sizinlə eyni vəziyyətdəyik. Ancaq elm öz çoxsaylı vacib uğurları ilə bizə göstərmişdir ki, bu inancımız heç də illüziya deyildir.
  • Biz hamımız qəlbimizin dərinliklərində həm doğuşdan, həm də uşaqlıqda bizə dəymiş zərərə görə taleyətəbiətə incimək üçün əsasımızın olmasını hesab edirik və gənc yaşlarımızda mənliyimizə edilmiş təhqirə görə kompensasiya tələb edirik. Buna görə də, digər insanları saxlayan şübhəqorxularla hesablaşmamaq istisnasına, hüququna iddia irəli sürülür.
  • Biz heç vaxt sevdiyimiz qədər müdafiəsizsevgi obyektini və ya sevgini itirdiyimiz qədər bədbəxt olmuruq.
  • Biz həzz almaqdan daha çox əzabı özümüzdən uzaqlaşdırmağa çalışırıq.
  • Biz niyə hər ay yeni birinə aşiq olmuruq? Çünki ayrıldıqda ürəyimizin hissəciklərini itirərə bilərik.
  • Bizim özümüz heç də həmişə səhv etməkdən azad deyilik, amma başqaları bu səhvlərə yol verəndə biz onlara gülürük.
  • Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
  • Buraxın ədalət yerini tapsın, istəsə qiyamət qopsun.
  • Bütün əməllərimizin kökündə iki motiv dayanır: böyük olmaq arzusu və seksual meyl.
  • Bütün fikirləşənlər insandır, amma bütün insanlar fikirləşmir.
  • Bütün hallarda unutmağın əsas səbəbi istəməməkdir.
  • Bütün insanlar bisexual olaraq doğulur və gələcəkdə həyat şəraitindən asılı olaraq cinsi meyilliyini seçirlər.
  • Bütün qəlbimlə buna inanmaqdan özümü saxlaya bilmirəm: bir neçə istisna xaricində, əziz insan qardaşlarım heç nəyə yaramayan dəyərsiz məxluqlardır.
  • Bütün yuxular ümumi xüsusiyyətlərə malikdir. Belə ki, onların hamısı gün ərzində cuşa gələn, amma həyata keçirilməyən arzuların biz yatanda təmin edilməsindən ibarətdir. Yuxular arzuların ən sadə və açıq şəkildə həyata reallaşdı rılmasıdır.

C

  • Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir.
  • Cinsi məhdudiyyət müəyyən qorxaqlıqla və ehtiyatlılıqla , qoçaqlıq və cəsurluq isə seksual ehtiyacın təmin olunmasıyla müşayiət olunur.

Ç

  • Çoxlu qadın sevən qadınları tanıyır, bir qadını sevən isə sevgini dərk edir.

D

E

  • Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür.
  • Eqoizm öz evinin ağası deyildir.
  • Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz "eqo" əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir.
  • Elə bir insan yoxdur ki, o, həzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzdən imtina etmək tələbini əsaslandırır.
  • Elə bir nevroz insan yoxdur ki, başqalarına qarşı bəslədiyi cinayət törətmə istəyini özünə yönəldib, intihar fikrinə düşməsin.
  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir.
  • "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.
  • Elmin meyvələri insanlara nə qədər asan gəlib çatsa, dini inancın tənəzzülü də bir o qədər tez baş tutacaqdır.

