Məhəmməd: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k 178.233.25.8 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Rəşid Nurməmmədov tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
'''Məhəmməd''' ([[w:az:Ərəb dili|Ərəb dili]]: محمد) (d. [[w:az:570|570]] [[w:az:21 aprel|21 aprel]]- [[w:az:8 İyun|8 İyun]] [[w:az:632|632]])
'''Məhəmməd''' ([[w:az:Ərəb dili|Ərəb dili]]: محمد) (d. [[w:az:570|570]] [[w:az:26 aprel|26 aprel]]- [[w:az:8 iyun|8 iyun]] [[w:az:632|632]])


{{ABC}}
{{ABC}}

21:45, 17 oktyabr 2020 tarixindəki versiya

Məhəmməd (Ərəb dili: محمد) (d. 570 26 aprel- 8 iyun 632)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Acı çəkən səbr etsin,-Acı çəkdirən isə acı çəkəçəyi günü gözləsin....
  • Ağzımızda bir ət parçası var, şirin olsa şirin oluruq, acı olsa acı.
  • Alimin ibadət edəndən üstünlüyü aylı gecədə Ayın ulduzlardan üstünlüyünə bənzər.
  • Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.
  • Allah qatında insandan üstün heç bir varlıq yoxdur.
  • Allah qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır. Allah qorxusu ilə gözündən yaş axana qiyamətdə əzab olmaz.
  • Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).
  • Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.
  • Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.
  • Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halda öləcək.
  • Allahın ən xoşlamadığı şey halal qadını boşamaqdır.
  • Allahın yanında o şəxsi daha çox sayırıq ki, öz hakimiyyəti altında olan günahkarları bağışlayır.
  • Allah - təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
  • Allah - təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.
  • Allah - təala, bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.
  • Allah - təala boş söz-söhbətləri sizə qadağan etdi.
  • Allah - təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.
  • Allah - təala duada israr edənləri sevər.
  • Allah - təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
  • Allah - təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.
  • Allah - təala yalnız rəhimli bəndələrinə rəhm edər.
  • Anasının könlünü qıran böyük günah işləmiş olar.
  • Ayaqlar baş olanda, başlar ayaq altında qalar.
  • Az günah etsən, ölüm sənə asan olar.
  • Aranızda əxlaqı gözəl olanları fərləndirin.
  • Aramızda Günah işləməyənlər qiyaməti səbirsizliklə gözləyər.

B

  • Başqalarını yaxşı yola dəvət edənlər, özlərinə yaxşılıq etmiş sayılır.
  • Beşikdən qəbrədək elm axtarışında olun.
  • Behişt anaların ayaqları altındadır.
  • Bəşəriyyət düz yolu tapdıqdan sonra dağılıb məhv olmaz. Yalnız münaqişə və mübahisə yolu ilə dağıla bilər.
  • Bilik mənim mirasımdır, məndən əvvəlki Peyğəmbərlərin mirasıdır.
  • Bilik öyrənmək hər bir möminin vəzifəsidir.
  • Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir.
  • Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər.
  • Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir.
  • Biliyi ilə öyünən adama düşmən olun.
  • Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir.
  • Bir başçı itaəti altında olanları aldadırsa, onları pis yola sövq edirsə, yeri cəhənnəmlikdir.
  • Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?"
  • Bir-birini sevənlərə məclis dar gəlməz.
  • Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun.
  • Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: “Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim”. Məhəmməd peyğəmbər cavab verdi: “Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm”.
  • Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir.
  • Bir gerçəyi müdafiəyə qalxarkən, ona əvvəlcə özümüz inanmalıyıq, sonra başqalarını inandırmağa çalışmalıyıq.
  • Bir insanın gerçək zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır.
  • Bir işə görə peşiman olmaq, əslində, tövbə etmək deməkdir.
  • Bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir.
  • Bir qardaşına onun xəbəri olmadan yardım edən şəxsə Allah dünyada da, axirətdə də yardım edər.
  • Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir.
  • Bir saat yaradıcı düşünmək altmış il ibadətdən üstündür.
  • Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.
  • Bir şəxsi işlətmək üçün əsir tutduqda, haqqını ona əvvəlcədən elan edin.
  • Bir yerdə ki, sizi töhmət edəcəklər, o yerə getməkdən çəkinin.
  • Birinin günahı varsa. bağışla, bağışlamayıb cəza versən, günahın dərəcəsinə görə ver.
  • Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.

