Adolf Hitler

Vikisitat saytından
Adolf Hitler
Doğum tarixi 20 aprel 1889
Doğum yeri Braunau-am-İnn
Vəfat tarixi 30 aprel 1945
Vəfat yeri Fürerbunker
Dəfn yeri naməlum dəyər
Vikipediya məqaləsi

Adolf Hitler (20 aprel 1889, Braunau am İnn, Avstriya-Macarıstan – 30 aprel 1945, Berlin, Almaniya) — nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (führer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlın bitdiyi və susduğu yerdə son qərar şiddətindir.

B[redaktə]

  • Bank və zavodları milliləşdirmək nəyimizə lazımdır ki? Biz insanları milliləşdirəcəyik.
  • Bu səhv dinə məxsus olmağımız bizim bədbəxtçiliyimizdir. Niyə biz dindar adam üçün ən müqəddəs şeyin vətən uğrunda şəhid olmağın sayıldığı yapon dininə sahib deyilik? Müsəlman dini də insana səbirli olmağı məsləhət görən bu xaçpərəstlikdən daha münasib olardı. [1]

D[redaktə]

  • Dünyanın istilası haqqında danışanda, torpağın 1/6 hissəsini unutmamalıyıq. (SSRİ haqqında)
  • Düşüncə azadlığı bütün pisliklərin anasıdır.

Ə[redaktə]

  • Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq.
  • Əgər döyüş itirilmişdirsə bu mənim vecimə belə deyil. İnsanlar pərişan olursa olsunlar. Bir tək gözyaşı belə tökmərəm onlar üçün. Onlar heç bir şeyə layiq ola bilmədilər.

G[redaktə]

H[redaktə]

  • Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan.
  • Hər kəs qələbənin öhdəsindən gələ bilər. Məğlubiyyətə ancaq güclülər dözə bilər.

X[redaktə]

  • Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar.
  • Xristianlıq olmasaydı, kim bilir Avropanın tarixi necə olardı. Roma bütün Avropanı fəth edəcək və onun legionları hunların hücumunu dəf edəcəkdi. Romanı məhv edən almanları və hunları yox, xristianlıq idi.

İ[redaktə]

  • İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
  • İnsanları tanıdıqca heyvanlardan xoşum gəlir!
  • İntellegentlər cəmiyyətin tullantısıdır.
  • İslam xalqı bizə, məsələn Fransadan həmişə yaxın olacaq.

Q[redaktə]

  • Qalibdən heç kəs soruşmur ki, o doğru danışırdı, yoxsa yalan.
  • Qalibləri sorğu-sual eləmirlər.
  • Qazansan açıqlamaya ehtiyac yoxdur... Məğlub olsan açıqlama üçün orada olmamalısan.
  • Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır.
  • Qüvvətli, tək qalınca daha qüvvətlidir.

M[redaktə]

  • Mən xristianlığı rədd edirəm, çünki o iudaizmin törəməsidir, çünki o beynəlmiləldir və Yer üzündə sülhü təbliğ edir.
  • Mən sizi vicdan adlanan xülyadan azad edirəm.
  • Mənim üçün iki imkan var: ya planlarımın tam həyata keçirilməsinə nail olmaq və ya uğursuzluq. Müvəffəqiyyət qazansam, tarixin ən böyüklərindən biri olacağam. Uğursuz olsam, qınanacaq, rədd ediləcək və lənətlənəcəyəm.

N[redaktə]

  • Nə qədər ki, mən partiyaya rəhbərlik edirəm o, nəcabətsiz ədəbiyyatçılar və qeyri-ciddi bolşeviklər üçün diskussiya klubu olmayacaq.
  • Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır.

O[redaktə]

  • Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır.

R[redaktə]

  • Rəhbərin sənəti - verdiyi sözlə işi arasında dəqiqlik; Rəhbərin qisməti - sadəlik; Rəhbərin istedadı - millətinin böyüklüyünü subut etmək.

S[redaktə]

  • Səmanı yaşıl, otları isə mavi rəngdə təsvir edən rəssam sterilizasiya olunmalıdır.
  • Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur.

Ş[redaktə]

  • Şərəf və namusdan məhrum millətlər gec-tez azadlıq və müstəqilliklərini itirərlər.

V[redaktə]

  • Vicdan – yəhudilərin uydurmasıdır. Sünnətə bənzər bir şeydir.

Y[redaktə]

  • Yalan böyük olduqca onu demək asanlaşır.
  • Yalan nə qədər möhtəşəmdirsə, ona inanmaq da bir o qədər asan olur.
  • Yaşamaq istəyən mübarizə aparmağa məcburdur, kim əbədi mübarizə olan bu dünyada müqavimət göstərmək istəmirsə o, yaşamaq haqqına malik deyil.

Z[redaktə]

  • Zəifə acımaq təbiətə xəyanətdir

Hitler haqqında sitatlar[redaktə]

  • Ah alman xalqı, sən öz rəhbərinin qələbəsindən daha çox qorxmalısan, nəinki məğlubiyyətindən. Tomas Mann
  • Əgər Hitler cəhənnəmə getsə, mən şeytanın şərəfinə mədhiyyə oxuyaram. Uinston Çörçill
  • Hitler beyninə qəhrəmanlıqla uduzmaq üçün müharibə törətmək ideyasını soxmuş bənzəri olmayan mazoxistdir. Salvador Dali
  • Mən Hitlerin öldüyünə inana bilməzdim, hətta onun özündən eşitsəydim belə. Xelmar Şaxt (Hitlerin silahdaşlarından biri)

Vikipediyada Adolf Hitler haqqında məqalə var.

İstinadlar[redaktə]

  1. Jelyu Jelev. Faşizm. Bakı, 2005