Şarl de Qoll: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 52: | Sətir 52: | ||
* Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır. |
* Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır. |
||
== O == |
== O == |
||
* O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. |
* O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. <ref>Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194</ref> |
||
* On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır. |
* On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır. |
||
03:58, 25 fevral 2021 tarixindəki versiya
Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 1890-1970) — fransız generalı və siyasətçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Adətən, mən haqlı olanda hirslənirəm. Çörçill isə haqlı olmayanda hirslənir. Nəticədə biz biri-birimizə tez-tez hirslənirdik.
- Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur.
- Az da olsa mənim özüm də qollist oldum.
B
- Bir yığın jurnalistlə görüşmək ləzzət, az bir miqdarı ilə görüşmək kiçik bir xoşagəlməzlik, biri ilə görüşmək isə işgəncədir.
- Böyük insanlar olmadan böyük işlər görmək mümkün deyil. Böyük insanlar isə qətiyyətli olduqlarına görə böyükdürlər.
- Bütün fransızlar qollist olublar, qollistdirlər və qollist olacaqlar.
C
- Cənab jurnalistlər, xoşbəxtlikdən, nə düşündüyümü bilmək üçün sizin qəzetlərinizi oxuyuram.
Ç
- Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.
D
- Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar.
- Dövlət xadimi üçün ən vacib şey, vacib olmayan şeyləri vacib hesab etməməsidir.
F
- Fransa döyüşü uduzdu, amma müharibəni yox.
- Fransanın nə fikirləşdiyini bilmək istəyəndə özüm-özümdən soruşurdum.
G
- Gənc yaşlarımdan Fransanın böyük sınaqlardan keçəcəyinə, həyatımın mənasının ona nə vaxtsa xidmət etməkdən ibarət və bunun üçün imkanlarımın olacağına əmin idim.
- Güclünün böyüklüyü, zəifin sığınacağı olan susmaq qədər nüfuzu qaldıran başqa heç nə ola bilməz.
H
- Hər bir işdə olduğu kimi, ədəbiyyatda da istedad məsuliyyət rəmzidir.
- Hökumət təklif yox, sərəncam verməlidir.
İ
- İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir.
- İnsanların dostları ola bilər, dövlət xadimlərinin isə yox.
Q
- Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.
L
- “Lakin” sözünün köməyi ilə idarə etmək mümkün deyil.
M
- Məhz Atlantikadan Urala qədər bütün Avropa dünyanın taleyini müəyyən edir!
- Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyini bütün qanunlardan üstün tuturam.
- Mən yalnız mənimlə mübarizə aparanlara hörmət edirəm, amma onlara dözmək fikrində deyiləm.
- Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm.
- Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox.
N
- Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır.
O
- O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. [1]
- On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır.
R
- Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq.
S
- Səyahət edərkən ən çox sevdiyim şey ibadətə qulaq asmaqdır. Kilsə yeganə yerdir ki, kimsə səninlə danışır, sən isə cavab verməyə məcbur deyilsən.
- Siyasət, onu siyasətçilərə etibar etmək üçün həddindən artıq vacib bir şeydir.
- Siyasətçi ağa olmaq üçün xidmətçi roluna girir.
- Siyasətçi dediyi sözlərə o dərəcədə inanmır ki, başqalarının onu başa düşməsinə həmişə təəccüblənir.
- Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım gəlir. Mən üstünlüyü ikinciyə verirəm.
- Siyasətdə ya öz ölkənə, ya da seçicilərinə xəyanət etmək lazım gəlir. Mən ikincini üstün tuturam.
- Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır.
- Susmaq- hakimiyyətin mütləq silahıdır.
Ş
- Sizin nöqteyi- nəzərlərinizi dinlədim. Onlar mənim nöqteyi nəzərimlə üst-üstə düşmür. Qərar yekdilliklə qəbul edilir.
- Şöhrəti yalnız onu daima arzulayanlar qazanır.
T
- Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.
Ü
- Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.
Mənbə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
Xarici keçidlər
İstinadlar
- ↑ Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194