C

  • Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.
  • Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.
  • Cənnət anaların ayaqları altındadır.
  • Cənnətin qapıları, qılıncların kölgəsi altındadır.
  • Comərdlik gözəldir, lakin zənginlərda olsa, daha gözəl olar.

Ç

  • Çox gülmək qəlbi öldürər.
  • Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.
Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.

D

  • Dil insanı dəyərləndirmək üçün vasitədir.
  • Dilin gözəlliyi insan üçün sərmayədir. İnsanın çətinlikləri onun dilindədir. Dilini saxla! Çünki dilini saxlamaq özün üçün verdiyin sədəqədir.
  • Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması
  • Doğulmaq ölmək üçündür, qurmaq dağıtmaq üçün.
  • Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
  • Dünya başdan-başa tamahdan ibarətdir, dünyanın ən gözəl matahı təmiz, yaxşı qadındır.
  • Dünya möminin zindanı, kafirlərə behiştdir.
  • Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
  • Dünyada məni 3 şey sevindirir: qadınlar, gözəl rayihə və gözlərimizi işıqlandıran namaz.
  • Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın.
  • Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.
  • Düşmənlə üz-üzə gəlməyi arzu etməyin, elə ki, qarşılaşdınız, dayanın, əl saxlayın. Allah səbr edənlərdəndir.

E

  • Elə bir xəstəlik varmı ki, xəsislikdən daha pis olsun?
  • Elm bütün yaxşılıqların, cəhalət isə bütün pisliklərin başlanğıcıdır.
  • Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər.
  • Elm Çində olsa belə arxasıca gedin.
  • Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.
  • Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.
  • Elmi beşikdən məzara qədər öyrənmək lazımdır.
  • Elmin ayağı dünyadan kəsildiyi vaxt savaşma başlanacaqdır.
  • Elmindən fayda gələn alim min abiddən üstündür.
  • Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.
  • Ey Əli, qiyamət günündə nicat tapanlar, yalnız sən və sənin şiələrindir.[1][2][3][4][5][6]
  • Ey insanlar, həqiqətən də Allah bildiklərimi sizə də bildirməyi, öyrətməyi əmr etmişdir.
Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.

Ə

  • Ədalət gözəldir, lakin əmirlərdə olsa, daha da gözəldir.
  • Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.
  • Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik.
  • Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik.
  • Əməkçinin haqqını onun təri soyumamış ver.
  • Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.
  • Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.
  • Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir[7]
  • Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
  • Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.
  • Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik.
  • Əsl yaxşılıq odur ki,gizlində də aşkarda gördüyün işi görəsən.
  • Ədəbi olmayanın ağlı da olmaz.

F

  • Falçının cəzası qılıncla öldürülməsidir.
  • Fəhlənin alnının təri qurumamış onun muzdunu verin.

G

  • Gecələrini ibadətlə keçirib yatmayan neçə-neçə adam var ki, onların qazandığı şey yalnız yuxusuzluqdur, neçə-neçə oruc tutan var ki, qazandığı yalnız aclıq və susuzluqdur.
  • Gözəl əxlaq dinin yarısıdır.
  • Gözəlliyin sənin qürurundur.
  • Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin.
  • Günahdan keçməyənin günahından keçilməz.
  • Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
  • Gülə-gülə günah işlədən adam,ağlaya-ağlaya cəhənnəmə gedər.