Ə

  • Ədalət bərqərar olsun, sonra lap bütün dünya yerlə yeksan olsun.
  • Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür.
  • Əgər apardığımız tədqiqatlar nəticəsində dinin insana məxsus nevroz növü olduğunu tapa və fərdi xəstələrdə olduğu kimi nevrotik vəsvəsələrin də böyük qüvvəsini izah edə bilsək, məhz o zaman tarixin ən möhtəşəm güclərindən biri olan dinin insanlara qarşı yaratdığı qəzəbi müasir dövrümüzdə müalicə edə bilərik.
  • Əgər bir insan ki, həyatın mənası, yaxud dəyəri ilə maraqlanmağa başladısa, deməli, o xəstədir.
  • Əgər bir kişi anasının qeyri-şərtsiz ən sevimli uşağıdırsa, o, həyatının axırına kimi özünü qalib hiss edəcəkdir.
  • Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir.
  • Əgər qeyri-şərtsiz hər bir şeyin xarici amillərin yox, təbii amillərin ucbatından öldüyünü və yaxud bir daha cansızlaşdığını qəbul etsək, onda bunu da qəbul etməliyik: "Həyatın məqsədi ölümdür". Arxaya boylansaq görərik ki, "cansız varlıqlar canlılardan çox-çox əvvəl mövcud idi".
  • Əgər kimsə hansısa bir dini təlimin irəli sürdüyü bütün səfehlikləri araşdırmadan qəbul edir və hətta bunların arasındakı təzadları görməzlikdən gəlirsə, onda bu adamın ağlından şübhələnmək lazımdır.
  • Əgər insan bir yerə baxırsa orda marağını çəkən bir şey var. Əgər insan bir yerə heç baxmırsa deməli orada marağını çəkən şey mütləq var.
  • Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir.
  • Əgər münasibət zamanı ətrafda baş verənlərə qarşı artıq heç bir maraq yaranmırsa, deməli, həmin cütlük bir-birlərini qane edəcək səviyyəyə gəlib çatmışdır.
  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər.
  • Əksər insanlar azadlığı həqiqətən istəmirlər, çünki azadlıq məsuliyyət tələb edir. Məsuliyyət isə əksər insanları qorxudur.
  • Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.
  • Ən azı əxlaq qədər əxlaqsızlıq da dində yer alıb.
  • Ən dərin yuxular ən çılğın olanlardır.
  • Ər-demək olar ki, həmişə yalnız sevimli kişinin əvəzedicisidir, özü isə bu kişi deyildir.
  • Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.
  • Əsl mazoxist zərbə almaq perspekrivi olan yerə yanağını qoyacaq.
  • Əslində mən alim, müşahidəçi, eksperimentator, mütəfəkkir deyiləm. Əgər bunu insanlara xas olan maraqla, həyasızlıqla və əzmkarlıqla əlaqələndirmək istəyirsinizsə, o zaman mən temperamentcə macəra axtranam.
  • Əsrin ortalarında məni yandırardılar. İndi isə yalnız mənim kitablarımı yandırırlar.
  • Əzabların qarşısında ən aciz hala sevdiyimiz vaxt düşürük.

F

  • Fantaziyaların arxasındakı ruhlandırıcı güc həyata keçirilməmiş arzulardır. Hər bir fantaziya başqa bir arzunun həyata keçirilməsi, insanı qane etməyən reallığın onun ürəyincə düzəldilməsidir.
  • Fəlsəfə ehtimallardan uzağa gedə bilmir və hər bir təsdiqində şübhə yeri saxlayır.
  • Fərdin azadlığı sivilizasiyanın bizə bəxş etdiyi hədiyyə deyildir. Əksinə, sivilizasiya icad olunmamışdan əvvəl fərd öz azadlığının qızıl dövrünü yaşayırdı.
  • Fərd öz idealından imtina edir və onu liderdə təcəssüm olunan kütləvi idealla əvəz edir.
  • Fərdin, eləcə də bütün bəşəriyyətin inkişafında mədəniyyət amili kimi eqoizmdən altruizmə dönüşü yalnız sevgi yaratdı.
  • Fiziki xəstəlikdən əziyyət çəkən şəxslər obyektə duyduqları sevgini yavaş-yavaş itirməyə başlayırlar. Bu məqamda şəhvətlə eqo eyni taleyi bölüşərək, ayrılmaz vahidə çevrilirlər. Beləliklə, xəstənin məlum eqoizmi hər ikisinə də şamil olur. Biz isə bu halı olduqca təbii qarşılayırıq; çünki çox yaxşı bilirik ki, eyni vəziyyətə düşsək, həmin şeyi edəcəyik. Fiziki nasazlıqlar sevgiyə həvəsi öldürüb, laqeydlik yaradır. Bu mövzuya karikaturaçılar tez-tez müraciət edirlər.

G

  • Geniş yayılmış inanca görə, insanların seksual həyatı öz cinsi orqanlarını qarşı cinsin orqanı ilə birləşdirmək cəhdlərindən ibarətdir.
  • Gör necə inkişaf etmişik! Orta əsrlərdə yaşasaydıq, məni mütləq yandırardılar; amma indi, sadəcə, kitablarımı yandırmaqla kifayətlənirlər.
  • Gördüyünüz kimi, həyat bizə qarşı çox qəddardır: bizi tez-tez öhdəsindən gələ bilmədiyimiz əzablar, məyusluqlar və reallaşması qeyri-mümkün olan cürbəcür başqa hallarla sınağa çəkir. Nəyəsə daha çox dözə bilmək üçün gördüyümüz müvəqqəti tədbirlər bizi həmin vəziyyətdən çıxarmır. Bu cür tədbirləri üç yerə ayıra bilərik. Birincisi, düşdüyümüz acınacaqlı vəziyyətə əhəmiyyət verməməyimizə səbəb olan güclü yayındırıcı hallar; ikincisi, bu səfalət hissini azaldan müvəqqəti məmnuniyyətlər; üçüncüsü, bizləri bu hissə qarşı biganələşdirən uyuşdurucu maddələrdir.
  • Görən gözləri və eşidən qulaqları olan hər bir kəs əmin ola bilər: heç bir fani sirr saxlaya bilmir. Əgər kiminsə dodaqları susursa, deməli barmaqlarının ucuyla boşboğazlıq edir. Onu ələ verən ip ucları bədəninin bütün məsamələrindən axıb tökülür.
  • Gözəlliyin nə bir vacib faydası, nə də müəyyən mədəni zərurəti vardır; amma yenə də sivilizasiya adlandırdığımız məfhum onsuz yaşaya bilmir.
  • Gözləməyi bacaran insan heç nə üçün güzəştə getməməlidir.
  • Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir, və hər vaxt oradadırlar.
  • Güclü ideyanı müdafiə edən insan da güclüdür.
  • Güllərə baxmaq insanı sakitləşdirir; çünki onlar nə duyğulara, nə də ziddiyyətlərə malikdir.

