Məzmuna keç

Alfred Hiçkok

Alfred Hiçkok
Doğum tarixi 13 avqust 1899
Doğum yeri Leytonstone
Vəfat tarixi 29 aprel 1980
Vəfat yeri Bel-Eyr
Vikipediya məqaləsi

Alfred Cozef Hiçkok (1899–1980) — məşhur Britaniya kinorejissoru, prodüseri, ssenaristi.

Televiziya psixiatriya haqqında məlumat yaymaqla yanaşı, həm də ona olan ehtiyacın yaranmasına töhfə verməklə psixiatriya üçün çox iş görüb.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədii filmlərdə rejissor Tanrı, sənədli filmlərdə isə rejissor Allahdır.
  • Bəzi filmlər həyatın dilimləridir, mənimkilər keks dilimləri.
  • Çəkiliş meydançasında başlayan bütün sevgi səhnələri soyunub-geyinmə otağında bitir.
  • Diana və Bazyl sonsuza qədər xoşbəxt yaşadılar — evlənmədilər.
  • Fərdi üslub özünə münasibətdə plagiatdır.
  • Film cansıxıcılıq ləkələrinin silindiyi bir həyatdır.
  • Film həyatın bir parçası deyil, tort parçasıdır.
  • Film zəlzələ ilə başlamalı və sonra gərginlik yaranmalıdır.
  • Filmin müddəti adi tamaşaçının sidik kisəsinin dözümlülüyü ilə müəyyən edilir.
  • Filmlərdə qətllər həmişə çox təmiz olur. Mən göstərirəm ki, insan öldürmək nə qədər çətin və nə qədər pis işdir.
  • Həmişə deyirdim ki, qadın yaxşı bir dəhşət filmi kimi olmalıdır: təsəvvür üçün nə qədər boş yer qalsa, o qədər yaxşıdır.
  • Hər hansı məntiqdən daha vacib olan bir şey var: o, təxəyyüldür.
  • Xoşbəxt evlilik ərin arvadın demədiyi hər sözü başa düşdüyü bir evlilikdir .
  • Kino çəkmək mənim üçün ilk növbədə hekayə danışmaq deməkdir. Tarix doğru olmaya bilər, amma sadəlövh ola bilməz. Dramatik və insani olmalıdır. Dram darıxdırıcı anları kəsilmiş həyatdır.
  • Kişi arvadının söyləmədiyi hər sözcüyü anladığı andan etibarən həqiqətən evlidir.
  • Mən heç vaxt bütün oyunçuların mal-qara olduğunu deməmişəm; dedim ki, bütün oyunçulara mal-qara kimi yanaşmaq lazımdır.
  • Mən növ rejissoruyam. Sindrellanı film etsəm, insanlar at arabasında cəsəd axtararlar.
  • Mənim üçün qorxularımdan qurtulmağın yeganə yolu onlar haqqında film çəkməkdir.
  • Onlara zövq verin. Qorxunc bir yuxudan oyandıqları an eşitdiklərinin eyni.
  • Öz işlərimlə çox məşğul olurdum, bu da məni daha çox maraqlandırırdı.
  • Özündən oğurlama bir stildir.
  • Polisə qarşı deyiləm. Yalnız onlardan qorxuram.
  • Sarışınlar ən yaxşı qurbanlardır. Onlar qanlı ayaq izləri olan qar kimidirlər.
  • Söz oyunları ədəbiyyatın ən yüksək formasıdır.
  • Televiziya qapalı santexnika ixtirasına bənzəyir. Bu, insanların vərdişlərini dəyişmədi. Sadəcə onları evin içində saxlayırdı.
  • Televiziya psixiatriya haqqında məlumat yaymaqla yanaşı, həm də ona olan ehtiyacın yaranmasına töhfə verməklə psixiatriya üçün çox iş görüb.
  • Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin.
  • Televiziyanın etdiyi ən böyük qatqılardan biri, cinayəti təkrar evə gətirməsidir, aid olduğu yerə.
  • Yumurtalardan qorxuram, qorxmaqdan əvvəl, iyrənirəm. Ağ üzərində heç dəlik olmayan şey. Heç yumurta sarısından daha iyrənc bir şey gördünüzmü? Qan xoş bir qırmızılığa malikdir, ancaq yumurtanın o sarısı iyrənc. Heç dadmadım.

İstinadlar

[redaktə]