Əli bəy Hüseynzadə

Vikisitat saytından
Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864, Salyan, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, İstanbul) — Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allahını tanıyan millət, milli birliyini də dərk edəcəkdir.
  • Ancaq o millət... nicatda olur ki, özünü tanıya.
  • Ayltmadı qələmim
    Şu türk ilə əcəmi.
    Nə qoydular yazalım,
    Nə qırdılar qələmi.
  • Azərbaycan türkləri türklərin ən hürriyyətpərvərləridir.

B[redaktə]

  • Bilirmisən cahillər
    Nə yapdılar Vatana?
    Nə qoydular uyusun,
    Nə qoydular oyana!..
  • Bir millətin qüvvət qazanması ortaq dəyərlər arasında mənəvi bağın artmasına bağlıdır. Özəlliklə qarşılıqlı sevginin artmasına çalışilmalıdır...Məsələ bir-birimizi tanımaq, sevmək, mədəniyyət yolunda bir-birimizə yardım etmək məsələsidir...
  • Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın…

E[redaktə]

  • Ermənilər, qonşular, siz özünüzü hər nə qədər öyürsünüz öyün, hər nə qədər lovğalanırsınız lovğalanın, iki min illik tarixinizi nə qədər istərsiniz qarışdırın, yenə də içinizdən nə bir Əbu Əli İbn Sina, nə bir Mövlana Cəlaləddin Rumi, nə bir Uluqbəy göstərə bilməzsiniz. Ərəstünlər, Homerlər yerən yunanlarla, Musalar, İsalar, Spinozalar, Heynelər, Lassallar yetişdirən yəhudilərlə heç bir vəchlə bənzəriniz yoxdur. Yüksəlin! Qonşular, yüksəlin! Yüksəlmədikcə, əxlaqınızı təmizləmədikcə, milli xəyallarınızı beyninizdən çıxarıb atmadıqca bəşəriyyətə, insaniyyətə İsalar, Məhəmmədlər, Buddalar kimi bir nəzərlə baxmadıqca böyük millətlərə bənzəməzsiniz, məhv olub gedərsiniz.

Ə[redaktə]

  • Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur.

H[redaktə]

  • Həqiqətin də dadı və ləzzəti var.
  • Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya. Yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir.
  • Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
  • Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

Q[redaktə]

  • Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...

M[redaktə]

  • Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm...[1]

O[redaktə]

  • O millət, o qövm səadət və nicat tapa bilər ki, öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını öyrənir.

T[redaktə]

  • Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

U[redaktə]

  • Ucundadır dilimin
    Həqiqətin əzəmi.
    Nə qoydular deyəlim,
    Nə kəsdilər dilimi.

V[redaktə]

  • Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur.

Y[redaktə]

  • Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...

Z[redaktə]

  • Zaman bir nəhrdir, hər an axar, durmaz. Güzər eylər bütün asari-insanın.

Haqqında sitatlar[redaktə]

  • Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi...
    • tarixçi Yusif Akçuraoğlu
  • XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi.
    • Tədqiqatçı alim Tadeuş Svyataxovski
  • Əli bəy Azərbaycanda yox, bütün türklük qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır...Məhz bu mənada nəinki Məmməd Əmin və Nəriman Nərimanov üstəlik Ziya Göyalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır.
    • Y.Qarayev.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  • Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. Bakı, 2007.

Vikipediyada Əli bəy Hüseynzadə haqqında məqalə var.

İstinadlar[redaktə]

  1. [1] “Türk dünyasının böyük ideoloqu” (metodiki vəsait) Bakı,2014