H

  • Hara getsəm də, oraya məndən qabaq başqa bir şairin getdiyini görürəm.
  • Hazırcavablıq, başqa yolla edilə bilməyən düşmənçilik hissi üçün bir vasitədir.
  • Heç bir oğlan birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın dost olmaq istəməz.
  • Heç bir şəkildə xidmət etmək istəmədiyimiz yeni düşmən, əvvəllər birlikdə yaşamağı öyrəndiyiniz düşməndən daha təhlükəlidir.
  • Həqiqəti görən, lakin xalqın gözündəki dəyərini və populyarlığını qorumağa çalışan siyasətçi kimi, mənlik ilə reallıq arasında sıxılıb qalan eqo da yaltaqlıq, şəxsi mənafeni güdmə və yalançılıq yolunu seçir.
  • Həkimlik haqlı olaraq mühafizəkardır. Çünki insan həyatı amansız təcrübələr üçün uyğun material deyil.
  • Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər?
  • Hər bir insan fəaliyyətinin son məqsədi rahatçılıq əldə etməkdir.
  • Hər bir insan gördüyü yuxunun yozumudur.
  • Hər bir insanın başqalarına, hətta özünə belə bildirmədiyi arzuları olur.
  • Hər bir mədəniyyət məcburiyyət və meyllərin qadağası üzərində qurulmalıdır.
  • Hər bir normal insan əslində yalnız qismən normaldır.
  • Hər bir unutqanlığın arxasında istəksizlik durur.
  • Hər bir uyğyunlaşma hissəvi ölümdür, fərdiliyin azalmasıdır.
  • Hər birimiz üçün dünyanın sonu ölümümüzlə sona çatır.
  • Hər kəs özünü "istisna", digər insanlardan isə üstün hesab edir.
  • Hər nə qədər qulağa xoş gəlməyib məntiqsiz görünsə də, qeyd etmək lazımdır: həm aşiq olub, həm də özünü azad və xoşbəxt hiss edən insan qadınlara göstərdiyi hörmətin öhdəsindən gəlmiş və anası, yaxud bacısı ilə insest münasibətə girmə fikrini yavaş-yavaş qəbul etməyə başlamışdır.
  • Həsrət və məhrumiyyətə bürünmüş məhəbbət insanın özünə hörmətini azaldır.
  • Həyəcan problemi vacib məsələlərin mərkəzi nöqtəsidir; həyəcan sirrləri açılarsa, insanın bütün psixiki həyatı normallaşacaq.
  • Həyat əlamətinin kökündə hissiyyat vardır; hissiyyatın da bünövrəsi sevgidir.
  • Həyatda xəstəlik və axmaqlıq qədər baha başa gələn başqa bir şey yoxdur.
  • Həyatın heç bir dəyəri yoxdur, amma həm də ondan başqa heç nəyimiz yoxdur.
  • Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.
  • Həzz prinsipinin insana verdiyi son məqsəd olan xoşbəxtlik əlçatan olmasa da, biz yenə də bu məqsədi həyata keçirməkdən əl çəkmir, müxtəlif yollarla ona çatmağa çalışırıq.
  • Həzzin məhdudluğu yalnız onun dəyərini artırır.
  • Hirsli insanın daş əvəzinə söz atdığı gün sivilizasiya yaranıb.

X

  • Xatirələrimiz heç nəyə zamin durmur; amma yenə də özümüzü onun bizə dediklərinə inanmağa məcbur hiss edirik və obyektiv şəkildə təsdiqlənməmiş mühakimələrin qarşısında boyun əyirik.
  • Xəstələnməmək üçün sevməyə başlamalıyıq. Əgər sevmək imkanından məhrum olarıqsa, o zaman xəstələnməyimiz labüddür.
  • Xoşagəlməz bir fikrin doğru olmadığını fikirləşmək insanın canında var. Əgər bir fikir insanın xoşuna gəlmirsə, onda həmin şəxs asanlıqla müvafiq fikrə zidd dəlillər tapacaqdır.
  • Xoşbəxt olma ehtimalımız onsuz da vücudumuz tərəfindən məhdudlaşdırılmışdır. Bədbəxtliyə alışma xoşbəxtliyə nisbətən daha asandır. İnsan üç müxtəlif yöndən gələn əzablarla təhdid olunur. Bunlardan biri - birbaşa öz bədənimizdən qaynaqlanan və bir müddətdən sonra yoxa çıxmağa məhkum olan, xəbərdarlıq işarəsi şəklində ağrı və təşvişlə birlikdə ortaya çıxan əzablar; digəri - xarici aləmdə meydana gələn, yorucu və amansız zərərlərlə daha da şiddətlənən əzablar; axırıncısı isə, başqa insanlarla münasibətimiz nəticəsində yaranan əzablardır. Məhz axırıncı növ böyük ehtimalla o birilərinə nisbətən ən ağrı-acılı əzablardır.
  • Xoşbəxtlik dediyimiz şey, uzun müddət davam edən ehtiyacların ödənilməsi nəticəsində baş verir.