H

Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin.
  • Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur.
  • Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz.
  • Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəmədikcə kamil iman sahibi deyildir.
  • Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.
  • Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır.
  • Heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışın.
  • Həqiqət acı olsa da danış.
  • Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki, təvazökar olun ki, Allah sizi ucaltsın.
  • Həqiqəti deməklə həlak olacağınızı bilsəniz belə, həqiqəti deməyə çalışın, həqiqəti deyin, çünki qurtuluş ondadır. Xilas yolunu yalanda görsəniz belə, çəkinin yalandan, çünki həlak olmaq yalandadır.
  • Həqiqi təvazökarlıq – bütün fəzilətlərin mənbəyidir.
  • Hər ağacın öz meyvəsi olduğu kimi qəlbin meyvəsi övladdır.
  • Hər bir xeyir iş mərhəmətdir. Qardaşını salamla qarşılayıb öz tuluğundan onun bardağına su tökmək məgər xeyirxahlıq deyil?
  • Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.
  • Hər kəs çox yeməyi adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).
  • Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir.
  • Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar.
  • Həya və iman bir beşikdə iki körpə kimidir.
  • Həyatda insanın üç dostu var: dostunun dostu, öz dostu və düşməninin düşməni.

X

  • Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin.
  • Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.
  • Xeyir işə yol göstərənin əcri ona əməl edənin əcri qədərdir.

İ

  • İki cür adama Allah rəhm etməz: yaxın adamlarının əhvalını soruşmayana və pis qonşuya.
  • İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.
  • İki savaşanı aralamaq rəhmdilikdir, adamı yəhərə oturtmaq və kisəsini qaldırıb ona vermək də rəhmdilikdir; xoş sözlər demək – minnətdarlıq etmək də, soruşana mülayim cavab vermək də rəhmdilikdir. Çaqqal gavalısı və yola düşən daş kimi adamları incidənlərin aradan götürülməsi də rəhmdilikdir.
  • İki tamahkar vardır ki, doymaq nə olduğunu bilməz; bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir, biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir.
  • İnsan qocalsa da, qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə.
  • İnsan öz dostunun dinindədir. Belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.
  • İnsanın evi özü üçün cənnətdir.
  • İnsanın gözəlliyindən biri də onun aydın və gözəl danışmasındadır.
  • İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz.
  • İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar.
  • İnsanlar ata-babalarından daha çox, zəmanələrinə oxşayırlar.
  • İnsanlar ya biliklidirlər, ya da bilik əldə etməyə çalışırlar. Kim ki, biliksizdir və bilik əldə etməyə çalışmır, belə adamlarından xeyir gözləmə.
  • İnsanlarla iltifatlı ol və kobudluq etmə; xoş davran və onlara həqarətlə baxma. Cənnətin açarlarını soruşan yəhudi və xristianlara de ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür.
  • İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.
  • İşin biliciləri ilə məsləhətləşən adam heç vaxt ziyan çəkməz.

K

Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.
  • Kamil ağılın ən böyük xəzinəsi dindir. Buna görə də insanın dini ağıldır. Ağlı olmayanın dini də yoxdur.
  • Kim bir zalıma yardım edərsə, Allah həmin zalımı ona qənim kəsər.
  • Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.

Q

  • Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.
  • Qadının cihadı ərinə yaxşı baxmasıdır.
  • Qadınların ən yaxşısı – baxdıqca səni sevindirən, əmr edərkən əmrinə itaət edən, sən evdə olmayan vaxt sənin şərəfini, namusunu qoruyandır.
  • Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.
  • Qeybətin nə olduğunu bilirsinizmi? Qardaşınızın xoşlanmayacağı şeylərlə onu xatırlamağınızdır.
  • Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?!
  • Qənaət bitib-tükənməyən sərvətdir.
  • Qənaətə riayət edən yoxsul olmaz.
  • Qəzəbləndiyin zaman, sakit ol.
  • Qocaya hörmət Allaha hörmət deməkdir.
  • Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.
  • Qövmlər layiq olduqları şəkildə idarə olunurlar.

