İdeya: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2: Sətir 2:
== A ==
== A ==
* Ana ideya olmadıqda ideyaların çoxluğu yoxluğundan betər olur. [[Əbu Turxan]]
* Ana ideya olmadıqda ideyaların çoxluğu yoxluğundan betər olur. [[Əbu Turxan]]
* Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. [[Bertran Rassel]]

== B ==
== B ==
* Böyük ideyalar amansızdır. Anri de Monterlan
* Böyük ideyalar amansızdır. Anri de Monterlan

16:25, 25 fevral 2021 tarixindəki versiya



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ana ideya olmadıqda ideyaların çoxluğu yoxluğundan betər olur. Əbu Turxan
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

B

  • Böyük ideyalar amansızdır. Anri de Monterlan
  • Bir ideya min bir hadisə libasında üzə çıxır. Əbu Turxan

D

  • Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir. Helvetsi
  • Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. Karl Marks

Ə

  • Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. Santayana

H

  • Hansısa yeni ideyanın cücərə bilməsi üçün onu böyük ideyaların qızmar günəşindən qorumaq lazımdır. Əbu Turxan
  • Hər bir dövr yeni ideyaları əldə etməklə yeni göz də əldə edir və insan ruhunun qədim əsərlərində çoxlu yeni şeylər görür. Henrix Heyne
  • Həyatımız səyahət, ideya isə bələdçimizdir. Viktor Hüqo

İ

  • İdeya ağlı artırmır, yönəldir. Əbu Turxan
  • İdeya əbədi, iradə isə sonludur. Əbu Turxan
  • İdeya faktdan üstündür. Onore de Balzak
  • İdeya heç vaxt ölmür; ona yiyələnən hər bir yeni şəxsin simasında o öz növbəti həyatını yaşayır. Əbu Turxan
  • İdeya iradə ilə birləşəndə gücə çevrilir. Əbu Turxan
  • İdeya – onu irəli sürən adamdan daha çox, vaxtında ona yiyələnənlərə xidmət edir. Əbu Turxan
  • İdeya söz meşəsində az rast gəlinən ovdur. Hüqo
  • İdeya sürtünmə nəticəsində alovlanır. K.Buniç
  • İdeya təkamülü olmayanda ideya çevrilişlərinə ehtiyac yaranır və onun da qarşısı alınanda, başsız inqilablar – kütləvi iğtişaşlar başlayır. Əbu Turxan
  • İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. Əbu Turxan
  • İdeyalar kütləni ələ alanda gücə çevrilir. V.İ.Lenin
  • İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır. Qabriel Marsel
  • İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər. Onore de Balzak
  • İdeyaya uyğun yaşamaq onun uğrunda ölməkdən daha çətindir. A.Adler

S

  • Silahlı üsyandan əvvəl ideyaların üsyanı baş verir. U.Fillips

Y

  • Yalnız o ideyalar həqiqidir ki, daxilən yaşanıbdı. Romen Rollan
  • Yeni ideya vəhşi at kimidir; sənə xidmət etməsi üçün gərək əvvəlcə onu ram edəsən. Əbu Turxan