İ

  • İdeal, əbədi, nifrətdən uzaq sevgi yalnız narkomanla narkotik arasında olur.
  • İfadə edilməmiş hisslər heç vaxt ölmür; sadəcə, diri-diri basdırılır və sonradan daha qorxunc şəkildə təzahür edirlər.
  • İlham pərilərim gəlməyəndə özüm onların yanına gedirəm.
  • İllüziyalar bizə maraqlı gəlir; çünki bizi əzabdan qurtarır, həzzə yönəldir. Elə ona görə hətta həqiqətlərlə mübarizə aparıb onları qırıq-qırıq edəndə də illüziyaları şikayətlənmədən olduğu kimi qəbul etməliyik.
  • İllüziyalar bizi ağrıdan xilas etdiyinə və əvəzində həzz bəxş etdiyinə görə cəzbedicidir. Ona görə də biz həqiqətin bir hissəsi ilə ziddiyyətdə olarkən bu illüziyaları düşünmədən qəbul etməliyik. Belə olan halda illüziyalar dağılır.
  • İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır.
  • İnsan bəzən pulu az olanda pulu çox olduğundan daha əliaçıq olur. Ola bilsin ki, o bunu ona görə edir ki, onun pulunun heç olmamasını düşünməsinlər.
  • İnsan ruhunun sirri uşaqlıq dövrünün ruhi dramlarında cəmləşir. Bu dramları araşdırsanız, şəfa tapacaqsınız.
  • İnsanlar düşündüklərindən çox əxlaqi, təsəvvür etmədiklərindən çox əxlaqsızdırlar.
  • İnsan əslində ikiqat xilqət içindədir. Bunlardan biri şəxsi maraqlara xidmət edən xilqət; digəri isə birbaşa insanın razılığının əksinə işləyən və yaxud ondan icazəsiz xidmət göstərən xilqətdir.
  • İnsan heç nədən imtina etmir. O, sadəcə olaraq bir həzzi başqası ilə dəyişir.
  • İnsan xarakterinə xas olan əlamət: əldə edə bilmədiyi şeyi hər şeydən üstün dəyərləndirmək və istəmək.
  • İnsan xoşbəxt olmaq istəyir; ona görə də pis gündədir.
  • İnsan komplekslərini yox etmək üçün özünü oda-közə vurmaqdansa, onlarla yaşamağı öyrənməlidir; çünki bu komplekslər onun hal və hərəkətlərini istiqamətləndirən tam qanuni qüvvələrdir.
  • İnsan sevəndə sərsəmləyir.
  • İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb.
  • İnsanın ağlı aysberqə oxşayır; həcminin, sadəcə, yeddidə biri suyun səthində, qalanı isə altındadır.
  • İnsanın cinsi mövzularda nümayiş etdirdiyi davranışlar onun həyatındakı digər davranış qəliblərinin demo-nümunəsidir.
  • İnsanın əlçatmaz olanları hər şeydən daha çox dəyərləndirmək və arzulamaq xisləti vardır.
  • İnsanlar çox vaxt yanlış ölçü standartlarına müraciət edirlər. Məsələn, özləri güc, müvəffəqiyyət və var-dövlət dalınca qaçdıqları vaxt bu cür davranan başqa insanları da təqdir edirlər. Lakin bu həyatda həqiqi dəyərə malik olan şeylərə layiqincə qiymət vermirlər.
  • İnsanlar evlənəndə daha çox - əksər hallarda əvvəllər olduğu kimi bir-birləri üçün yaşamırlar. Əksinə, onlar başqaları üçün bir-birləri ilə yaşayırlar və ər üçün tezliklə təhlükəli rəqiblər ortaya çıxır: ev təsərrüfatı və uşaq qayğıları.
  • İnsanlar güclü bir fikri təmsil etdikcə güclü olurlar. Bu fikrə qarşı çıxanda isə qüvvədən düşürlər.
  • İnsanlar fikirləşdiklərindən daha əxlaqlı, lakin ağıllarına gəlməyəcək qədər əxlaqsızdırlar.
  • İnsanlar həqiqətən də çox qəribədirlər. Sevdikləri şəxslə birlikdə olmaq üçün can atsalar da, bu həqiqəti heç cür qəbul edə bilmirlər. Bəziləri isə hisslərinin qarşılıqsız qalması, ya da ən pisi, rədd olunmaqdan qorxduqları üçün bircə qırıq sevgi göstərməkdən də çəkinirlər. İnsanlar haqqında məni ən çox düşündürən suallardan biri də budur: yavaş-yavaş, gizli-gizli ölümə doğru getsələr də, sevdikləri insanla birlikdə ola bilmək üçün düşünülmüş cəhdlər etməyi də yaddan çıxarmırlar.
  • İnsanlar inandıqları şəkildə yaşamadıqlarına inanmırlar.
  • İnsanlar reallığı qeyri-qənaətbəxş hesab edirlər və buna görə də arzularının yerinə yetirilməsini xəyal edərək xəyal dünyasında yaşayırlar. Güclü şəxsiyyət bu istəkləri reallığa çevirir. Zəif adam isə öz dünyasında yaşayır və onun fantaziyaları müxtəlif xəstəliklərin simptomlarına çevrilir.
  • İnsanlar tərəfindən qəbul olunmasa da, "kişilər sevilmək istəməyən kobud məxluqlardır" və ya "kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər" kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya böyük yer tutur.
  • İnsanların əksəriyyəti azadlığı həqiqətən istəmir; çünki azadlıq üçün məsuliyyət daşımalısan və insanların çoxu da bundan qorxur.
  • İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır.
  • İntellektin səsi yavaş çıxır və o dediklərini təkrar etməkdən yorulmur, nəticədə onun dinləyiciləri də tapılır.
  • İntellektual məşğuliyyət haqqında belə bir həqiqət vardır: düşüncə barəsində verilən vacib qərarlar, bir dövrə damğasını vuran böyük kəşflər və ciddi problemlərin effektiv həlli yolları ancaq təkcə işləyən və tənha insanlara qismət olmuşdur.
  • İstədiyini əldə edə bilmirsənsə, əldə etdiyini istəyəcəksən.
  • İstərsə qiyamət qopsun, qoy ədalət zəfər çalsın.