M

  • Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.
  • Məhəmməd peyğəmbər soruşdu: “Siz necə fikirləşirsiniz, qadın öz uşağını odun içinə atarmı?” Ona cavab verdilər: “Yox”. Onda peyğəmbər dedi: “Axı, Allah öz yaratdıqlarına ananın öz övladına qarşı olduğundan daha mərhəmətlidir”.
  • Mələklər öz qanadlarını elm axtaran üçün açar və onun bağışlanmasını diləyərlər.
  • Mən elm şəhəriyəmsə, Əli onun qapısıdır.[8][9]
  • Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.
  • Mən hikmət eviyəmsə, Əli onun qapısıdır.[10][11][12][13]
  • Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.
  • Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.
  • Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.
  • Millətim üçün üç şeydən qorxuram: alimin xətasından, riyakarın Quran haqqında cəfəng danışığından və mənəviyyatı məhv edən mühitdən.[14]
  • Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.
  • Müdrik adamı dinləmək və başqalarını həqiqətə inandırmaq qanunun tələblərini yerinə yetirməkdən daha yaxşıdır.
  • Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir.

N

  • Namaz qılarkən onu uzatmaq istəyirəm, lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram, çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü çox yaxşı bilirəm.

O

  • Oxumaq ibadət etməyin məqamına bərabərdir , hətta ondan üstündür...
  • Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.

Ö

  • Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.
  • Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.
  • Övlad qoxusu cənnət qoxusudur.
  • Övladınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin ki, həmin gözəl tərbiyə nəticəsində bağışlanasınız.
  • Övladınızı öz zamanınıza görə yox, gələcək zamana görə yetişdirin.
  • Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım.
  • Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır.
  • Öz subaylarınızı evləndirin. Bu əmələ Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar.
  • Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram.
  • Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də.
  • Özünüz necəsinizsə, o cür də idarə olunursunuz: başçınız öz içərinizdəki adamlardan çıxır.
  • Özünüz yemədiyinizi yoxsullara yedirməyin.
  • Özünüzü təmiz adam kimi göstərməyin, yaxşı adam kimi gözə soxmayın, içərinizdə yaxşılıq edənləri, xeyirli, mərhəmətli olanları Allah daha yaxşı tanıyır.
  • Övladın 7 yaşa qədər nazını valideyn çəkər.14 yaşa qədər övlad buyruqlara baxar.14 yaşəndan sonra onların qayğısını çəkər.
  • Övladınıza tərbiyəni elə verin ki, başqalarına da elə davransın.
  • Övladını Quran oxumağa göndərən valideynə hər öyrənilən 1 hərf üçün 10 savab verilər.Qiyamətdə başına savabdan tac verilər və hamı onları görüb qısqanar.
  • Övladına pis şey öyrədən ataya uşağın hər günahı üçün 10 günah verilər.Qiyamətdə onu alovlu qamçı ilə qamçılayarlar.
  • Övladınızı əsla Allahdan qorxutmayın.Ona sadəcə günah işlərkən qorxmağı tapşırın.

P

  • Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.
  • Paxıllıqdan çəkinin, paxıllıq yaxşı işləri, alov odunu udan kimi udur.
  • Peyğəmbər ona cavab verdi: “Nə danışdığına fikir ver”. Həmin şəxs dedi: “Vallah mən səni sevirəm”, - bu sözləri üç dəfə təkrar etdi. Məhəmməd peyğəmbər ona dedi: “Əgər doğru deyirsənsə kasıblığa hazırlaş, çünki bu dənizə axdığı kimi yoxsulluq da məni sevənləri yaxalayır”.

Ü

  • Üç yalanın günahı Adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan: çünki savaş məharəti hiylədən ibarətdir, zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan, bir də iki adamın arasını düzəltmək üçün deyilən yalan.
  • Ümmətimin qocasına hörmət edən mənə hörmət etmişdir.
  • Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən kişi yaralanmış kimidir.

