Səmədağa Şıxlarov

Vikisitat saytından
Səmədağa Şıxlarov
Doğum tarixi 5 sentyabr 1955
Doğum yeri Xıllı, Neftçala, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 iyun 2021
Vəfat yeri Bakı
Dəfn yeri Şirvan
Vikipediya məqaləsi
  • Seyid nəslindənəm. Babam Əbdülhüseyn kişi dindar idi. Qardaşımın adı Hökümağadır. İndiyə kimi heç yerdə bu adla rastlaşmamışam. Məhz şıx nəslindən olduğumuz üçün mənə Səmədağa adını qoyublar.[1]
  • Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim.[1]
  • Hər bir uşağın kumiri olur. Körpə olanda Peleyə pərəstiş edirdim. Anatoli Banişevski də öz yerində. 1966-cı ildə dünya çempionatında oynadığı vaxtlar yadımdadır. Nəinki mən, çox uşaq onun kimi futbolçu olmağı arzulayırdı. “Neftçi”də oynayanda isə alman hücumçu Herd Müllerə bənzəmək, cərimə meydandaçasında onun kimi oynamaq, qol vurmaq istəyirdim.[1]
  • Neftçi” − Mənim üçün həyatdı. Həyatda hər şeyi – dostları, hörməti, tanınmağı, hər şeyi “Neftçi”nin sayəsində qazanmışam.[1]
  • Heç vaxt fəhlə işlədiyimə görə utanmamışam. Çətinliklər xarakterimin möhkəmlənməsində əvəzsiz rol oynayıb.[1]
  • Kimdənsə pay almağı heç vaxt xoşlamamışam. Həyatımda ən böyük pay Heydər Əliyevin bağışladığı mənzildi. Ondan dəyərli hədiyyə olmayıb.[1]

İstinadlar[redaktə]