K

  • Kiməsə əvəzedilməz olduğunu hiss etdirsəniz, əvəz etdiyi ilk insan siz olacaqsınız.
  • Kişi sevəndə ehtirası olmur; şəhvətlə arzulayanda isə sevgi olmur...
  • Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadır.
  • Kokain haqqında uzun müddət fikirləşəndə bir növ gündüz yuxusu görürdüm.
  • Kütlələr heç vaxt həqiqətin nədən ibarət olduğunu bilməyib və illüziyalar tələb ediblər. Çünki, kütlə illüziyasız yaşaya bilmir.

Q

  • Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir.
  • Qadın qəlbinin otuz illik tədqiqatına baxmayaraq, hələ də cavab verə bilmədiyim və cavab verilməyən böyük sual: “ Qadın nə istəyir?”.
  • Qadın sinəsində sevgi və aclıq çarpazlaşır.
  • Qarımış qız it saxlamağa, yaşlı subay isə heykəlciklər kolleksiyası toplamağa başlayanda birinci ərə getməməsini kompensasiya edir, ikinci isə çoxsaylı sevgi qələbələrinin illüziyasını yaradır. Bütün kolleksionerlər bir növ Don Juandırlar.
  • Qeyd etmək maraqlıdır ki, dondurulmuş cinsi həvəs insanların bir-birinə uzun müddətli bağlılığını formalaşdırır.
  • Qəribə deyilmi? Üzünə güləcək qədər dost sandıqların, əslində dalınca danışacaq qədər üzsüzdülər.
  • Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.
  • Qəribə deyil? Ədəbli ədəbindən susar, Ədəbsiz mən susdurdum sanar.
  • Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər.

M

  • Mədəniyyətin ilk şərti ədalətdir.
  • Mədəniyyətin qurucusu ilk dəfə mizraq atmaq yerinə küfr istifadə etmiş olan insandır.
  • Məhəbbət və iş bəşəriyyətimizin məhək daşlarıdır.
  • Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar.
  • Məncə ayrı-seçkilik salmayan məhəbbət sevilənə haqsızlıq edir və bunun əvəzində də vacib dəyərlərindən birini itirir. Bunu da demək lazımdır ki, hər insan sevilməyə layiq deyil.
  • Məni tənqid edəndə özümü müdafiə edə bilirəm, amma təriflərə qarşı acizəm.
  • Mübadilə nevrozu adlandırdığımız məfhum, şüuraltı ilə eqoizm arasındakı mübarizəyə; narsist nevroz, eqoizm ilə super eqoizm arasında gedən çəkişməyə; psixoz isə eqoizm ilə xarici aləm arasındakı toqquşmaya uyğun gəlir.
  • Müdrik insanlar pis adamların real həyatda etdiklərini öz xəyallarında yaşamaqla kifayətlənən şəxslərdir.
  • Mühafizəkarlıq, sürətlə dəyişən şərtlərlə ayaqlaşmaq istəməyən tənbəl beyinlər üçün həmişə xoşagələn bəhanədir.
  • Müxtəlif insanlar çatışmayan şeylər barəsində müxtəlif fikirlər söyləyirlər. Məsələn, kifayət qədər cinsi əlaqədə olmayan seksdən, ac adam yeməkdən, pulu olmayan isə puldan, bizim oliqarxlar və bankirlər isə əxlaqdan danışırlar.