S

Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
  • Savaş hiylədir, hiylədən ibarətdir.
  • Savaşın ən üstünü adamları sıxışdıran, onlara zülm edən padşahın qarşısında doğru söz söyləməkdir.
  • Sədəqə var-dövləti artırar.
  • Sədəqə verməklə mal azalmaz.
  • Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.
  • Səni şübhəyə salan hər nə varsa, tərk et.
  • Siz öz Yaradanınızı sevirsinizmi? Əgər sevirsinizsə, onda hər şeydən əvvəl öz qardaşlarınız olan insanları sevin.
  • Sizdən aşağı olan adamlara baxın; bu sizi İlahinin xeyir-duasına etinasızlıqdan qoruyar.
  • Sizə bilik öyrədən adamı da böyük sayın, uca tutun, bilik öyrətdiyiniz adamı da.
  • Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.
  • Sizin ən xeyirliniz, ailəsinə ən xeyirli olanınızdır.
  • Sizin ən yaxşınız dünyada daha rəğbətsiz, axirətdə isə daha rəğbətli olanınızdır.
  • Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.[15]
  • Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.
  • Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün.
  • Sual verən şəxsə ədəb-ərkanla cavab vermək sədəqədir.
  • Susmaq alimə yaraşır, cahilin isə eyiblərini ört-basdır edir.
  • Susmaq xasiyyətlərin ağasıdır: kim lağ-lağı edərsə, ona da lağ edərlər.
  • Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.

Ş

  • Şəhadət etmək çox pis deyil, yaxşı deyil, əla şeylərdən biridir.

T

  • Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.
  • Tərəzidə gözəl xasiyyətdən daha ağır gələn heç bir şey yoxdur.
  • Təkəbbür insanı alçaldır və kiçildir.
  • Təmiz və ruhu oxşayan sözlər demək sədəqədir.
  • Tikan və daş kimi maneələri yolun üstündən götürmək sədəqədir.
  • Torpağın sürtülməsi dəmiri təmizlədiyi kimi Allahı yaddan çıxarmamaq da insanın ürəyini təmizləyir.

Ü

  • Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən kişi yaralanmış kimidir.

V

  • Vəd borcdur. Vay olsun vəd verib ona xilaf çıxana.
  • Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.

Y

  • Yaxşı işə həvəsləndirmək və pis işdən çəkindirmək sədəqədir.
  • Yaxşı xasiyyətlər cənnətə aid əlamətlərdir.
  • Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır.
  • Yaltaqlıq və həsəd aparmaq möminlərə yaraşan hal deyildir, lakin bilik əldə etmək üçün birisi başqasına yaranırsa, başqasına həsəd aparırsa, bu başqa məsələdir.
  • Yer üzünü qoruyun, çünki o sizin ananızdır.
  • Yerdəkilərə mərhəmət edin ki, göydəki mərhəmət eləsin.
  • Yolun ortasına düşmüş bir daşı götürüb kənara atan, yolu sahmana salan adam savab qazanır.

Z

  • Zəngin, çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir.

Haqqında sitatlar

D

  • Din elə bir qüvvədir ki, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi vəsəlləm) onun vasitəsilə dünyaya yeni bir yön verdi.[16] Napoleon Bonapart

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

Vikianbarda Məhəmməd ilə əlaqəli mediafayllar var.

Vikipediyada Məhəmməd haqqında məqalə var.

İstinadlar

  1. Şeyх Tusi, “İхtiyarül mə`rifətir rical”, 1-ci cild, 211-ci səh
  2. Şazan ibn Cəbrayıl Qummi, “Əl-fəzail”, 121-ci səh
  3. Əli ibn Yunis Amuli, “Əs-siratül-mustəqim”, 1-ci cild, 209-cu səh
  4. Hüseyn ibn Süleyman Hilli, “Əl-müхtəsər”, 94-cü səh
  5. Seyid Haşim Bəhrani, “Hilyətül-əbrar”, 2-ci cild, 410-cu səh
  6. “Biharül-ənvar”, 27-ci cild, 143-cü səh
  7. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  8. Heysəmə, “Min hədisi Heysəmə ibn Süleyman”, səh. 200
  9. Hakim ən-Nişapuri “Müstədrək”, c. 3, səh. 137, hədis 4637
  10. Əhməd ibn Hənbəl, “Fədail əs-səhabə”, c. 2, səh. 634-635, hədis 1081
  11. Təbəri, “Təhzibul Əsər”, c. 4, səh. 123, hədis 1414
  12. Əbu Nuaym əl-İsfahani, “Marifətus Səhabə”, c. 1, səh. 106, hədis 347
  13. ibni Əsakir “Tarixi Dəməşq”, c. 42, səh. 378, hədis 44629
  14. Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. - səh. 38.
  15. Tuhəful-Uqul, səh.45
  16. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.84