Abbasqulu ağa Bakıxanov: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 45: Sətir 45:
* Gözlü o adamdır ki, özünü görə bilsin.
* Gözlü o adamdır ki, özünü görə bilsin.
== H ==
== H ==
* Hər kəs mal-dövlət və cah-cəlalı çox sevirsə, o çox müqəyyədir, onunla dostluq yaraamaz, , çünki o həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
* Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar.
* Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar.
* Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil.
* Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil.

19:42, 3 mart 2021 versiyası

Abbasqulu ağa Bakıxanov
Doğum tarixi 21 iyun 1794
Doğum yeri Əmircan, Suraxanı
Vəfat tarixi 31 may 1847
Vəfat yeri Vadi-Fatimə, Məkkə, Səudiyyə Ərəbistanı
Dəfn yeri Səudiyyə Ərəbistanı
Vikipediya məqaləsi

Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi) (21 iyun 1794, Əmircan - 31 may 1847, Məkkə) — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.
  • Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.

B

  • Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir.
  • Bekarçılıqdan qorx ki, ən böyük eyib odur. Dünyada heç bir şey bekarçılıqdan pis ola bilməz... Sən əgər bekar otursan, deməli, daş və palçıq səndən daha yaxşıdır, çünki onlar heç olmazsa, ev tikmək işində kara gəlirlər.
  • Bədbəxt o adama deyərlər ki, başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin.
  • Bil ki, təvazökar və şirindilli adamların dostları da çox olar.
  • Bir adama nəsihət vermək istəyirsənsə, onu adam içində eləmə ki, qəbul etməz və səndən inciyər.
  • Bir işin tədbirində tələsmə, icrasında isə tələs. Çünki bir işi anlamaq üçün çox vaxt lazımdır, icra üçün az.
  • Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur.

D

  • Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanır.[1]
  • Dostu çox olan adamlar xoşbəxtdirlər.
  • Dünya malını sevən və mövqe axtarmağa həris olan adam dostluğa yaramaz.

E

  • Elə danış ki, sonradan onu xatırlamağa məcbur olmayasan.
  • Elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyilə əldə edilir.
  • Eşq ağlabatan və məqbul olarsa, əsl xoşbəxtlikdir.

Ç

  • Çox yeməkdən özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan vurur.

G

  • Gözlü o adamdır ki, özünü görə bilsin.

H

  • Hər kəs mal-dövlət və cah-cəlalı çox sevirsə, o çox müqəyyədir, onunla dostluq yaraamaz, , çünki o həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
  • Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar.
  • Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil.

X

  • ...Xəsislər həmişə qorxu və çətinlik içində yaşayırlar. Təkəbbürlü adamlar xalq içərisində alçaq görünər, xudpəsənd özünü camaata güldürər.

İ

  • İnsaf elə bir aynadır ki, insan öz işlərinin yaxşı və yamanını onda görə bilir.
  • İnsaf qəlbin incəliyindən doğduğu üçün insaflı adam daşürəkli ola bilməz.
  • İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir.
  • İnsan yaxşı əməldən iki dəfə zövq alar: birisi onu edən zaman, ikincisi əvəzini görən zaman.
  • İnsana səadət bəxş etməkdən yüksək və gözəl bir əmək yoxdur.
  • İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir. Ağıllı övladın nəslə ehtiyacı yoxdur, naxələf övlad isə nəslin adını batırır.

K

  • Kimsə var-dövlət, cah-cəlalı çox sevirsə, onunla dostluq yaramaz, çünki o, həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.

Q

  • Qorxusu olan adam yaşayış ləzzətindən məhrum olar.

M

  • Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın.[2]

N

  • Nəfsin istəyəni etmə, əqlin istəyinə əməl et. Çünki yaxşı və pisi ağıl seçir.

O

  • O adam ağıllı hesab olunur ki, öz nöqsanını başqalarından çox görsün və hünərini az bilsin.
  • O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir, əclaf və hərzə adamlardan uzaq ol ki, sən də onlar kimi olmayasan.

P

  • Paxıllıq qabiliyyətin yoxluğundan doğar. Hər kəs öz qüvvəsinə inansa, o, istədiyini əldə etməyə qadirdir.
  • Paxıllıqdan daha betər yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahat yaşaya bilməz. Onun öz kədəri də, başqalarının fərəhi də ona dərd olar.
  • Pis xasiyyətli adamlardan və pis xasiyyətlilikdən qorx, çünki bədməcaz adam öz-özündən incikdir, xalq isə ondan daha çox.

Ş

  • Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər.

T

  • Tez deyib peşiman olmaqdansa, gec demək məsləhətdir.
  • Təvazökarlıq insanın mənəvi cəhətdən təkmilləşdirilməsinə kömək edir.
  • Təvazökarlığı alçaltmaq dərəcəsinə çatdırmaqdan çəkinin.

V

  • Vay o adamın halına ki, ölü nəcabəti ilə fəxr edir.

Y

  • Yaxşılıq odur ki, onda ümuminin mənfəəti olsun.
  • Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz.
  • Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar.
  • Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.

Z

  • Zehnin itiliyi fəsad və puç xəyallara qapılarsa, axmaqlığa çevrilər.

İstinadlar

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.212
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.70