N

  • Necə varıqsa, eləyik, çünki keçmişdə də belə olmuşuq. Həyatdakı problemlərin həlli üçün əxlaqi dəyərlərə yox, daha çox biliyə ehtiyac duyuruq.
  • Nevroz - qeyri-müəyyənliyə dözə bilməmə xəstəliyidir.
  • Nevroz şüuraltı ilə eqoizmin arasındakı mübarizənin nəticəsidir; psixoz isə eqoizmlə xarici aləmin bir-birinə olan münasibətindən meydana çıxan oxşar mübarizənin nəticəsidir.
  • Nevrozlar xəstəliklərindən tez-tez şikayətlənsələr də, bu haldan zövq almağı yaddan çıxarmırlar. Onlara "gəlin sizi bu xəstəlikdən sağaldım" deyiləndə balasını qoruyan dişi şir kimi özlərini müdafiə edirlər.
  • Nevrozlar incəsənətin, dinin və fəlsəfənin böyük sosial məhsullarının karikaturalarıdır. İsteriya incəsənət əsərinin, vəsvəsə nevrozu dinin karikaturası, paranoid sərsəmləmə isə fəlsəfi sistemin karikatura təhrifidir.
  • Nә qәdәr кi güclü ideyaya söykənir,insan güclüdür.

O

  • O qədər süni və yalançı məxluqlarıq ki, hadisənin özündən çox az zövq almağımıza baxmayaraq, onun içindəki ziddiyyətlərdən həddindən artıq böyük həzz duyuruq.
  • "Okean hissi" adlandırdığımız sonsuzluq hissinin gələcəkdə din ilə əlaqələndiriləcəyini görə bilirəm. "Okean hissi"nin əsasını təşkil edən "Kainatla bir olma və onunla birləşmə" hissi dinin insanlara verdiyi təskinlik və təsəllilərə çox oxşayır. Başqa sözlə, bu hiss eqoizmin xarici aləmdə gördüyü və özünə təhdid kimi qəbul etdiyi təhlükələr qarşısında yeni yollar axtarmasıdır.
  • Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında)
  • 30 illik tədqiqatlarıma baxmayaraq cavabını bilmədiyim böyük sual: “Qadın nə istəyir?”

Ö

  • Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır.
  • Özünü inkişaf etdirmək cəhdi, özünü ucaltmaq və başqalarından üstün olmaq meylindən ibarət “narsis” istəkdən irəli gəlir.
  • Özünüzlə tamamilə dürüst olmağınız yaxşı məşqdir.
  • Özünüzü müqayisə edəcəyiniz yeganə adam keçmişdəki sizsiniz. Sizin ondan da yaxşı olacağınız adam isə indiki zamanda sizin özünüzsünüz..

P

  • Paxıllıq dağıdıcıdır.
  • Problemi tanımaq, onun həll edilməsindəki uğurun yarısıdır.
  • Psixoanaliz əslində sevgi vasitəsilə müalicə etməkdir.
  • Pulu az olan insan pulu çox olan insandan daha səxavətli olur. Ola bilsin ki, o bunu ona görə edir ki, insanlar onun pulunun olmaması barədə düşünməsinlər.

R

  • Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur.

S

  • Sağlam və ya xəstə olmağımızın heç bir fərqi yoxdur. Seksuallıqdan söz düşəndə hamımız ikiüzlü oluruq.
  • Seksuallığına “sərbəstlik” verən insan sağalır.
  • Sevən insan qürurunu sındırır, təvazökar olur. Sevən insan narsistliyinin bir hissəsini, başqa cür desək, sevdiyinin yanında girov qoyur.
  • Sevildiyinə inanan insan necə də cəsarətli və özünə inamlı olur.
  • Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
  • Sevgi münasibətlərində bir-birinizə yazığınız gəlməsin. Bu ancaq bir-birinizdən uzaqlaşmaya səbəb olar. Çətinliklər varsa, onları dəf etmək lazımdır.
  • Sevgim mənim üçün dəyərlidir. Hətta o qədər dəyərlidir ki, sevdiyim şəxsdə özümü görmədikcə ondan əl çəkməyəcəyəm.
  • Sevgidən kor olan adam tövbə etmədən cinayətkara çevrilir.
  • Sən kənardan güc və inam axtarmaqdan yorulmursan. Amma bunları özündə axtar. Çünki, onlar özündə həmişə var.
  • Sənət - uşaqlıq təcrübələrinin yetkinliyə ötürülməsidir.
  • Silah qorxusu cinsi və emosional yetkinlikdə geridə qalmışlığın göstəricisidir.
  • Sivil cəmiyyət insanın insana qarşı bəslədiyi düşmənçilik hissləri ucbatından daima dağılma və parçalanma təhdidi altındadır.
  • Sivilizasiyanın instinktlər əsasında edilən imtinalar üzərində qurulduğuna dair həqiqəti görməməzlikdən gəlmək qeyri mümkündür...
  • Siz cavablar tapmağa çalışırsınız, biz isə daha çox sual soruşmaq niyyətindəyik.
  • ... Siz öz illüziyalara dair baxışınızı mənimkilərlə qarışdırmayın. Siz dini illüziyaları var gücünüzlə müdafiə etməlisiniz. Əgər bu səhv fikirlərinizdən zərrə qədər şübhələnsəniz - bu, çox yüksək ehtimaldır - onda bütün həyatınız alt-üst olar. Bu zaman ümidsizliyə qapılmaqdan başqa çarəniz qalmaz. Sivilizasiyadan, bəşərin gələcəyindən, bir sözlə, hər şeydən ümidinizi üzərsiniz. Mənsə sizin kimi məhbus deyiləm. Mən və mənimkimilər azaddır. Çünki biz uşaqlıq arzularımızın çox önəmli bir hissəsindən imtina etməyə hər an hazırıq. Məhz buna görə də bəslədiyimiz ümidlərin illüziyaya çevrilməsinə asanlıqla dözürük.
  • Sizə etiraf etdiyim ümidlərdə də illüziya ola bilər. Lakin mənimkilər digərlərindən çox fərqlidir. Bölüşmədiyim üçün cəza verilməməsi bir yana; dini illüziyaların əksinə, mənim illüziyalarımın sübutu mümkündür.
  • Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur.

Ş

  • Şairlər bilik ehtiyatı və təcrübə baxımından biz adi insanların ağalarıdır; çünki onlar elmə hələ məlum olmayan bulaqlardan doyunca su içən şəxslərdir.
  • Şairlər və filosoflar təhtəlşüuru məndən əvvəl kəşf etdilər. Mən isə təhtəlşüuru araşdırmaq üçün lazımi elmi metodu kəşf etmişəm.
  • Şəxsiyyətinizin miqyası sizi dəli etməyə qadir olan problemin böyüklüyü ilə müəyyən edilir.
  • Şüuraltı hara getsə də, eqoizm onu izləyəcək.
  • Şüursuz vəziyyətdə hər kəs əmindir ki, o ölməzdir.

T

  • Tanrı adlandırdığımız məfhum, sadəcə, şişirdilmiş ata fiqurudur.
  • Tənhalıq və qaranlıq məni dəyər verdiyim hər bir şeydən məhrum etdilər.
  • Təsadüfi heç nə olmur, hər şeyin bir başlanğıc səbəbi var.

U

  • Unudulan düşüncələr haraya gedir?
  • Utancaqlığı dəf edəcək ən etibarlı üsul sevgidir.

Ü

  • Ümumi mənlik daxili psixoloji mənliyin şərti strukturudur.
  • Ümumiyyətlə, insanlar cinsi məsələlərdə səmimi deyillər. Cinsi əlaqələrini açıq şəkildə nümayiş etdirmir, cinsi münasibətlər dünyasında sanki hava pis imiş kimi, "saxta" adlanan materiyadan tikilmiş qalın palto geyinərək onu gizlədirlər.
  • Üzr istəmək sənin haqsız, qarşı tərəfin haqlı olması demək deyil. Verdiyin dəyərin şəxsi mənafeyindən yüksək olduğunu ifadə edir.
  • Üzvlərinin çoxunu razı sala bilməyən və buna görə də onları üsyana məcbur edən sivilizasiya yox olmağa məhkumdur.

V

  • Vaxt gələcək, biz bütün ümidlərimizdən bircə-bircə əl çəkməyə məcbur olacağıq. Məhz onda başa düşəcəyik ki, bir vaxtlar kor-koranə bel bağladığımız ümidlər əslində həyatımıza daha çox əzab və çətinlik gətirən illüziyalardan başqa bir şey deyilmiş.

Y

  • Yalnız seksin tam olmaması seksdən imtina hesab edilə bilər, qalan hər şey isə zövq məsələsidir.
  • Yalnız uşaqlıq arzularının həyata keçirilməsi xoşbəxtlik gətirə bilər.
  • Yaradıcı yazıçı oyun oynayan uşaq kimi davranır: xəyallarında öz aləmini yaradır və sonra da onu həqiqət kimi qəbul edir.
  • Yaradılışın planında "bəni-adəm xoşbəxt olacaq" deyə bir qayda yoxdur.
  • Yasa batanda dünya boş və mənasız görünür; melanxoliyaya batanda boş və mənasız görünən isə eqoizmdən başqa bir şey deyildir.
  • Yox, elmimiz illüziya deyildir. Ancaq elmin bizə verə bilmədiklərini başqa yolla qazanacağımızı güman etmək tamamilə xam xəyaldan ibarətdir.
  • Yuxu, atanı, ananı, qardaşı, bacını, bir sözlə, qarşımıza çıxan hər kəsi öldürməyə hazırdır.
  • Yuxu heç vaxt mənasız olmur. Biz istəmirik ki, yuxuda nə isə bizi narahat etsin. Əgər gördüyümüz yuxuları yozmaq istəsək, görərik ki, zahirən zərərsiz görünən yuxular da zərərli ola bilər.
  • Yuxu - yuxu görən insanın ruhi fəaliyyət halıdır.
  • Yuxular- bu, şüursuzluğa gedən şah yoldur.
  • Yuxular haqqında irəli sürülən fikirləri üç qrupa ayırmaq olar. Filosofların əksəriyyəti bu üç qrupdan birinə, xüsusilə də yuxulara həddindən çox əhəmiyyət verən fikirlərə üstünlük vermişdir. Bu mütəfəkkirlər belə hesab edir ki, yuxular insanın ruhi fəaliyyətinin qəribə nəticəsidir. Hətta onlar bir az da iddialı davranıb, yuxuları bəzi ali hallarla əlaqələndirirlər. Məsələn, onlardan biri olan Şubert belə deyir: "Yuxular - insanın xarici aləmin təzyiqlərindən qaçışıdır. Başqa sözlə, ruhun özünü maddənin qandallarından xilas etməsidir". Filosofların hamısı bu cür iddialı olmasa da, çoxu yuxuların kökünün ruhi xəbərdarlıqlarda olduğunu bildirir. Onların fikrincə, yuxular gün ərzində sərbəstlikləri məhdudlaşan ruhi qüvvələrin yatanda üzə çıxmasıdır. Yuxularda yaşanılan həyatın müxtəlif qeyri-adi uğurlara imza atdığı bu gün əksər müşahidəçilər tərəfindən qəbul olunmuşdur.
  • Yuxular reallığın, reallıq isə yuxuların əksidir.
  • Yuxular şüuraltına gedən ən əsas yoldur.
  • Yuxularımızda bir ayağımız həmişə uşaqlığımızda olur.
  • Yuxuların bir müddətdən sonra yaddan çıxması, yatanda gördüyümüz yuxuların oyananda beynimiz tərəfindən çox qəribə hal kimi qəbul olunub bir kənara atılması və həmin yuxuları qismən dəyişdirən, yaxud tamamilə rədd edən xatirələrimiz... Məhz bu və buna bənzər problemlər əsrlər boyunca öz izahını gözləmiş və nəhayət, müasir dövrümüzdə qənaətbəxş nəticələr əldə edilmişdir.
  • Yuxuların uzun, çoxmənalı, ifrat və mübaliğəli olması onların uşaq fitrətinə malik olduğunu göstərir. Belə ki, uşaqların ən çox arzuladığı şey tez böyümək və böyüklər qədər pay almaqdır. Sözün düzü, uşaqları razı salmaq çətindir; çünki "bəsdir" sözünün qətiyyən başa düşmürlər.
  • Yuxuların ziddiyyət və təzadlara yanaşma tərzi çox nəzərə çarpan olsa da, insanlar çox vaxt onu görməməzlikdən gəlirlər. Yuxular üçün "yox" yoxdur. Yuxular təzadları bir yerə yığıb onları birləşdirir və vahid şəkildə göstərir. Bununla yanaşı, yuxular ziddiyyət arzularının yaratdığı bəzi təsadüfi elementləri əks etdirmə məharətlərindən istifadə edirlər ki, yuxularını yozmaq istəyən insanlar gördükləri mənfi və ya müsbət elementləri ilk baxışda başa düşüb seçə bilməsinlər.
  • Yuxumuz nə qədər qəribə görünürsə, bir o qədər dərin məna daşıyır.

Z

  • Zahirən qüsursuz olan insanın daxilində şeytanlar gizlənir.
  • Zəif nöqtələrinizdən güclü cəhətləriniz yaranacaqdır.[1]

İstinadlar

Vikianbarda Ziqmund Freyd ilə əlaqəli mediafayllar var.

Vikipediyada Ziqmund Freyd haqqında məqalə var.

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015